17
gənc insanlar bütün risk amillərinin mövcudluğuna baxmayaraq
mütləq aşağı ÜDX riski qrupuna aid olurlar. Məsələn, tütünçəkən,
SAT 180 mm c.s., qanda XS 8 mmol/l olan 45 yaşlı kişi, hətta heç bir
müalicə olmadan 10 illik müddətə 4%-lik riskə (SCORE şkalasına
görə) malikdir. Beş il sonra, yaşı 50-yə çatanda, onun 10 illik riski
təhlükəli həddə (14%) çatmış olacaq və medikamentoz müalicənin
aparılmasında ehtiyac yaranacaqdır.
Qadınlar üçün risk eyni yaşda olan kişilərlə müqayisədə daha
aşağıdır. Bir qayda olaraq, 60 yaşlı qadınlarda ÜDX riski göstəriciləri
50 yaşlı kişilərin həmin göstəricilərinə uyğundur.
Hazırda bütün Avropa ölkələrində ÜDX qadınlar arasında ölüm
hallarının əsas səbəbidir. ÜDX-dən 75 yaşadək ölən qadınlar 42%,
kişilər isə 38% təşkil edir
57
. Qadınlar arasında ÜDX-nin (ÜDX
fəsadlaşmaları deyil) daha az yayılması daxili estrogenlərin qoruyucu
təsiri və eləcə də, kişilərin və qadınların qidalanmasında yağların
səviyyəsinin fərqli olması ilə izah edilə bilər
90
.
ÜDX risklərinin təyini və onların dinamikada müşahidə edilməsi
xüsusilə simptomsuz ÜDX olan qadınlar və yaşlı insanlar üçün
əhəmiyyətlidir. Bu səbəbdən qadınlarda və yaşlı insanlarda digər
qruplarda olduğu kimi spesifik müalicənin (В)
84,128
müəyyən edilməsi
məqsədi ilə ÜDX risklərinin qiymətləndirilməsi aparılmalıdır.
Həm kişilərdə, həm də qadınlarda tütünçəkmədən imtina, fəal
həyat tərzinin tətbiqi, bədən çəkisinin normallaşdırılması və normal
AT və qanda XS səviyyəsi olduqda, eləcə də, vaxtlı-vaxtında nəzarət
(və normadan kənarlaşma zamanı korreksiya) aparıldıqda ÜDX riski
azaldıla bilər.
Dostları ilə paylaş: