Klinik protokol Az ərbaycan Respublikas


ARTERİAL HİPERTENZİYANIN MÜALİCƏSİ



Yüklə 0,77 Mb.
səhifə44/65
tarix28.12.2021
ölçüsü0,77 Mb.
#10383
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
ARTERİAL HİPERTENZİYANIN MÜALİCƏSİ

Arterial hipertenziyanın qeyri-medikamentoz müalicəsi

Həyat  tərzinin  dəyişdirilməsi  cüzi  AT  artımı  olan  xəstələr  üçün 

yetərli  ola  bilər.  Bundan  başqa,  həyat  tərzinin  dəyişdirilməsi 

antihipertenziv  dərman  vasitələrini  qəbul  edən  xəstələrə tövsiyə

olunmalıdır,  çünki  bu  AT-nin  normallaşdırılması  üçün  tələb  olunan 

dərmanların dozasının azaldılmasına gətirə bilər.

Həyət  tərzinin  dəyişdirilməsinə daxildir:  artıq  bədən  çəkisi  olan 

hallarda  bədən  çəkisinin  azaldılması,  natrium  xloridin  gün  ərzində

qəbul edilməsinin 5 qramdan az miqdaradək azaldılması, az hərəkətli 

həyat  tərzi  olanlar  üçün  müntəzəm  fiziki  fəaliyyətlə məşğul 

olunması.  Kalium  qəbulu  zamanı AT-nin  azalmasını  nəzərə almaqla 

hipertenziyası olan xəstələrə daha çox (gündə 4-6 porsiya, yəni 400 q) 

meyvə və tərəvəzdən  istifadə edilməsinin  və doymuş  yağlar  və

xolesterin qəbulunun azaldılmasının tövsiyə edilməsi məsləhət görülür.

Siqaret  çəkən  xəstənin  bu  vərdişdən  imtina  etməsi  üçün  bütün 

səyləri  göstərmək,  o  cümlədən  nikotin  əvəzedici  terapiyadan, 

bupropiondan və ya vereniklindən istifadə etmək lazımdır.

Hipertenziyaya  qarşı  müalicəni  başlamaq  qərarı  AT-nin 

səviyyəsindən  (Cədvəl  7)  və ümumi  ürək-damar  riskindən  (Şəkil  1

asılıdır.  III  dərəcə hipertenziya  olduqda  və eləcə də yükcək  ümumi 

ürək-damar  riski  ilə müşayiət  olunan  I  və II  dərəcəli  hipertenziya 

olduqda  dərhal  dərman  terapiyası  başlanmalıdır.  Orta  səviyyəli 

kardiovaskulyar  riski  olan  I  və II  dərəcəli  AH  xəstələrində

medikamentoz terapiyanın təyin edilməsi bir neçə həftə təxirə salına 

bilər.  Risk  amilləri  olmayan  I  dərəcəli AH  xəstələrində müalicə bir 

neçə aya  təxirə salına  bilər.  Bu  xəstələrdə müəyyən  dövr  ərzində

qeyri-medikamentoz  müalicə aparıldıqdan  sonra  kifayət  qədər  AH 

nəzarəti olmadıqda dərman terapiyası əlavə oluna bilər. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin