bax: “Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan
bax: “Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan
37
aktivliyin və ya aerob fiziki məşqlərin daha da artırılması əlavə fayda
verir. Belə nəticələr, eyni zamanda, həftədə 1-2,5 saat ərzində artıq
intensvliyə malik fiziki aktivlik/aerob fiziki məşqlər və ya orta və
intensiv fiziki aktivliyin/aerob fiziki məşqlərin ekvivalent
kombinasiyası vasitəsi ilə də əldə olunur.
Fiziki fəaliyyətin/aerob fiziki məşqlərin ümumi həftəlik tövsiyə
olunan həcminə gündəlik 10 dəqiqədən çox olan məşqlərin
toplanması ilə nail olmaq olar və bu halda fiziki fəaliyyət/aerob fiziki
məşq həftənin günləri arasında bölüşdürülməlidir.
Fiziki fəaliyyətin/aerob fiziki məşqlərin nümunəsi qismində
piyada turizm, qaçış və ya sürətlə qaçış, velosiped gəzintisi,
avarçəkmə, üzgüçülük, ayaq xizəyi idmanı və aerobika kimi təkcə
idman məşqləri deyil, həm də gündəlik fəaliyyət, məsələn, sürətli
gəzinti, pilləkənlərlə qalxmaq, ev işlərinin görülməsi, bağda iş, aktiv
əyləncə tədbirləri ola bilər. Fiziki fəaliyyətin intensivliyinin müəyyən
edilməsi üsullarından biri də ürək döyüntülərinin tezliyinin
sayılmasıdır
130
.
Risklərin qiymətləndirilməsi. Orta yaşda olan insanların və
yaşlıların idman üçün asudə vaxtlarının təşkilinə mütləq qaydada
fərdi ürək-damar risklərinin qiymətləndirilməsi, gündəlik fiziki
fəaliyyətin səviyyəsinin və daha aktiv skrininq vasitəsi ilə aerob
fiziki yüklənməyə qarşı dözümlülüyün (məsələn, yüklənmə testi
vasitəsi ilə) müəyyən edilməsi daxildir. Oturaq həyat tərzi sürən
və/və ya ürək-damar risk faktorları olan şəxsləri intensiv fiziki
yüklənmələrə hazır olan şəxslərdən ayırmaq lazımdır
23
. Bəzən məşq
edən şəxslərdə fiziki yüklənmə zamanı və ya onlardan sonra koronar
hadisələr və qəfil ürək patologiyasına görə ölüm hallarının baş
verməsi riskləri daha yüksəkdir
62,157
. Bu səbəbdən oturaq həyat tərzi
keçirən və ürək-damar risk amilləri olan şəxslər üçün aşağı intensivli
yüklənmələrdən başlamaq məsləhət görülür.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.