48
hipertenziya əleyhinə
müalicənin başlanması və
davam
etdirilməsi üçün məsləhət görülməlidir
(A)
122
► Hipertenziyadan əziyyət çəkən bütün pasiyentlərdə sistolik qan
təzyiqi <140 mm c.s. qədər (diastolik qan təzyiqi isə <90 mm c.s.
qədər) azaldılmalıdır (B)
21
► 1-ci və ya 2-ci dərəcəli hipertenziyası və orta səviyyəli ümumi
kardiovaskulyar riski olan pasiyentlərdə bir neçə həftə ərzində,
hər hansı bir risk faktoru ilə müşayiət olunmayan 1-ci dərəcəli
hipertenziyası olan pasiyentlərdə isə bir neçə ay ərzində dərman
müalicəsi təxirə salınaraq həyat tərzini dəyişdirmək cəhdləri ilə
əlaqədar tədbirlər görülə bilər (C)
100
► 3-cü dərəcəli hipertenziyadan əziyyət çəkən, həmçinin yüksək və
ya çox yüksək kardiovaskulyar riski olan 1-ci və ya 2-ci dərəcəli
hipertenziyadan əziyyət çəkən pasiyentlərdə təxirə salınmadan
dərmanlarla müalicəyə başlanmalıdır (B)
100
► Hipertenziyası və müəyyən edilmiş ürək-damar xəstəliyi və ya II
tip ŞD və ya 10 illik ürək-damar ölümü riski ≥5% (SCORE
şkalasına görə) olan bütün xəstələrdə statin müalicəsi nəzərdən
keçirilməlidir (B)
21
► SCORE şkalasından istifadə etməklə risk dərəcəsinin müəyyən-
ləşdirilməsi hipertenziyadan əziyyət çəkən hər bir pasiyent üçün
minimum tələb kimi müəyyənləşdirilməlidir (B)
37,147
► Subklinik orqan zədələnməsi olan pasiyentlərdə, xüsusən aşağı və
ya orta dərəcəli riski olan şəxslərdə (SCORE 1-4%) ürək-damar
sistemi ilə əlaqədar ölüm halının yarana biləcəyi sübut
olunduğuna görə, orqanların subklinik zədələnmələrinin aşkar
olunması üçün müayinə aparılmalıdır (B)
37,147
► Hipertenziyası və bir çox metabolik risk faktorları olan xəstələrə
beta blokatorlar və tiazid diuretiklər diabetin əmələ gəlmə
ehtimalını artırdığına görə tövsiyə olunmur (D)
55,122
► Diabet olan hallarda AÇF inhibitorları və ya renin anqiotenzin
reseptorlarının blokatorları tövsiyə olunur
(A)
116
► Antitrombositar terapiya, xüsusilə, aşağı dozalarda aspirin,
hipertenziyalı və anamnezində ürək-damar hadisəsi olan xəstələrə
tövsiyə olunur (A)
160
► Anamnezində ürək damar hadisəsi olmayan hipertenziyalı, lakin
böyrəklərin aşağı funksiyası və ya yüksək ürək-damar riski olan
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
49
xəstələrdə
antitrombositar terapiyanın tətbiqini nəzərdən
keçirtmək lazımdır (C)
81,139,180
90>140>
Dostları ilə paylaş: