Kompozisiya materialları. Ədəbiyyat: Novruzov Mühazirə mətnləri üzrə 2014 57 səh



Yüklə 16,64 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü16,64 Kb.
#38689
növüKompozisiya
1   2   3   4
Dispers möhkəmlənən k.m

23.02.2021

Məşğələ 1

Dispers doldurucu möhkəmlənən ərintilərin təsnifatı

Kimyəvi birləşmələr valentlik qanunları ilə metalların q.metal elementlərlə ( məs, oksidlər, sulfidlər və s) bəzi hallarda dövri sistemdə ayrıca qrup atomları üzrə kəskin fərqlənən elektron quruluşlu qarşılıqlı təsir nəticəsində əmələ gəlir. Onların mühüm xüsusiyyəti bərkiyəndə ərinti təşkil edən komponentlərin qəfəsindən fərqlənən tamamilə yeni kristal əmələ gəlir. Buna görə də kimyəvi birləşmələrin xassələri müstəqildir və komponentlərin xassəsindən asılı deyildir. Belə ki, kimyəvi birləşmələr əridilən komponentlərin müəyyən miqdar nisbətində əmələ gəlir. Adətən kimyəvi birləşmə ərintisinin tərkibi düsturla verilir. Belə ki, bu ərintiər yüksək elektrik müqavimətinə, yüksək möhkəmliyə və az plastikliyə malik olur. Məsələn dəmirin kömürlə birləşməsi yəni Fe3C təmiz dəmirdən 10 dəfə möhkəm olur. Kimyəvi birləşmələr valentlik qanunları əsasında əmələ gəlir. Belə ki, onlar metallarla q.metal elementləri ilə ( yəni oksidlər, sufidlər və s) bəzi hallarda elektron quruluşları bir – birindən kəskin fərqlənən periodik sistemin müxtəlif metalların qarşılıqlı təsiri ilə ( Mg2Sn, Mg2Pb və s əmələ gəlir). Bu cür kimyəvi birləşmələr adətən ərintinin xassələrini pisləşdirir. Bunlar üçün q.metallik tipli əlaqələr xarakterikdir. Metalların kimyəvi birləşmələri dəyişkən tərkibdə olması ilə fərqlənir. Məs Fe - Cr ərintisi birləşmə əmələ gətirir. Belə halda bir atom dəmirə bir atom isə xroma düşür. Bu cür kimyəvi birləşmənin kristal qəfəsi xüsusi hal olmaqla sadə dəmir və xrom kristal qəfəsindən əsaslı şəkildə fərqlənir. Bu kimyəvi birləşmədə xromun miqdarı 20 – 60 % arasında dəyişə bilir. Metallik birləşmə üçün tərkibin sabitlik qanununa əməl olunmaması onu adi kimyəvi birləşmədən fərqləndirir. Kurnakova görə metallik birləşmələr 2 qupa bölünür:

1.ci qrupda daltonid yəni atomlar arasında uzaq əlaqə halı kimi, 2.ci qrupa isə bertonid yəni atomlar arasında yaxın əlaqə halı var. Deməli fərqli cəhət onların kimyəvi tərkib ilə xassənin dəyişilmə qanuna uyğunluğunu araşdırmaq lazımdır. Belə ki, daltonid tipli birləşmə tərkibində təşkil edicilər 50 % həddində olur. Kimyəvi birləşmənin tərkibində Stibium (Sb) miqdarı 45 – 55 % həddində dəyişə bilir. Bertonid birləşməsində isə Stibium 40 – 45 % həddində dəyişə bilər. Bu vaxt tərkib əyri xassəsinə nəzər salsaq müvazinətli sinqulyar (yəni əyri - əyri) nöqtə müşahidə olunmur. Lakin birləşmədə rentgenoqrafik analiz isə müəyyən olunub ki, daltonid və bertonid tipli birləşmələrin atom struktur quruluşu müəyyən qədər fərqlidir.


Yüklə 16,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin