Klinik protokol Az ərbaycan Respublikas


Xolesterin - aşağı sıxlıqlı lipoproteinlər



Yüklə 0,77 Mb.
səhifə49/65
tarix28.12.2021
ölçüsü0,77 Mb.
#10383
1   ...   45   46   47   48   49   50   51   52   ...   65
Xolesterin - aşağı sıxlıqlı lipoproteinlər

Qan  plazmasında  xolesterinin çox  hissəsi, adətən, ASLP-nin tərki-

bində mövcuddur. Ümumi xolesterinin, eləcə də XS-ASLP səviyyələri 

və ÜDX-nin yaranması riski arasında güclü müsbət əlaqə var

109

.

Qanın plazmasında XS-ASLP səviyyəsinin aşağı salınması ÜDX 



riskini  azaldır  və bu  da  artıq  sübut  olunmuş  faktdır.  Tədqiqatların 

nəticələri təsdiq edir ki, XS-ASLP səviyyəsinin azaldılması ÜDX-nin 

profilaktikasında başlıca vəzifə olmalıdır.  

Çoxsaylı  tədqiqatların  meta-analizləri  XS-ASLP  səviyyəsi  aşağı 

salındıqda  ÜDX  riskinin  dozadan  asılı  azalmasını  təsdiq  etdi.  Çox 

yüksək ÜDX  riski  olan pasiyentlərdə XS-ASLP-nin  hədəf səviyyəsi 



<1,8 mmol/l (~70 mq/dl) hesab edilməli və ya XS-ASLP-nin əvvəlki 

səviyyəsindən ≥ 50%-dək azaldılmalıdır.



Triqliseridlər

Hipertriqliseridemiya  ÜDX-nin  inkişafı  üçün  əsaslı  müstəqil 

amildir,  lakin  bu  əlaqə hiperxolesterinemiyadakı  kimi  elə də güclü 

deyil


143

. ÜDX riski ağır hipertriqliseridemiyadan (> 10 mmol/l və ya 

~900  mq/dl)  daha  çox  orta  hipertriqliseridemiya  ilə bağlıdır.  

Triqliseridlərin  hədəf  səviyyəsinə çatmağın  əsaslandırılmasını  sübut 

edən heç bir randomizə edilmiş araşdırma yoxdur.   

Hazırda acqarına triqliseridlərin səviyyəsinin >1,7 mmol/l (~150 

mq/dl)  olması  yüksək  risk  markeri  kimi  hələ də qəbul  edilir,  lakin 

triqliseridlərin  konsentrasiyasının  ≤1,7  mmol/l  olması  terapiya üçün 

hədəf səviyyəsi kimi sübuta yetirilməmişdir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin