Fizioloji əsaslandırma
Müntəzəm aerob fiziki fəaliyyət fiziki əmək qabiliyyətini artırır,
miokardın oksigenə olan tələbatını azaldır
60
, iri koronar damarların
daxili diametrini artırır, mikrosirkulyasiyanı və endotelinin
fəaliyyətini yaxşılaşdırır
48,95
. Əlavə olaraq aerob fiziki yüklənmənin
aterosklerotik düyünlərin tamlığı pozulduqda koronar okklüziya
riskini azaldan antitrombotik təsirə malik olması
96
və eləcə də
müstəqil vegetativ balansın əlverişli təsiri modulyasiyası hesabına
aritmiyanın əmələ gəlməsi riskinin azaldılması
19
barədə də
məlumatlar mövcuddur.
Fiziki aktivlik ÜDX-nin müəyyən edilmiş bir çox risk amillərinə
müsbət təsir göstərir: normal AT olan insanlarda arterial
hipertoniyanın əmələ gəlməsinin və ya inkişaf etməsinin qarşısını alır
Aerob fiziki yüklənmə əzələ hərəkətləri üçün əsas enerji mənbəyi kimi oksigendən istifadə edən
istənilən fiziki məşğələdir. Aerob maddələr mübadiləsi ilə kifayətlənən məşğələlər, adətən, uzun
müddət ərzində həyata keçirilə bilər. Aerob fiziki məşğələlər zamanı iri əzələlər ritmik hərəkət edir.
Piyada gəzmək, qaçmaq, hoppanmaq, tullanmaq, üzmək, rəqs etmək, pilləkanla qalxmaq, basketbol
və tennis oynamaq, velosiped sürmək – bunların hamısı aerobika hərəkətlərinə aiddir.
Anaerob fiziki məşğələlər (məsələn, əzələlərin gücləndirilməsi məşqləri və sprint qaçışı) zamanı isə
oksigenin iştirakı olmadan əzələlərdəki maddələrin sürətli kimyəvi reaksiyası hesabına enerji yaranır.
Bu proses ani olaraq hərəkətə gəlir, lakin enerji ehtiyatlarının tez tükənməsilə (0.5-1.5 dəq.)
nəticələnir ki, bundan sonra aerob enerji istehsalın mexanizmi işə düşür.
Anaerob məşğələlərdən fərqli olaraq aerob məşğələlər insanın fiziki gücünü artırmır. Buna görə də
professionallar (idmançılar, hərbiçilər, yanğın söndürənlər və polis işçiləri) üçün hər iki növ
məşğələlər vacibdir. Aerob məşğələlər isə ürək-damar sisteminin yaxşılaşdırılması üçün zəruridir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
36
və arterial hipertoniyası olan xəstələrdə AT-nin enməsinə səbəb olur,
ХS-YSLP sıxlığını artırır, bədən çəkisinə nəzarət edir və II tip
ŞD-nin əmələ gəlməsi riskini azaldır
67,163
. Bundan başqa, fiziki
məşqlər ötüb keçən miokard işemiyası zamanı yüklənməni artırmaqla
sonradan baş verə biləcək daha uzunmüddətli işemik təsirə qarşı
miokardın dözümlü olmasını artırır. Beləliklə, miokardın
zədələnməsi və potensial ölümcül mədəcik taxiaritmiya hallarının
baş verməsi riskini azaltmış olur.
Dostları ilə paylaş: |