4.3. Radiasiya əleyhinə daldanacaqlar
Radiasiya əleyhinə daldanacaqlar (RƏD) yerin radioaktiv
zəhərlənməsi zamanı əhalinin xarici qamma və neytron şüalan-
malarından, tənəffüs orqanlarına, paltara və dəriyə radioaktiv
tozların düşməsindən, həmçinin nüvə partlayışlarının işıq şüa-
lanmasından qorunmasını təmin edir. RƏD konstruktiv daya-
nıqlığından asılı olaraq, həmçinin, əhalini nüvə partlayışlarının
zərbə dalğasından və dağılan binaların qırıntılarından da müha-
fizə edə bilər. Bu zaman RƏD-in mühafizə xüsusiyyətləri onun
torpaq səviyyəsindən hansı məsafədə yerləşməsindən asılı olur
və mühafizə əmsalı K ilə qiymətləndirilir.
K mühafizə əmsalı açıq ərazidə 1m yüksəklikdə olan radia-
siyanın səviyyəsi RƏD daxilindəki radiasiya səviyyəsindən ne-
çə dəfə yüksək olmasını, daha doğrusu, RƏD-in radiasiya sə-
viyyəsini azaltmasını xarakterizə edir. Mühafizə əmsalından
asılı olaraq RƏD qruplara bölünür. Əmsalın qiyməti nə qədər
böyük olarsa, RƏD daha etibarlı hesab edilir. Əmsalın qiyməti
həmçinin RƏD inşa olunduğu materialın keyfiyyətindən və qa-
76
lınlığından asılıdır. Materialın sıxlığı, qalınlığı və keyfiyyəti
yüksəldikdə K mühafizə əmsalının da qiyməti artır.
Müxtəlif materiallardan keçərkən qamma və neytron şüa-
lanmasının qiymətinin 2 dəfə azalması cədvəldə göstərilmişdir.
Zirzəmi və digər tikililərin RƏD kimi hazırlanması üçün
isə əhali və MM-in texnika və qüvvələri cəlb olunur. Düşmən
hücumu təhlükəsi yarandıqda RƏD qısa müddət ərzində hazır-
lanmalıdır. RƏD-in tam həcmdə təmin edilməsi üçün hələ sülh
dövründə MM qərargahı bu məqsədlə istifadə olunması müm-
kün olan tikililərin qeydiyyatını apararaq xüsusi sənədlər hazır-
layır. RƏD üçün hazırlanan tikililərin tutumu müxtəlif ola bi-
lər. Əgər fərdi yaşayış evlərindən bu məqsədlə istifadə nəzərdə
tutulursa, onun tutumu 5-10 nəfərlik, sülh şəraitində istifadə
olunmayan tikililərdə 10-50 nəfərlik, sülh şəraitində xalq təsər-
rüfatının ehtiyacı üçün istifadə planlaşdırılan yeni inşaa olunan
tikililərdə isə tutum 50 nəfərdən çox insan üçün hesablanır.
RƏD-də insanlar üçün minimal şərait yaradılır.
Cədvəl 4
Qamma və neytron şüalanmanın müxtəlif materiallarda iki
dəfə azalması qalınlığı göstəriciləri.
Material
Material sixlığı,
(q/sm
2
)
Yarımzəifləyici qat, (sm)
Neytronlar
üçün
Qamma şualanma
üçün radioaktiv
buludun izində
Su
Taxta
Polietilen
Qrunt
Kərpic ortük
Beton
Polad, dəmir
Qurquşun
Şüşəplastik
1
0,7
0,95
1,8
1,6
2,3
7,3
11,3
1,7
2,7
9,7
2,7
9,0
10,0
8,2
11,5
12,0
4,0
13,0
21,0
14,0
8,4
8,4
5,6
1,8
1,3
12,0
Daldanacaqda sanitar qovşağın, ventilyasiya kamerasının
və çirkli üst geyimlərinin saxlanması yerinin hazırlanması
77
məqsədəuyğundur. 50 nəfərədək tutumlu tez hazırlanmış RƏD-
də kanalizasiya sistemi mövcud olmadıqda əsas otaqdan kənar-
da bu məqsədlə xüsusi qablar saxlanılır. Qabların tutumu hər
bir insan üçün sutkada 2 litr hesabı ilə müəyyən olunur. 50 nə-
fərdən artıq tutumlu RƏD-də həmin məqsədlə xüsusi quyu ha-
zırlanır.
RƏD üçün uyğunlaşdırılmış tikililərdə ventilyasiya, isidil-
mə su təchizatı, kanalizasiyası və işıqlandırma saz vəziyyətə
gətirilməlidir. Burada qorunan əhalinin sayına müvafiq kətillər
və ya oturacaqlar, tutumun 25-30% həcmində isə dincəlmək
üçün taxtlar yerləşdirilir. Əgər su kəməri olmazsa onda su ehti-
yatı, həmçinin ərzaq ehtiyatı üçün qablardan istifadə edilir. Su
ehtiyatı hər bir insan üçün sutkada 3-4 litr hesabı ilə müəyyən
edilir.
Kənd yerlərində ilk növbədə RƏD üçün qazmalar, fərdi ya-
şayış evlərinin və müxtəlif təyinatlı binaların zirzəmilərindən,
tərəvəz anbarlarından, daş-beton evlərdən istifadə olunur. Mə-
lumdur ki, kənd yerlərində əksər yaşayış evlərində zirzəmilər
mövcuddur. Onların ilk növbədə RƏD üçün hazırlanması la-
zımdır. Birmərtəbəli daş evlərin zirzəmiləri qamma şüalanma-
nın təsitrini 40-100 dəfə, RƏD üçün hazırlandıqda isə 800-
1000 dəfə azaldır (şək. 20).
RƏD üçün hazırlanma məqsədi ilə birinci halda divar və
tavanda olan bütün çatlar və yarıqlar örtülür, tavan üzərinə 30-
40 sm-lik əlavə torpaq örtüyü verilir, pəncərələr kərpiclə hörü-
lür və ya torpaqla doldurulmuş kisələrlə örtülür, ikinci halda isə
yalnız evin döşəməsi üzərinə torpaq kütləsi verilir.
Zirzəmisi olmayan kərpic və ya daş evlərin RƏD üçün ha-
zırlanması üçün divarda və tavanda olan bütün çat və yarıqlar
dəqiqliliklə örtülür, qapı hissəsi sıx materialla qapadılır. Müha-
fizə xüsusiyyətinin artırılması məqsədi ilə pəncərələr kərpiclə
hörülür və ya torpaqla doldurulmuş kisələrlə örtülür, tavan
örtüyü üzərinə 30-40 sm-lik torpaq qatı verilir. Ventilyasiya
üçün pəncərələrin birində keçid kamerası yaradılır. Hava çıxışı
78
üçün soba bacalarından da istifadə edilə bilər.
Dostları ilə paylaş: |