Fiziki aktivliyə dair tövsiyələr
► İstənilən yaşda olan sağlam böyüklər fiziki aktivliyə və ya orta
intensivli aerob fiziki məşqlərə həftədə 2,5-5 saat və ya intensiv
fiziki məşğələlərə həftədə 1-2,5 saat ayırmalıdırlar. Oturaq həyat
tərzi keçirən insanlar yüngül intensivli fiziki məşğələlər
proqramından başlamalıdırlar (A)
154
► Fiziki aktivlik/aerob fiziki məşqlər həftədə bir neçə dəfə
aparılmalıdır. Hər bir məşqin müddəti 10 dəqiqədən çox olmalı
və həftə ərzində 4-5 gündən az olmamaqla bərabər şəkildə
bölüşdürülməlidir (A)
154
► Mİ, aorta-koronar şuntlanma (AKŞ), dərialtı koronar müdaxilələr
(DKM), sabit stenokardiya
və ya xronik ürək çatışmazlığı
olan
xəstələr həftədə 3 dəfədən çox 30 dəqiqəlik orta intensivli aerob
fiziki məşqlər etməlidirlər. Oturaq həyat tərzi keçirən insanlar
yüngül
intensivli
fiziki
məşqləri
mümkün
risklər
qiymətləndirildikdən sonra başlamalıdırlar (A)
119,155
Dostları ilə paylaş: |