Tütünçəkmə ilə bağlı tövsiyələr
► istənilən növ tütün məmulatlarından istifadə güclü və müstəqil
ÜDX riski amilini təşkil edir və bundan qaçmaq lazımdır (B)
50,158
► passiv tütünçəkmə ÜDX riskini artıran risk amilidir və bundan
qaçmaq lazımdır (B)
76,93
► gənc insanlara tütünçəkməyə
başlamaması üçün dəstək
verilməlidir (C)
27
► hər bir tütünçəkən insan bu vərdişdən imtinaya dair məsləhət və
dəstək almalıdır (A)
88
Tütünçəkmə qarşısı alına bilinən ölüm hallarının 50%-ni təşkil
edir və bu ölümlərin yarısının səbəbi də ÜDX-dir. Tütünçəkmə bütün
ÜDX-nin əmələgəlmə riskini artırır: ÜİX, işemik insult, periferik
arteriyaların xəstəliyi, aortanın abdominal hissəsinin anevrizmaları.
SCORE qiymətləndirməsinə görə, ÜDX-dən 10 illik ölüm riski tütün
çəkməyənlərlə müqayisədə tütünçəkənlər arasında 2 dəfə yüksəkdir.
Bununla yanaşı miokard infarktının nisbi riski yaşı 60-dan yuxarı
olan tütün çəkənlər arasında çəkməyənlərlə müqayisədə 2 dəfə, yaşı
50-dən az olanlar arasında isə 5 dəfə yüksəkdir
54,124
.
Tütünçəkmə ilə əlaqəli risk qadınlar arasında kişilərlə
müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir
54,124
.
Tütünçəkmə ilə bağlı riskin həcmi gün ərzində çəkilən
siqaretlərin sayından asılıdır və bu halda mənfi təsir göstərməyən
aşağı hədd mövcud deyil
125
. Tütünçəkmə stajının da öz rolu var.
İstənilən növ tütün məmulatlarının, o cümlədən, tərkibində qatranın
həcmi az olan “yüngül” və ya “yumşaq” adlanan siqaretlər, filtrli
siqaretlər, siqarlar və tənbəki çubuqları məhvedici təsirə malikdir
27
.
Çəkilmə formasından (o cümlədən qəlyan) asılı olmayaraq
tütünçəkmə təhlükəlidir
174
. Tüstüsüz tütün məmulatlarının istifadə
edilməsi daha az dərəcədə, lakin statistik sübut edilmişdir ki, Mİ-nin
və insult riskinin artmasına gətirib çıxarır
22
.
Toplanmış məlumatlar göstərir ki, passiv tütünçəkməyə məruz
qalanlar arasında da ÜİX riski artır
76,91,126
. Passiv tütünçəkməyə məruz
qalan insanlarda
151
ÜDX riski 30%-ə qədər artmış olur. Həm sağlam,
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
25
həm də ÜİX olan şəxslər arasında passiv tütünçəkmənin təsirinin
minimal səviyyəyə qədər azaldılması zəruridir.
Hazırda tütünçəkən insanlar arasında heç vaxt çəkməyən və ya
əvvəllər çəkən insanlarla müqayisədə risk daha yüksəkdir və həmin
risk çəkilən siqaretlərin sayı çox olduqca daha yüksəkdir.
ÜDX riskinin artması tütünçəkmə ilə aterosklerozun inkişafının
sürətlənməsi və trombların əmələ gəlməsi tezliyinin çoxalması ilə
əlaqəlidir.
Dostları ilə paylaş: |