Klassik alman fəLSƏFƏSİ p L a n klassik alman fəlsəfəsi, onun mahiyyəti və əsas nümayəndələr



Yüklə 138 Kb.
səhifə5/6
tarix11.12.2022
ölçüsü138 Kb.
#73750
1   2   3   4   5   6
Muhazird 6. Klassik alman fdlsdfdsi

4. G. Hegelin fəlsəfi sistemi
Georgi Hegel (1770-1831) klassik alman fəlsəfəsinin ən böyük nümayəndəsi idi. Hegelin fəlsəfi təlimi obyektiv idealizm sisteminin və idealist dialektikanın inkişafının ən yüksək mərhələsi kimi qiymətləndirilməlidir.
Hegelin əsas əsərləri bunlardır: "Ruhun fenomenologiyası", "Məntiq elmi", "Fəlsəfi elmlər ensiklopediyası", "Hüquq fəlsəfəsi", "Fəlsəfə tarixi üzrə mühazirələr" və s.
Bəşəriyyətin fəlsəfi təfəkkürünün inkişafı tarixində Hegelin ən böyük xidməti dünyanın dialektik anlayışını, gerçəkliyin öyrənilməsinə dialektikcəsinə yanaşmağın prinsiplərini sistem halında işləyib hazırlamaqdan ibarətdir. Əlbəttə, Hegel dialektikanın banisi deyildir. Dialektik fikirlər hələ qədim Şarq ölkələrində - Hindistanda, Azərbaycanda meydana gəlmiş və Antik Yunamstanda daha da inkişaf etdirilmişdir. Lakin idealist əsaslar üzərində olsa da, Hegel tarixdə ilk dəfə olaraq aləmin dialektik anlaşılması metodunu, dialektik məntiq sistemini, dialektik təfəkkür üsulunun əsas prinsiplərini işləyib hazırlamışdır. O, şeylərə metafizik baxışı əsaslı tənqid edərək, dialektikanin əsas qanunlarını formulə etmişdir. Lakin o, bir idealist kimi gerçəkliyin inkişafının qanunauyğunluqlarına materialistcəsinə yanaşa bilməmişdi.
Deməli, Hegel tə"liminin əsas məsələlərindən biri - inkişaf haqqında tə"lim olan dialektika və idrakın əzəmətinə dərin inam idi.
Hegel obyektiv idealist idi. Onun fikrincə, bütün mövcudatın ilkin səbəbi "Mütləq ideya"dır. Bu ilkin ruhi başlanğıc guya insandan kənarda və ondan asılı olmayaraq mövcuddur. O, cəmiyyətdəki bütün təzahürləri doğurur və müəyyən edir. Beləliklə, Hegel fəlsəfəsi dialektik idealizm sistemidir. Onun fikrincə, təfəkkür bütün şeylərin daxili mahiyyətini təşkil edir. Hegel təfəkkürlə-əql, zəka ilə obyektiv gerçəkliyi eyniləşdirirdi. O belə bir fantastik nəticəyə gəlirdi ki, guya insana xas olan təfəkkür isandan kənarda mövcud olan Mütləq ideyanın təzahürlərindən biridir. Hegel özü də bunu gizlətmədən deyirdi ki, bu "Mütləq jeya" Allah anlayışıdır. Lakin Hegel tə"limindəki Allah-dinin ona şamil etdiyi insani keyfiyyətlərə malik deyildir.
Hegelin "Mütləq ideya"sı, dinlərdə mövcud olan adi "Allah"dan fərqli olaraq, dünyaya hissi və emosional münasibətdən məhrumdur. Hegelin nəzərincə, Allah saf-xalis təfəkkürdür. Lakin bu təfəkkür fəal, yaradıcı fəaliyyət, meydana gəlmək və məhv olmaq, dəyişmək, yenidən yaranmaq, inkişaf etmək deməkdir. Hegel fəlsəfəsində təfəkkür varlığı əks etdirmir, varlıq təfəkkürün, anlayışların, ideyaların təzahürüdür.
Hegelin fəlsəfi sistemi aşağıdakı 3 hissədən ibarətdir: 1. Məntiq; 2. Təbiət fəlsəfəsi; 3. Ruh fəlsəfəsi.
Məntiq Hegelin fəlsəfi sisteminin ən mühüm tərkib hissəsini təşkil edir. Bu hissənin şərhi onun "Məntiq elmi" əsərində verilmişdir. Burada dialektikanın əsas problemləri hərtərəfli araşdırılmışdır. Bu əsərdə dialektika bir inkişaf nəzəriyyəsi və gerçəkliyin dərk olunmasının elmi metodu kimi təhlil olunur. Hegel göstərirdi ki, məntiq elminin məşğul olduğu təfəkkür qanunları bütün varlığın - həm təbiətin, həm bəşər tarixinin, həm də idrakın əsas qanunlarıdır.
Hegelə qədər məntiq təfəkkürün subyektiv (insana xas) formaları haqqında elm kimi qəbul olunurdu. Hegel məntiq elmi qarşısında idrakın inkişafının ən ümumi qanunauyğunluqlarının tədqiqi məsələsini qoymuşdu. Bununla birlikdə o, təfəkkürün elementar forma və qanunları haqqında elm olan formal məntiqin də zəruriliyini inkar etmirdi. Formal məntiqdən fərqli olaraq, o, dialektik məntiqi bütün şeylərin mahiyyəti haqqında elm adlandırırdı. Elə buna görə də o, "Məntiq elmi" əsərində formal məntiqin heç vaxt məşğul olmadığı məsələləri qaldırmışdır.
Məntiq elmi üçün mühüm problemlər olan anlayış, mühakimə, əqli nəticə kimi məsələlərdən başqa, Hegel məntiq tə"limində gerçəkliyin özünün qanunauyğunluqları, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, fəlsəfi kateqoriyaların münasibəti, mexaniki, kimyəvi hərəkətlərin və digər proseslərin təbiəti haqqında məsələləri də ətraflı araşdırmışdır. Buna görə də məntiq elminin məşğul olduğu problemlərin zənginləşdirilməsi, yeni, dialektik məntiqin zəruriliyi məsələsinin irəli sürülməsi Hegelin mühüm tarixi xidməti hesab edilməlidir. O, özünün "Məntiq elmi" əsərində varlıq, heçlik, təşəkkül-tapma keyfiyyət, kəmiyyət, ölçü, mahiyyət, eynilik, fərq, ziddiyyət, zərurət və təsadüf, imkan və gerçəklik kimi ümumi anlayışları hərtərəfli araşdırmışdır. O göstərmişdir ki, bütün bunlar bir-biri ilə əlaqədardır və idrakın müxtəlif pillələrini əks etdirirlər.
Hegel sisteminin 2-ci hissəsini təbiət fəlsəfəsi təşkil edir. Hegelə görə, təbiət fəlsəfəsi qeyri-varlıq, yə"ni təbiət formasında olan ideyalar haqqında tə"limdir. Onun fikrincə, təbiət başqa formaya girmiş ideyadır. Onun nöqtəyi-nəzərincə, "Mütləq ideya"nın təbiətdə əsas təzahürləri mexanika, fizika və orqanikadan ibarətdir. Ona görə də Hegel təbiət fəlsəfəsini 3 hissəyə bölmüşdür: birinci hissə mexanika adlanır. Burada Hegel məkan, zaman, materiya, hərəkət, ümumdünya cazibəsi məsələlərini araşdırır.
Fizika hissəsində Hegel səma cisimlərini, işığı, istiliyi, kimyəvi prosesləri və s. araşdırır və bu proseslər arasındakı əlaqələri açıb göstərməyə çalışırdı.
Təbiət fəlsəfəsinin 3-cü hissəsi olan orqanika - geologiya, botanika və zoologiya məsələlərinə həsr edilmişdir.
Hegelin sisteminin 3-cü hissəsi ruh fəlsəfəsi adlanır. Burada "Mütləq ideya"nın inkişafının yekun mərhələsi araşdırılır. Bu mərhələdə "Mütləq ideya" təbiəti tərk edir, "Mütləq ruh" kimi öz-özünə qayıdır. Hegelin ruh fəlsəfəsinin əsasını fərdi və ictimai şüurun inkişafı, ümumiiyyətlə, bəşəriyyətin əqli inkişafı haqqında idealist tə"lim təşkil edir.
Ruh fəlsəfəsində Hegel ümumdünya tarixini üç əsas dövrə bölür: Şərq dövrü; Antik dövrü; Alman dövrü.
Hegelin fikrincə, Şərq dünyasında insan hələ dərk etmirdi ki, azadlıq onun mahiyyətidir. Ona görə də, burada hamı quldur. Antik dünyada (Qədim Yunanıstan və Roma) bə"ziləri artıq başa düşürdülər ki, azadlıq onların mahiyyətini təşkil edir. Ona görə də Şərq dünyasından fərqli olaraq, onlar "azadlıqlıdırlar". Nəhayət, Hegelin nəzərincə, alman və ya xristian dünyasında hamı özünün mə"nəvi mahiyyətini dərk edir və buna görə də burada hamı azaddır.
Hegelin fəlsəfi tə"liminin əsas müddəalarının şərhi göstərir ki, Hegel fəlsəfəsində metod və sistem üzvi surətdə bir-biri ilə bağlı olsa da, onlar arasında həll olunmaz ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər aşağıdakılardan ibarətdir:

  1. Hegel öz fəlsəfi sistemini "Mütləq ideya"nın öz mahiyyətini dərk etməsi prosesinin sona yetməsi, dünyəvi əqli inkişafın sonuncu pilləsi kimi qiymətləndirirdi. Bu isə dialektikaya ziddir.

  2. Hegelin dialektik metodu inkişafın hər yerdə olduğunu, onun ümumi xarakterini göstərir, onun fəlsəfi sistemi isə bunu inkar edir.

  3. Hegel dialektikası inkişafa hüdud qoymur; onun fəlsəfi sistemi isə istər təfəkkürün, idrakın , istərsə də cəmiyyətin inkişafına həd qoyur. O, belə hesab edirdi ki, konstitusiyalı monarxiyanın bərqərar olması ilə Almaniya ən yüksək inkişaf zirvəsinə çatıb. Onun fikrincə, Alrman dövləti ən mükəmməl siyasi formadır, alman cəmiyyəti tarixi inkişafın tacıdır və bundan yüksəyə qalxmaq mümkün deyildir".

Bütün bunlara baxmayaraq Hegelin dialektikası bəşəriyyətin fəlsəfi fikir tarixində irəliyə doğru atılan mühüm bir addım idi.



Yüklə 138 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin