Tütünçəkmədən imtina
Bütün tütünçəkənlər bu vərdişdən imtina etməyə təşviq
edilməlidirlər. Tütünçəkmənin intensivliyinin azaldılması (nikotin
abstinensiyası
simptomlarının
profilaktikası
məqsədi
ilə)
tütünçəkmədən imtinaya alternativ kimi tövsiyə oluna bilməz, çünki
bu halda yalnız sağlamlığa dəyən zərərin cüzi azalması baş vermiş olur.
Tütünçəkmədən imtinaya qarşı heç bir yaş məhdudiyyəti
qoyulmur. Tütünçəkənlərə və yüksək ÜDX riski olanlara və ÜDX
diaqnozu qoyulmuş tütün çəkməyən şəxslərə passiv tütünçəkmənin
zərərləri və ondan imtinanın əhəmiyyəti barədə tövsiyələr
verilməlidir.
Tütünçəkmədən imtinanın bəzi üstünlükləri özünü dərhal
göstərir, bəzilərinin üzə çıxması üçün isə zaman tələb olunur.
Tütünçəkmədən imtina edildikdən 10-15 il sonra risk heç vaxt
çəkməyən insanların riski səviyyəsinə yaxınlaşır, lakin heç bir zaman
həmin səviyyəyə çatmır
79
, çünki aterosklerotik düyünlərin əmələ
gəlməsi prosesi heç zaman tam olaraq geri dönmür. ÜDX olmayan və
tütünçəkmədən imtina etmiş insanlarda risk hazırda çəkənlərlə heç
vaxt çəkməyənlərin riskinin tam ortasındadır (A)
79
.
Keçirilmiş Mİ-dən sonra tütünçəkmədən imtina potensial olaraq
bütün digər profilaktik tədbirlərdən daha effektivdir (B)
40
.
Klinik təcrübədə xəstənin tütünçəkmədən imtina etməyə
çalışmağa hazır olmasının qiymətləndirilməsi, sağlamlığa dəyən
zərər barədə qısamüddətli söhbət və sonrakı müşahidə ilə
tütünçəkmədən imtina planının birgə tərtib edilməsi ilkin
konsultasiya zamanı ən mühüm ilk addımlardandır. Tütünçəkən
bax: “Tütünçəkmədən imtina üzrə klinik protokol”. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,
Bakı, 2012. - 44 səh.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
26
şəxsin tütünçəkmədən imtina etməsi üçün konsultasiya zamanı
tütünçəkmədən imtina etmə üzrə alqoritmə (Cədvəl 2) riayət etmək
lazımdır.
İmtinaya yardımın və farmakoloji təsir növünün müəyyən
edilməsi zamanı gün ərzində çəkilən siqaretlərin sayını və tütündən
asılılıq dərəcəsini nəzərə almaq lazımdır
71
(adətən, qiymətləndirmə
üçün Faqerstrem testindən istifadə olunur ( Cədvəl 3)). Bu halda
tütünçəkənləri məlumatlandırmaq lazımdır ki, tütünçəkmədən
imtinadan sonra onların çəkisi təxminən 5 kq arta bilər və
tütünçəkmədən imtinanın faydası çəkinin artması riskindən daha
üstündür.
Dostları ilə paylaş: |