20
mümkündür. Belə yanaşma affektiv simptomların korreksiyasına
və sağlamlıqla bağlı həyat keyfiyyətinin yaxşılaşmasına təkan
verə bilər (B)
85,94,129
Psixoloji müdaxilələr psixo-sosial stressi azaldır, sağlam həyat
tərzinin formalaşmasına imkan yaradır və ÜDX-nin qarşısının
alınmasına kömək edir. Müdaxilələrə fərdi və ya qrup şəklində
psixoloji konsultasiyalar, koqnitiv-davranış terapiyası, stress
səviyyəsinin azaldılmasına dair proqramlar, meditasiya, auto-treninq,
bioloji əks-əlaqə, tənəffüs çalışmaları, yoqa və/və ya əzələ
relaksasiyası metodikaları daxildir
94,129
.
Həyat keyfiyyətinə və tibbi nəticələrə təsir baxımından psixo-
sosial amillərin əhəmiyyəti, eyni ilə klinik taktika kimi, xəstə ilə
müzakirə edilməlidir. Müdaxilələr proqramı mövcud olan risk
amillərinin toplusu əsasında fərdi şəkildə gender aspektlərinin nəzərə
alınması şərti ilə işlənib hazırlanmalıdır.
Psixo-sosial RA-nın korreksiyası xəstələrin psixoloji statusunun,
həyat keyfiyyətinin yaxşılaşmasına, medikamentoz müalicə rejiminə
riayət etmələrinə
və
həyat tərzinin müsbət istiqamətdə
dəyişdirilməsinə təkan verir. Psixo-sosial stressin azaldılmasına
yönəlmiş psixoloji müdaxilələr, xüsusilə
hədəfli davranış
dəyişikliklərinə nail olmuş xəstələrdə, ÜİX-nin klinik təzahürlərinin
profilaktikasına müsbət təsir etmiş olur (A)
39
.
Sosial dəstəyi aşağı səviyyədə olan şəxslərlə RA barədə izahedici
söhbətlərin aparılması tələb olunur. Xəstələrə sosial kontaktlar, rəsmi
və qeyri-rəsmi maraq birliklərində olmaq və eləcə də qrup şəklində
psixoloji təlimlərdə iştirak tövsiyə olunur.
Toplam
kardiovaskulyar
riski
yüksək
olan
şəxslərə,
psixoemosional stress səviyyəsi yüksək olan ÜDX xəstələrinə
stressin idarə edilməsinə dair tövsiyələr verilməlidir. Stressin idarə
edilməsi
proqramları
xəstələrin
subyektiv
rifahlarının
yaxşılaşdırılması ilə yanaşı risk amillərinin səviyyəsinin azalması və
ÜDX nəticələrinin yaxşılaşdırılmasına yardım göstərir
129,94
. Bu halda:
iş və istirahət rejimi normallaşdırılmalı
yuxu üçün ən az 7-8 saat ayrılmalı
məzuniyyətdən müntəzəm şəkildə istifadə edilməli
fiziki aktivlik artırılmalı (xüsusilə, üzgüçülük, digər su və
aerob məşğələ növləri tövsiyə olunur)
relaksasiyanın sadə texnikaları mənimsənilməlidir
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
21
Müstəqilliyin və iş prosesinə nəzarətin artırılmasına yönəldilmiş
iş şəraitinin dəyişdirilməsi sosial dəstəyin artırılmasına və fizioloji
stressə olan reaksiyanın qabarıqlığının azaldılmasına kömək edə
bilər. Menecerlərin və rəhbərlərin iş streslərinin azaldılması onların
sağlamlığına müsbət təsir göstərir və eləcə də onların tabeliyində
olan işçilərin sosial dəstəyini artırmış olur
156
.
Düşmənçilik hissinin təzahürləri olan ÜİX xəstələrində davranış
baxımından qiymətləndirilən həmin hislərin və
eləcə
də
depressiyanın, sakit vəziyyətdə ürək döyüntüsünün tezliyinin,
psixoemosional
stressə
olan
kardiovaskulyar
reaksiyanın
azaldılmasına və sosial dəstəyin və həyatdan razıqalma hissinin
artırılmasına imkan verən qrup şəklində olan müdaxilələr təsirli olur.
Qadınlar üçün stressin təzahürlərinə yönəldilmiş xüsusi qrup
davranış terapiyası metodikaları faydalı ola bilər
20,31,114
.
Tələb olunduğu halda psixoloqun/psixoterapevtin fərdi və ya
qrup şəklində konsultasiyası məqsədəuyğundur. Klinik əhəmiyyəti
olan həyəcan, depressiya və
qarışıq vəziyyətlərdə
qeyri-
medikamentoz (psixoterapiya, fiziki aktivliyin artırılması və
keçirilmiş
Mİ-dən,
miokardın
revaskulyarizasiyası
əməliyyatlarından, insultdan sonra reabilitasiya) və ya həkim-
mütəxəssis tərəfindən təyin edilmiş medikamentoz (həyacanı
sakitləşdirən dərmanlar, benzodiazepin trankvilizatorlar və ya anti-
depressantlar ilə) terapiya tövsiyə olunur.
Dostları ilə paylaş: