53
radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rent-
gen - saatla (R/s) ölçülür.
Adamları radioaktiv zəhərlənmələrdən mühafizə etmək
üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radio-
aktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişaları-
na düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin
qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə dal-
dalanacaqlardan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafi-
zə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça maska,
habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən
etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da
mühafizə etmək mümkündür.
Dostları ilə paylaş: