Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Bəs  vulkan  püskürmələrinə  necə  hazırlıqlı  olmalı?



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə36/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   132
Bəs  vulkan  püskürmələrinə  necə  hazırlıqlı  olmalı?  İlk 
növbədə vulkanların oyanması ehtimalı xəbərlərinə diqqət yeti-
rin, bu xəbərdarlıqlara etinasız yanaşmayın.Vulkana yaxın əra-
ziləri müvəqqəti tərk etmə sizi bir çox bəlalardan qurtarar. Belə 
bir xəbər aldıqda bütün qapı və pəncərələri, tüstü bacalarını kip 
bağlayın,  avtomobilinizi  qaraja  qoyun,  ev  heyvanlarını  bağlı 
otaqlarda  yerləşdirin. 3-5 günlük su, ərzaq, işıq və istilik mən-
bələri ilə özünüzü təchiz edin. 
Vulkan püskürməsi sizi evdən kənarda haqlamışsa, başınızı 
və bədəninizi yuxarıdan yağan  daş və küldən qoruyun. Adətən 
vulkan püskürmələri sel axınları ilə də müşayiət edilir, ona gö-
rə də yaxınlıqda olan çay sahillərindən və vulkan ətrafı dərə və 
vadilərdən aralı durun, xilas olunmaq üçün daha hündür yerlər 
axtarın. 
Vulkan püskürməsi bitdikdən sonra da müəyyən qaydalara 
riayət  etmək  lazımdır.  Külə  qarşı  ağzınızı  və  burnunuzu  sarğı 
ilə bağlayın, qoruyucu eynək və paltarlar geyinin ki, yanmalara 
məruz qalmayasınız. Vulkan püskürməsi nəticəsində yerə düş-
müş kül üzərindən avtomobil sürməyin: bu onun tez bir zaman-
da sıradan çıxmasına səbəb olar. Evinizin damını dərhal küldən 
təmizləyin, əks halda külün ağırlığından yata və ev uça bilər. 
  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin