19.02.2021
Dislokasiya. Möhkəmləndirici və Doldurucular
Metalları əridəndə əksər halda dözümlü və dözümsüz xarakterli kimyəvi birləşmələr əmələ gəlir. Ca – Mg ərintisi dözümlü kimyəvi birləşmə olaraq hal diaqramında qeyd olunur. Belə ki, Ca3Mg4 tərkibli kimyəvi birləşmə 44% Mg – da əmələ gəlir. Göstərilən tərkibli maye ərinti soyuyanda 720 0C – də bərkimə prosesində Ca3Mg4 əmələ gəlir. Lakin qızdırmada kimyəvi birləşmə ərimə temperaturuna qədər dözümlü olur. Ca3Mg4 kimyəvi birləşməsi ərintinin komponentləri üzrə Ca və Mg ilə sərbəst hal diaqramları əmələ gətirir. Diaqrama nəzər salanda bərk halda tamamilə həll olunmayan vəziyyət görünür. Belə ki, kimyəvi birləşmənin ayrılması davam edəndə maye ərintinin tərkibi likvidus xəttinin müəyyən sahəsini dəyişmiş olur. Ərintilərdə dözümlü və dözümsüz xarakter olduğundan tez kimyəvi birləşmələr əmələ gətirirlər. Yəni dəyişkən ola bilirlər. Nəhayət kimyəvi birləşmələr müxtəlif növ hal diaqramları şəklində təmiz birləşmələr ( yəni bərk məhlullar) evtektikalar, peritektikalar və s. əmələ gətirə bilirlər. Bəzən bərkimə prosesində ərintilərin quruluşunda baş verən dəyişikliklər axıra çata bilmir. Bir sıra hallarda bərk məhlulların əmələ gəlməsi və burada çevrilmənin getməsi müşahidə olunur. Bu halda kimyəvi birləşmələr, mexaniki qarışıqlar fərqli quruluşa malik olub, bərk məhlul əmələ gətirə bilər. Deməli, maye ərintinin kristallaşmasında müşahidə olunan çevrilmələr baş verir. Lakin bu çevrilmələrin mexanizmi fərqli olur. Yəni I çevrilmə maye məhlulda, II çevrilmə isə bərk məhlulda alınır. Əgər biz Fe – Cr hal diaqramına nəzər salsaq, dəyişməni aydın görərik. Belə ki, solidus xəttindən aşağı bərkimə nəticəsində sürmə ilə Cr – un vəziyyətini necə əmələ gəlməsini (hansı ki, burada həcmi mərkəzləşdirilmiş kub qəfəsli məhlul) əmələ gəlir. Bərk məhlulların hər birinə çevrilməsi olan metalın polimorfizm halında müşahidə olunur. Bu hal polimorfizm adlanır. Bir sıra hallarda bərk məhlulların soyumasında kimyəvi birləşmə alınması məlumdur. Ərintidə 800 0C – dən aşağıda müəyyən tərkibli (məs, FeCr) kimyəvi birləşmə əmələ gəlməsi görünür. Bu birləşmə faza adlanır. Deməli, ərinti soyuyanda Fe və Cr diffuziya etmədən alfa bərk məhlulu ilə özəyində 8 atomu olan həcmi mərkəzləşdirilmiş kub qəfəsli görünür. Deməli 700 0C temperaturunda isə 35% Cr alınır. Deməli, faza əmələ gəlməsi üçün alfa bərk məhlulunda əmələ gələn həcm Cr ilə diffuziya olunur.
Dostları ilə paylaş: |