Psixo-sosial risk amillərinə dair tövsiyə
► Psixo-sosial risk amilləri
anamnez toplandıqda və
ya
standartlaşdırılmış sorğu vasitələri ilə qiymətləndirilməlidir.
Müvafiq klinik müdaxilələrin aparılması həyat keyfiyyətini
artırmaq və ÜİX-nin proqnozunu yaxşılaşdırmaq məqsədilə
nəzərdən keçirilməlidir (B)
85,135
Psixo-sosial risk amillərinin xüsusiyyətləri
Depressiya, düşmənçilik və sosial təcrid olunma, adətən, aşağı
sosial-iqtisadi statusu olan və/və ya xronik stress altında olan kişi və
qadınlarda müşahidə olunur
28,166
.
Depressiya sonradan ÜİX-nin əmələ gəlməsinin prediktorudur
(B)
100,128,176
və onun proqnozunu pisləşdirir
100
. Depressiyalı xəstələrdə
riskin daha yüksək olması trisiklik antidepressantların yan təsiri
səbəbindən də ola bilər
34,70
.
Həyəcan ÜİX-nin əmələ gəlməsinin
132
və Mİ-dən sonra baş
verəcək xoşagəlməz hadisələrin
133
müstəqil amilidir.
Düşmənçilik və əsəb həm sağlam insanlarda, həm də ÜDX olan
xəstələrdə yüksək ürək-damar hadisəsi riski ilə əlaqələnir
30
. Hirsini
daxilində saxlayan ÜDX xəstələri arzuolunmaz ürək-damar
hadisəsinin daha yüksək riskinə məruz qalırlar
45
.
D tipli şəxsiyyət (“distressed” – əzab çəkən) geniş spektr mənfi
emosiyaların davamlı hiss olunmasına meyillilik (neqativ affektlik)
və digər şəxslərlə münasibətdə özünü ifadə etməkdə sıxılma (sosial
sıxılma) deməkdir. Şəxsiyyətin D tipli olmağı hətta depressiv
simptomların, stressin və əsəbin nəzərə alınmasından sonra ÜDX
olan xəstələrdə arzuolunmaz proqnozun prediktorudur (B)
46
.
Dostları ilə paylaş: |