Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Kimyəvi  şəraitin  qiymətləndirilməsi



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə63/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   132
Kimyəvi  şəraitin  qiymətləndirilməsi.  Kimyəvi  şəraiti  qiy-
mətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma 
dərinliyi  və  istiqamətinin,  zəhərləyici  maddələrin  ərazidə  da-
vamlılığının,  həmçinin  obyektlərin  zəhərlənmə  xarakterləri  və 
miqyasının öyrənilməsinə xüsusi diqqət yetirilir. Zəhərli hava-
nın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddələrin tət-
biq edildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələ-
rin şəxsi heyətinin və əhalinin mühafizə vasitələri olmadan təh-
lükəsiz məntəqəyə qədər olan yola deyilir. 
Buludun  yayılmasının  təhlükəli  məsafəsinə  aşağıdakılar 
aiddir: 
- kimyəvi silahın tətbiq olunduğu rayonunu böyüklüyü
- buxar və duman (aerozolu yaradan) halına keçən zəhərlə-
yici maddələrin miqdarı və onların zəhərliliyi
- havanın şaquli dayanıqlıq dərəcəsi
- yerin relyefi və bitkilərin xarakteri. 
Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci. Bi-
rinci bulud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mü-
hafizə olunmayan adamlara, heyvanlara və başqa obyektlərə tə-
sir fəaliyyəti az olur. İkinci bulud isə yerdən və əşyalardan zə-
hərləyici  maddələrin  damcılarının  buxarlanması  nəticəsində 
əmələ  gəlir.  Bu  da  küləyin  istiqamətilə  yayılır  və  zəhərləyici 


 
65 
maddələrin buxarlanma müddətində zədələnmə verir. 
Bütün  bunları  kimyəvi  şəraitin  qiymətləndirilməsində  nə-
zərə almaq lazımdır. Qiymətləndirmə qaydaları kimyəvi silahın 
tətbiqi  şəraitindən  asılı  olaraq  müxtəlif  ola  bilər.  Lakin  bunu 
çox vaxt aşağıdakı ardıcıllıqla aparırlar: 
•  maddənin  növü,  təxmini  vasitələri,  onun  tətbiqi  üsulları 
və miqyası təyin edilir
• ərazi, külək əsən tərəfdən kimyəvi silahın tətbiq olunması 
rayonundan proqnoz metodu ilə zəhərli hava buludunun təhlü-
kəli yayılma sahəsi və vaxtı, həmçinin onun qalma rayonu öy-
rənilir. 
Bu proqnoz məlumatlarından hərbiləşməmiş dəstələrin şəx-
si heyətini və əhalini xəbərdar etmək üçün istifadə edirlər. 
Düşmən basqınından sonra kəşfiyyatçılar xüsusi cihazların 
köməyi ilə zəhərləyici maddələrin növünü öyrənir və zəhərlən-
mə rayonunun sərhədlərini nişanlayırlar. Bundan sonra dəstələ-
ri  hərbi  hazır  vəziyyətə  gətirmək,  onlara  tibbi  yardım  göstər-
mək və xüsusi təmizlik aparmaq üçün bütün tədbirlər görülür. 
1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında kimyəvi 
silahların qadağan edilməsinə dair Konvensiyanın imzalanması 
təklif edilmişdir. İmzalanma mərasimi Fransa Prezidentinin tə-
şəbbüsü ilə Parisdə 13  yanvar 1993-cü ildə həyata keçirilmiş-
dir. Ötən dövr ərzində, Azərbaycan (13  yanvar  1993-cü il) da 
daxil olmaqla, 160 dövlət konvensiyanı imzalamışdır. 65-ci öl-
kə  olan  Macarıstan  tərəfindən  ratifikasiya  olunduqdan  sonra, 
29 aprel 1997-ci ildə konvensiya qüvvəyə minmişdir. Konven-
siya müddətsizdir. 
Bir  çox  Avropa  dövlətləri,  o  cümlədən  ABŞ,  Rusiya,  Er-
mənistan  (27.01.1995)  və  Gürcüstan  da  (27.11.1995)  daxil  ol-
maqla  bəzi  MDB  dövlətləri  konvensiyanı  ratifikasiya  edən  öl-
kələr arasındadırlar. Azərbaycan konvensiyaya 9 noyabr 1999-
cu ildə qoşulmuş və 30 mart 2000-ci ildə konvensiya Azərbay-
canda qüvvəyə minmişdir. 
Kimyəvi  Silahların  Qadağan  edilməsi  Təşkilatı  (KSQT) 


 
66 
Haaqada  fəaliyyət  göstərir.  Haaqa  yaxınlığında  Reisvikdə 
KSQT  laboratoriyası  açılmışdır.  1997-ci  ilin  aprel  ayında  İşti-
rakçı Dövlətlərin ilk Konfransı keçirildi.  
Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir 
şəraitdə kimyəvi silahları əldə etməmək və ehtiyatda saxlama-
maq,  istehsal  etməmək,  artırmamaq  barədə  öhdəlik  götürmüş-
lər.  Konvensiyada  həmçinin,  2-10  il  dövr  ərzində  konvensiya 
çərçivəsində qadağan olunmayan hallar – sülh məqsədləri üçün 
vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər 
vasitələr  istisna  olmaqla,  hərbi  sursatlar  ilə  birlikdə  zəhərli 
kimyəvi  maddələrin  və  onların  məhsullarının  məhv  edilməsi 
nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kimyə-
vi  maddələr  mənşəyindən  və  ya  istehsalından  asılı  olmayaraq, 
(hansı ki, insanlara və  ya heyvanlara zərər  yetirə bilər) zəhərli 
kimyəvi maddələrə aiddir. Buna görə də bu növ kimyəvi mad-
dələr istehsal edən mülki  istehsal imkanları  konvensiyanın  nə-
zarəti altındadır. 
Bu  ləvazimatların  fəallığının  konvensiyanın  öhdəliklərinə 
uyğunluğunu  yoxlamaq  məqsədilə  konvensiyaya  üzv  olan  hər 
bir  dövlət  öz  ərazisində  olan  bu  ləvazimatları,  eləcə  də  ölkə 
ərazisində  saxlanılan  və  istehsal  edilən  kimyəvi  maddələr  və 
onların  məhsullarını  yoxlama  üçün  təqdim  edir.  Bu  məqsədlə, 
nəzərdə tutulmuş yoxlamalar və “gözlənilməz” yoxlamalar hə-
yata keçirilir. 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin