QİDALANMA
Qidalanmaya dair tövsiyə
► Sağlam qidalanma ÜDX profilaktikasının əsasıdır (B)
19,78,106
Qidalanma xüsusiyyətləri ÜDX riskinə XS, AT, bədən çəkisi və
ŞD kimi digər risk amilləri vasitəsi ilə və müstəqil şəkildə təsir edir.
Bu səbəbdən sağlam qidalanma ÜDX profilaktikasının əsasında
durur (Əlavə 2).
ÜDX-nin profilaktikası kimi istifadə olunan sağlam qidalanmanın
qarşısında duran əsas problem qidalanma rasionunun (həm kəmiyyət,
həm də keyfiyyət baxımından) uzunmüddətli dəyişdirilməsi üzrə
insanların davranışının davamlı şəkildə dəyişməsinə və bədən
çəkisinin normal səviyyədə saxlanılmasına nail olunmasından
ibarətdir.
Dostları ilə paylaş: |