|
|
Salam azdizayner.com oxucuları. İnternetlə bağlı texniki problemlər olduğu üçün bir neçə gündü sayta material yerləşdirə bilmirdim. Üzürlü hesab edin ;) Bunun əvəzini maraqlı bir Korel dərsi ilə çıxmağa çalışaq. Bu dəfəki mövzuda Corel Draw qrafik redaktorunda rəng keçidlərinin (Gradient və ya Fountain Fill) necə çəkildiyini öyrənək.
Proqramda boş səhifə yaradıb düzbucaqlı çəkin (F6).
Alətlər panelindən Fill - Fountain Fill bölməsinə daxil olun. Şəkildən də göründüyü kimi prosesi tezləşdirmək üçün sadəcə klaviaturanın F11 düyməsini basmaq kifayət edər.
Nəticədə ötən dərslərdə tanış olduğumuz Outline Pen pəncərəsinə çox oxşayan belə bir pəncərə açılacaq.
Bu pəncərə əsasən 2 praktik hissədən ibarətdir:
1. Type – rəng keçidinin hansı formada olmasını müəyyənləşdirən siyahı və bu keçidləri tənzimləyən parametrdən ibarət yuxarı hissə.
2. Color Blend – keçiddə istifadə olunacaq rənglərin seçiminə nəzarət edən aşağı hissə.
Type bölməsinə daxil olub burada hansı tip rəng keçidlərin mövcud olması ilə tanış olaq.
Linear – xətti keçid: bu zaman rənglər bir düz vektor xətti üzrə dəyişir
Radial – dairəvi keçid: rənglər kənardan mərkəzə doğru dairə radiusu boyunca dəyişir
Conical – konusvari keçid
Square – kvadrat
Son iki keçid forması bir o qədər də praktik deyil, ona görə də üzərində durmaq istəmirəm. Daha bir səbəb var. Yeni başlayanlar dizayna fərqlilik gətirmək üçün tez bu iki tip rəng keçidinə müraciət edirlər. Amma sizə kim desə ki, bu tip təng keçidi dizayna gözəllik verdi inanmayın, o sizə dəhşətli yalan danışmaqla məşğuldur )). Rəng keçidlərindən düzgün istifadə ilə bağlı növbəti mövzularda söz açılacaq. Hələlik isə xətti keçidlə tanış olaq.
Aşağı hissədən hansı rənglərdən istifadə edəcəyimizi müəyyən edək. Gördüyünüz kimi burada iki tip rəng seçimi var: Two color (iki rəng) və Custom (müəyyən olunmuş).
Hələki iki rəngin dəyişmə halına baxaq. Başlanğıc və son rəng olaraq açıq və tünd göyü seçdim.
Pəncərənin yuxarı sağ hissəsindən rəng dəyişmə xəttinin bucağını (Angle) da tənzimləmək olar. Adi halda bu parametr 0 dərəcə olur və sağdan sola doğru dəyişir. Mən isə rənglərin yuxarıdan aşağı doğru dəyişməsini istəyirdim və buna görə də bucağı -90 dərəcə etdim. Siz də zövqünüzə görə istənilən bir bucaq seçə bilərsiniz.
Bütün bunlardan sonra OK düyməsini basaraq nəticədən zövq ala bilərik))
Düzbucaqlı aktiv olmaq şərtilə yenə eyni pəncərəni açıb (F11) digər tipi – Radial-ı nəzərdən keçirək
Fərqli olsun deyə başlanğıc rəngi daha tünd etdim
Digər parametrlərə əl vurmadan hər şeyi olduğu kimi saxlayaq. Bu da ikinci nəticə
İndiki halda Radial qradientin mərkəzi nöqtəsi düzbucaqlının da mərkəzinə düşür. Lakin bu mərkəzi dəyişməklə daha bir maraqlı, praktik rəng effekti almaq olar
Center offset parametrlərini oynatmaqla mərkəzi rahat dəyişmək olar. Amma bu bir o qədər də praktik deyil. Daha asan variant yuxarı sağ küncdə olan rəngli kvadratın üzərində mausla tıklayıb asta sağa-sola və yuxarı-aşağı hərəkət etdirin. Mərkəzin necə dəyişdiyinin şahidi olacaqsınız.
İndiyə kimi keçidlər yalnız iki, başlanğıc və son rənglər arasında baş verirdi. Amma bu iki nöqtə arasına əlavə rəng nöqtələri də əlavə etməklə daha mürəkkəb rəng keçidi əldə etmək olar.
Custom blend məhz buna xidmət edir
Bu rejimi aktiv edən kimi pəncərədə rəng şkalası əmələ gəlir. Bu şkalanın istədiyiniz yerində tıklamaqla əlavə aralıq nöqtələr daxil edə bilərsiniz. Eyni nöqtənin (markerin) üzərində təkrar qeydetmə onun silinməsiylə nəticələnəcək. Beləliklə, mən daha iki nöqtə əlavə edib rəngləri dəyişdim (nöqtəni aktiv edib sağ tərəfdəki rənglərdən birini seçdim).
Bu da ümumi görüntü
Və onun nəticəsi
Qradientlə işləməyin daha asan bir yolu da var. Sonda rəng keçidi tətbiq etdiyimiz düzbucaqlını qeyd edib klaviaturanın “G” düyməsini sıxaq. Nəticədə düzbucaqlının üzəri də keçidi vizual göstərən vektor - ox əmələ gələcək.
Bu oxu dəyişməklə, üzərindəki aralıq nöqtələri silib, əlavə etmək və onları sürüşdürməklə birbaşa obyektin üzərində rəngləri tənzimləmiş olarıq.
Bu funksiyaya alətlər panelindən müraciət etmək üçün İnteractive Fill Tool (G) düyməsinə müraciət etmək lazımdır.
Bu zaman proqramın yuxarı hissəsində olan Nəzarət Panelində bəzi tənzimləmələri aparmaq üçün müvafiq bölmə aktiv olur.
Elə buradan rəngləri, bucağı və keçidin tipini tənzimləyə bilərsiniz.
Keçidlərlə işləmək üçün daha bir yer hər zaman olduğu kimi proqramın sağ kənarında yerləşən Obyekt Parametrləri pəncərəsidir (Alt+Enter)
Burada, elə birinci bölmədəki açılan siyahıdan Fountain Fill funksiyasını aktiv edib işimizi davam etdirə bilərik.
Beləliklə, Corel Draw proqramının maraqlı funksiyalarından biriylə də yaxından tanış olduq. Gələn dərslərdə Dizayn aləminə səyahətimiz davam edəcək. Hələlik, azdizayner.com-da növbəti dərslərdə görüşənədək..
|
20. Fraktal qrafika anlayışı, növləri (həndəsi, cəbri fraktal).
FRAKTAL QRAFİKA
Otən əsrin 70-ci illərində meydana cıxan “fraktal”, “fraktal həndəsə” və “fraktal qrafika” anlayışları bu gun riyaziyyatcı və proqramcıların gundəlik həyatına cox sıx daxil olmuşdur. “Fraktal” sozu “fracrus” latın sozundən yaranıb və “bolunmuş”, “parca lanmış”, yaxud “qırılmış” anlamını verir. Bu termin 1975-ci ildə fransız riyaziyyatcısı Benua Mandelbrot [Benoit Mandelbrot] tərəfindən periodik olmayan, yalnız ozunə bənzər strukturları bildirmək ucun təklif olunub.
Bu gun kompyuter qrafikasında fraktalların rolu cox boyukdur. Fraktal qrafikanın əsasında fraktal həndəsə dayanır. Burada goruntulərin yaradılması usulu varis-obyektlər tərəfindən həndəsi xassələrin “valideynlərdən” irsən alınmasına
əsaslanır. Fraktal elə strukturdur ki, hissələri muəyyən mənada onun ozunə ox şayır.Fraktalın başlıca xassələrindən biri ozunəoxşarlıqdır. Ozunəoxşar obyektlə elə obyektlərə deyilir ki, onların boyudulmuş hissələri ozunə və bir-birlərinə
bənzəyir. Başqa sozlə, fraktalın kicik bir hissəsi butov fraktal haqqında informasiyanı ozundə saxlayır.
Təbiətdə olan bir cox obyektlər fraktal xususiyyətlərinə malikdir: qar dənəciyi boyuduldukdə fraktal olur; ağac və bitkilər fraktal alqoritmlər uzrə böyüyür.
Vektor və ucolculu qrafika kimi, fraktal qrafika da hesablana biləndir. Başqa sozlə, fraktal goruntu tamamilə tənliklər, yaxud tənliklər sistemi əsasında qurulur. Ona gorə də hesablamaları aparmaq ucun kompyuterin yaddaşında dusturları
saxlamaq kifayətdir. Yalnız tənliyin əmsallarını dəyişməklə tamamilə fərqli goruntulər almaq olar. Qurulma prinsipindən asılı olaraq fraktal goruntuləri üc sinfə ayırmaq olar.
Həndəsi fraktallar. Fraktalların tarixi həndəsi fraktallardan başlayır. XIX əsrdə riyaziyyatcılar tərəfindən tədqiq olunan fraktallar daha əyanidir. İkiolculu halda onlar generator adlandırılan hər hansı sınıq xəttin koməyi ilə alınır. Alqoritmin hər bir addımında sınıq xətti təşkil edən hər bir parca uyğun miqyasda generatorla (sınıq xətlə) əvəz olunur. Bu prosedurun sonsuz təkrarlanması nəticəsində həndəsi fraktal alınır.
Əyrinin qurulmasına vahid uzunluqlu parcadan – Kox əyrisinin sıfırıncı nəslindən başlanılır. Bu parca uc bərabər hissəyə bolunur və ortadakı hissə bərabərtərəfli ucbucaqla əvəz olunur. Oturacaq atıldıqdan sonra nəticədə hər birinin uzunluğu
əvvəlkinin 1/3-nə bərabər olan dord parcadan ibarət sınıq xətt əmələ gəlir. Novbəti addımda gostərilən əməliy yat bu dord parcanın hər biri ucun təkrarlanır. Prosedur sonsuz sayda davam etdirildikdə Kox əyrisi fraktal obyektə cevrilir.
Kompyuter qrafikasında həndəsi fraktallardan ağacların, kolların, sahil xətlərinin təsvir olunmasında istifadə olunur.
Cəbri fraktallar fraktalların ən boyuk qrupudur. Belə adlandırılmalarının səbəbi isə onların cəbri dusturlar vasitəsilə qurulmasıdır. Cəbri fraktalları bir necə usulla almaq olar.
Bu usullardan biri aşağıdakı Z dəyişəninin qiymətini iterativ olaraq hesablamaqdan
ibarətdir:
Zn +1 = f (Zn ),
burada Z – kompleks ədəd, f isə hər hansı funksiyadır.
Bu funksiyanın hesablanması muəyyən şərt odənilənədək davam edir. Həmin şərt odə nil dikdə isə ekrana noqtə cıxarılır. Bu zaman kompleks mustəvinin muxtəlif noqtə lərində funk siyanın qiyməti muxtəlif ola bilər:
• zaman otdukcə sonsuzluğa yaxınlaşa bilər;
• 0-a yaxınlaşır;
• bir necə qeyd olunmuş qiymət alır və onlardan kənara cıxmır;
• hec bir qanunqauyğunluq olmadan ozunu xaotik aparır.
21. Stoxastik fraktallar.
Kox əyrisi sahil xətlərinə nə qədər bənzəsə də, onun modeli kimi goturulə bilməz. Cunki onun hər yeri eynidir, bir-birinə bənzəyir, o, həddindən artıq “duzgundur”. Təbiətdə olan butun obyektlər təbiətin şıltaqlıqlarına məruz qalıb, bu prosesdə həmişə muəyyən təsadufilik var. Fraktalın qurulma prosesində iterativ sistemdə hər hansı parametr təsadufi dəyişərsə, alınan fraktallar stoxastik fraktallar adlanır. Stoxastik fraktallar təbii obyektlərə – simmetrik olmayan ağaclara, girintili cıxıntılı sahil xətlərinə və s. cox bənzəyir .
Yer səthinin relyefini və dəniz səthini modelləşdirən zaman ikiolculu stoxastik fraktallardan istifadə olunur.
Maşın qrafikası baxımından fraktal həndəsə suni buludların, dağların, dəniz səthinin generasiyası zamanı əvəzsizdir. Fraktal qrafika əsasında təbiətdəki obyekt lərə cox bənzəyən murəkkəb obyektlər qurmaq olur. Fraktal rəsmlərlə yanaşı fraktal animasiya və fraktal musiqi yaradılmışdır.
Fraktal qrafikanın yaradılması ucun muxtəlif proqramlar movcuddur: Art Dabbler, Ultra Fractal, Fractal Explorer, ChaosPro, Apophysis, Mystica.
Fraktal qrafikanın yaradıcısı həm rəssam, həm heykəltəraş, həm fotoqraf, həm ixtiracı, həm də alim olmalıdır. Onun ozu riyazi dusturla rəsmin formasını verir, onun parametrlərini dəyişdirir, goruntunun novunu və rənglər palitrasını secir,
başqa sozlə, rəsmi “sıfırdan” yaradır. Fraktal qrafik redaktorların (məsələn, Painter proqramının) başqa qrafik proqramlardan bir fərqi də məhz bundadır. Məsələn, Adobe Photoshop proqramında goruntu, adətən, “sıfırdan” yaradılmır, yalnız emal olunur, redaktə edilir. Fraktal qrafik proqramların başqa bir ozəlliyi də ondadır ki, hər hansı bir rəssam fırca və karandaş vasitəsi ilə hec zaman bu proqramlardakı dəqiqliyə nail ola bilməz.
3D QRAFIKASI
Üçölçülü qrafikanın istifadə sahələri. Obyektlərin modelləşdirilməsi üçün istifadə olunan əsas redaktor proqramları.
Kompyuter qrafikasında ən maraqlı və eyni zamanda murəkkəb goruntu novlərindən biri ucolculu goruntu və ya ucolculu qrafikadır (3D-qrafika). Qeyd etmək lazımdır ki, ucolculu qrafikanın vektor qrafikası ilə bir cox oxşar cəhətləri var. Burada da istər ucolculu səhnənin butun elementlərini, istərsə də hər bir obyekti ayrı-ayrılıqda dəyişmək olar. Ucolculu qrafikadan interyer dizaynında, memarlıq obyektlərinin, reklamların, oyrədici kompyuter proqramlarının, kompyuter oyunlarının, video-carxların, maşınqayırmada detalların və mə mulatların əyani təsvirinin hazırlanmasında və s. sahələrdə istifadə olunur.
3D kompyuter qrafikasının yaradılması prosesini uc əsas mərhələyə ayırmaq olar:
• 3D-modelləşdirmə [3D modeling] adlandırılan birinci mərhələdə obyektin modeli– forması yaradılır;
• tərtibat və animasiya [layoutand animation] adlandırılan ikinci mərhələdə obyekt lərin hərəkəti və bir-birinə nəzərən yerləşməsi təsvir olunur;
• və nəhayət, renderinq [rendering] adlandırılan ucuncu mərhələdə obyektin yekun obrazı yaradılır.
3D-modelləşdirmə. 3D-modelləşdirmə obyektlərin ucolculu formasının, y xud karkasının [wireframe] yaradılmasını nəzərdə tutur. Bunu muxtəlif usul larla etmək olar: ucolculu modelləşdirmə proqramları vasitəsi ilə real obyektin formasını skanerdən kecirib kompyuterə daxil etməklə; alqoritmlər toplusundan istifadə etməklə prosedur modelləşdirmə yolu ilə; yaxud fiziki və ya dinamik simul ya siya vasi tə si ilə.
Tərtibat və animasiya. Bu mərhələ obyektlərin bir-birinə nəzərən yerləşdirilməsini nəzərdə tutur. Burada obyektlərin yeri və olculəri muəyyən olunur.
Renderinq. Həndəsi modellərdən ibarət goruntuyə reallıq vermək ucun işıq və kolgədən istifadə olunur. Bu usulla goruntunun yaradılmasına renderinq [rendering] deyilir. Qrafik proqramlarda işıq mənbəyinin yerini obyektə nəzərən təsvir etmək, goruntunun işıqlanmış və kolgələnmiş sahələrini hesablamaq ucun riyazi dusturlardan istifadə olunur.
Ucolculu qrafika yaratmaq, yəni virtual reallıq obyektlərini modelləşdirmək və bu modellər əsasında goruntulər yaratmaq ucun curbəcur proqramlar movcuddur.
Son illər bu sahədə Autodesk 3ds Max, Maya, Newtek Lightwave, SoftImage XSI kimi kommersiya məhsulları liderlik etsə də, bu sıraya Rhinoceros 3D,Cinema 4D, ZBrush kimi yeni proqramlar da qoşulmuşdur. Bundan başqa, sərbəst yayılan acıq proqram məhsulları da vardır: məsələn, Blender, K-3D,Wings3D.
Dostları ilə paylaş: |