Ümümzəhərləyici təsirli ZM əsasən tənəffüs üzvlərindən
keçib orqanizmin ən vacib sistemlərinə sürətlə təsir göstərən
tezbuxarlanan kimyəvi birləşmələrdir. Zəhərləyici maddələrin
bu qrupuna sianid turşusu və xlorsian aiddir.
Xlorsian - kəskin iyli, sudan ağır rəngsiz mayedir.13°C-də
qaynayır, mənfi 7°C-də bərkiyir. 20°C-də buxarların maksimal
konsentrasiyası 3300 mq/l-dir. Suda məhdud miqdarda (7%),
azotlu üzvi maddələrdə (spirt, efir), yağ və lipoidlərdə yaxşı
həll olunur.
Xlorsian sianid turşusundan 2-4 dəfə az zəhərlidir. Qıcıq-
landırıcı təsirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası
0,0025 mq/l, güclü yaşaxma və bəbəklərin spazmasma səbəb
59
olan dözülməz konsentrasiya 0,06 mq/l-dir. Bundan artıq kon-
sentrasiyalar sianid turşusunun təsirində olduğu kimi orqaniz-
min ümumi zəhərlənməsi ilə nəticələnir. Xlorsian davamsız zə-
hərli maddədir.