79
RƏD-in sayı tələb olunan miqdarda olmadıqda qısa zaman
ərzində yeni radiasiya əleyhinə daldanacaqların yaradılması la-
zım gəlir. Bu məqsədlə minimal maliyyə vasitələri hesabına sa-
də daldanacaqların yaradılması mümkündür. Sadə daldanacaq-
lar əhalinin yalnız aralıq mərhələdə mühafizəsini təmin edə bi-
lər. Çalışmaq lazımdır ki, bütün əhali sığınacaqlarda və RƏD-
də yerləşdirilə bilsin. Sadə daldanacaqlar dağıntı ehtimalı ol-
mayan zonada ən azı yerüstü binaların hündürlüyünün yarısın-
dan 3 m kənarda olmaqla, mümkün olduqda daha boş olan sa-
hələrdə yaradılır. Yaxşı olar ki, sadə daldanacaqlar əhalinin
toplanma və qəbul köçürmə məntəqələrinə və ya köçürmə za-
manı əhalinin toplanma, mindirilmə və ya boşaldılma stansiya-
larına yaxın yerlərdə qazılsın.
Dostları ilə paylaş: