Kitabın adı: Aqrar sahədə mülki müdafiə


 Kimyəvi bakterioloji silahlar



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə53/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   132
3.3. Kimyəvi bakterioloji silahlar 
 
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərlə-
yici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasi-
tələrə  deyilir.  Kimyəvi  silahın  əsasını  zəhərləyici  maddələr 
(ZM) təşkil edir. ZM- hərbi sənaye və xalq təsərrüfatı obyektlə-
rinə qoşunların, hərbiləşməmiş mülki müdafiə dəstələrinin şəx-
si  heyətlərini, fəhlələləri, qulluqçuları, əhalini  sıradan çıxaran, 
yaxud  onların  döyüş  və  əmək  fəaliyyətinin  zəifləməsinə,  hey-
vanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bi-
lən xüsusi kimyəvi birləşmələrdən (zərərli maddələrdən) ibarət-
dir. 
Ümumilikdə,  kimyəvi  silahların  ən  vacib  xüsusiyyətləri 
aşağıdakılardır: 
-
 
maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələ-
mək imkanı; ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənmə-


 
56 
si ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir; 
-
 
geniş  sahələri  zəhərləmək  və  zədələyici  təsirinin  uzun 
olmaması; 
-
 
zəhərlənmənin  sürətlə  baş  verməsi  və  zədələnmənin 
ağır olması; 
-
 
istehsalının nisbətən ucuz başa gəlməsi. 
Hərbi  məqsədlərlə  bitkilərə  zəhərləyici  kimyəvi  maddələr 
də –  herbisid, defoliant və desikant  tətbiq edilə bilər ki, bunlar 
dənli bitki əkinlərinin, meşələrin, məhv olmasına, kənd təsərrü-
fatı heyvanlarının zəhərlənməsinə səbəb olur. 
Kimyəvi  silahlar  aşağıdakı  xüsusiyyətlərinə  görə  təsnif 
olunur: 

 
insan orqanizminə təsir xarakterinə görə; 

 
taktiki təyinatına görə; 

 
təsir tezliyinə görə; 

 
dayanıqlığına görə; 

 
tətbiq vasitələrinə görə. 
Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür: 
1.
 
Öldürücü 
(sinir-paralitik, 
dəri-deşici, 
ümumi 
zəhərləyici, boğucu təsirli). 
2.
 
Ziyanverici (Psixotrop maddələr və İrritantlar). 
Təsir sürətinə görə kimyəvi silahlar: 
a)  tez  (sinir-paralitik,  ümumi  zəhərləyici,  qıcıqlandırıcı  və 
bəzi psixotrop maddələr); 
 b) gec (dəri-deşici, boğucu təsirli və bir neçə növ psixotrop 
maddə) təsir edən maddələrə ayrılır. 
Təsir müddətinə görə kimyəvi silahlar: 
1.
 
uçucu dayanıqsız (təsiri dəqiqələrlə hesablanır); 
2.
 
dayanıqlı  maddələrə  (təsiri  bir  neçə  saatdan  bir  neçə 
həftəyə qədər) bölünür. 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin