Kommunikasiya və onun formalari. Verbal və qeyri-verbal kommunikasiYA



Yüklə 32,75 Kb.
səhifə4/6
tarix08.01.2023
ölçüsü32,75 Kb.
#78730
1   2   3   4   5   6
490130712-8-Kommunikasiya-və-onun-formaları-rus-docx

Jestlər. Nitq zamanı danışanın etdiyi əl-qol hərəkətlərinə jest deyilir. Jest bədənimizin bütövlükdə istifadəsi ilə (əl-qol, barmaqlar, baş, ayaqla) verilən mesajlardır. İnsanı digər canlılardan ayıran bu xüsusiyyətlər ona öz duyğu və düşüncələrini, sevinc və kədərini ifadə etməyə, vacib anları vurğulamağa kömək edir. Hər bir insanın istifadə etdiyi jestlər onun xarakterinə uyğun formalaşır. Jestlər nitqi daha maraqlı edir, dəqiqləşdirir, nitqin daha yaxşı qavranmasına şərait yaradır.
Ünsiyyət prosesində nitqlə jestin üst-üstə düşməsi mümkündür. Bu halda fikir həm verbal (sözlə), həm də qeyri-verbal ifadə vasitəsi ilə reallaşır. Məsələn, danışan həm “yox” deyir, həm əlini yelləyir, həm də başı ilə öz etirazını bildirir. Nitq prosesində jestlə verbal ifadənin mənaca fərqlənməsi - yalanı göstərir.
Təsadüfi deyil ki, antik dövr ritorikasında jestlərə böyük əhəmiyyət verilirdi. Hətta məşhur yunan natiqi Demosfen yaxşı natiq olmaq üçün nə etmək lazımdır sualına, belə cavab verirdi: “Jestlər, jestlər və jestlər”.
İxtisasca hüquqşünas olan və nitq mədəniyyətinin inkişaf etdirilməsində rolu olan böyük alim Anatoli Fyodoroviç Koni yazırdı:
Jestlər nitqi canlandırır, lakin onlardan istifadə edərkən diqqətli olmalıyıq. Danışıq zamanı istifadə edilən hər bir jest nitqə uyğunlaşdırılmalıdır, çünki həddindən artıq jestdən istifadə etmək və əl-qol hərəkətlərindən çox istifadə həmsöhbətimizdə bizə qarşı mənfi fikir yarada bilər”.
Deməli, danışanın həddindən artıq əl-qol atması, əlini qulağına aparması, barmaqlarını şaqqıldatması, ayaqlarını yelləməsi, qalstukunu düzəltməsi, saçı ilə oynaması və s. kimi hərəkətlər diqqətin dağılmasına, dinləyicilərin ümumi narazılığına, danışana qarşı mənfi hisslərin formalaşmasına səbəb ola bilər. Natiq unutmamalıdır ki, yersiz edilən hərəkətlər onun nitqinin təsirini azaldar, hətta gülüş hədəfinə çevirə bilər. Yerində edilən hər bir jest isə əksinə nitqin təsirini artırır, dinləyicinin diqqətini daha çox cəlb edir.
Mimika və jestlər sanki şifahi nitqin durğu işarələridir. Yazıda durğu işarələri fikrin anlaşılmasına nə dərəcədə kömək edirsə, şifahi nitqdə də mimika və jestlər məhz həmin məqsədə xidmət edir. Natiqlik sənətini mimika və jestsiz təsəvvür etmək mümkün deyil. Bəzən onları ayırmır, birlikdə “bədən dili” də adlandırırlar.
İfadə etdiyi mənaya görə bədən dilini iki qrupa ayırırlar:

Yüklə 32,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin