Kommutasiya metodları. Kanalların komutasiyası



Yüklə 136,77 Kb.
səhifə2/5
tarix31.12.2021
ölçüsü136,77 Kb.
#49520
1   2   3   4   5
C fakepathmuhazir 4

Kanalların kommutasiyası dedikdə, abonentlərarası verilənlərin birbaşa ötürülməsi üçün fiziki kanalın ayrılması başa düşülür.


Tutaq ki, a1 bonenti a7 abonenti ilə əlaqə yaratmaq istəyir. Bu zaman 1 qovşağı A kommutatoruna əlaqə yaratmaq üçün xüsusi sorğu göndərir və 7 qovşağının ünvanını göstərir. A kommutatoru mrşrutu seçir və sonrakı (qonşu) kommutatora sorğu göndərir (məsələn, E kommutatoruna). E kommutatoru öz növbəsində F kommutatoruna sorğu edir və o da 7 qovşağına sorğu edir. Əgər 7 qovşağı əlaqə üçün sorğu qəbul edirsə, onda yaradılmış kanal üzrə cavab siqnalı verir. Beləliklə, bu kanal kommutasiyalaşmış kanal adlanır. Belə kanala misal telefon danışığını göstərə bilərik.

Hal-hazırda kanallar və kommutatorların eyni vaxtda bir neçə abonenti birləşdirilməsi üçün abonent kanallarının multipleksləşməsi texnikasından istifadə olunur. Multipleksləşmənin iki texnikası mövcuddur:



  1. Tezlik multipleksləməsi texnikası (FDM);

  2. Vaxt bölgüsünün multipleksləməsi texnikası (TDM).

FDM əsasən telefon şəbəkələri üçün nəzərdə tutulmuşdur. FDM kommutatoruna telefon şəbəkəsindən siqnal daxil olur. Kommutator hər bir kanalın tezliyini öz tezlik diapazonuna çevirir.

Hər iki FDM kommutatoru arasında eyni vaxtda bütün abonentlərin siqnalı ötürülür, lakin onların hər biri öz tezlik zolağını tutur. Belə kanal dolu (sıx) kanal adlanır.FDM kommutatoru fasiləsiz səs siqnalı üçün nəzərdə tutulmuşdur. Səs siqnalının rəqəm şəklində təqdimatı üçün isə vaxt bölgüsünün multipleksləşəsi texnikasından (TDM) istifadə edilir. TDM texnikasına bəzən ötürmənin sinxron rejimi də deyilir.



Yüklə 136,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin