İltihabi: yüksək həssaslığı olan CRZ, fibrinogen. Yüksək
həssaslığı olan CRZ qeyri-stabil aterosklerotik düyünlərin əmələ
gəlməsinə təkan verən risk amilidir. Lakin bu yeni biomarkerin
risklərin qiymətləndirilməsi şkalasına əlavə edilməsinin kifayət
olmayan dəqiqlik, digər klassik əsas risk amillərindən asılılıq və
eləcə də sınağın qiymətinin yüksək olması kimi bir neçə zəif məqamı
var. Eyni xüsusiyyətlər fibrinogenə də aiddir
86
.
Trombotik. Homosistein ÜDX-nin müstəqil risk amili kimi
qiymətləndirilir. Onun riskə təsir əhəmiyyəti kiçikdir və həmişə sabit
olmur
128
. Homosistein ÜDX riskinin qiymətləndirilməsi üçün “ikinci
dərəcəli” marker hesab edilir.
Son zamanlarda lipoproteinlə bağlı fosfolipaza 2 düyünün
dağılmasının və aterotrombotik hadisənin müstəqil risk amili kimi
nəzərdən keçirilir. LpPLA2 ÜDX riskinin qiymətləndirilməsinin
“ikinci sıra” markeri olaraq qalır
64
.
Dostları ilə paylaş: |