4.2. Sığınacaqlar
Sığınacaqların təyinatı və növləri. Sığınacaqlar əhalinin
nüvə silahlarının dağıdıcı amillərindən, zəhərləyici maddələr-
dən və bakterial vasitələrdən qorunması üçün nəzərdə tutulur.
Kütləvi yanğın rayonlarında yaranan yüksək temperaturdan və
zəhərləyici qazlardan, həmçinin partlayış rayonlarında dağıntı-
73
lar və uçqunlardan mühafizə məqsədilə sığınacaqlardan istifadə
edilməsi mümkündür. Göstərilən şəraitlərdə əhalinin uzun
müddət saxlanılması ehtimal olunduğundan sığınacaqlar möh-
kəm konstruksiyalı olmaqla yanaşı, həm də orada əhalinin hə-
yat fəaliyyətini təmin edəcək sanitar-gigiyenik şərait yaradıl-
malıdır.
Sığınacaqlar hündürlüyü 2 m-dən az olmamaqla inşa olu-
naraq əsas və qəza çıxıntısaına (əsas girişlərin dolması halları
üçün) malik olmalıdır. Sığınacağın döşəməsi qrunt sularının sə-
viyyəsindən ən azı 50 sm hündürdə yerləşməılidir. Sülh vaxtı
sığınacaqlar müxtəlif təsərrüfat ehtiyacları üçün istfadə oluna
bilər (şək. 19).
Sığınacaqlar mühafizə xüsusiyyətlərinə, tutumuna, yerləş-
mə məkanına, hazırlanma zamanına və süzücü ventilyasiya
avadanlıqları ilə təminatına görə təsnif olunur. Tutumuna görə
sığınacaqlar kiçik tutumlu (150 nəfərədək), orta tutumlu (150-
450 nəfərlik) və böyük tutumlu (450 nəfərdən artıq) olur. Yer-
ləşmə məkanına görə sığınacaqlar bina konstruksiyasının zirzə-
misində və ya ayrıca inşa olunmuş ola bilər. Bina konstruksiya-
sının zirzəmisində olan sığınacaqlar daha geniş yayılmışdır.
Hazırlanma zamanına görə sığınacaqlar sülh zamanı əvvəlcə-
dən hazırlanmış və ya düşmən hücumunun təhlükəsi yaranar-
kən tez bir zamanda yaradılan sığınacaqlardır. Süzücü ventilya-
siya avadanlıqları olaraq həm sənaye şəraitində istehsal olunan
vasitələrdən həm də əldə olan materiallardan haırlanmış vasitə-
lərdən istifadə olunur. Lakin hər iki halda süzücü ventilyasiya
avadanlıqları havanı bütün zəhərli qarışıqlardan təmizləməli və
qəbul olumuş normalara uyğun təmiz havanın verimini təmin
etməlidir.
Süzücü ventilyasiya aqreqatları olaraq ВФА-49, ФВК-1 və
ФВК-2 tətbiq olunur. Kənardan sığınacaq daxilinə verilən ha-
vanın həcmi tempraturdan asılı olaraq hər bir adam üçün bir
saatda təmiz ventilyasiya rejimində 7-20 m
3
, süzücü ventilyasi-
ya rejimində isə 2-8 m
3
təşkil etməlidir.
|