Dərini zədələyən ZM elə zəhərli birləşmələrdir ki, onlar
hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər.
Kimyəvi təmiz iprit zəif gənəgərçək iyli şəffaf, yağlı rəngsiz
mayedir. Üzvi əridicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı,
suda xeyli zəif (10°S-də- 0,07) həll olunur.
Ərzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklə-
rinə, rezin-texniki məmulatlara asanlıqla hopur və onların uzun
müddətli zəhərlənməsinə səbəb olur. Ərazi uzun müddət: yayda
- 7 sutka, qışda bir neçə həftə zəhərli qalır.
İprit suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizlə-
şir). Qələvilərin təsirindən ipritin hidrolizi sürətlənir. Xlorlu
əhəng, xloraminlər və sulfidlər ipriti tez zərərsizləşdirir.
İprit təmasda olduğu orqanlara və toxumalara (tənəffüs
yollarına, gözlərə, dəri, mədə-bağırsaq sisteminə) tə'sir edir,
bədənin zədələnmiş yerindən qana sorulması nəticəsində isə
ümum zəhərləyici təsir göstərir. Bədənin səthinə düşən iprit
damcıları 7 dəqiqədən sonra dərinin alt qatlarına keçir. 20-30
dəqiqə ərzində isə heç bir ağrı hissi
törətmədən orqanizmdə ta-
mamilə sorulur. İprit davamlı zəhərli maddədir.