Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə32/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   28   29   30   31   32   33   34   35   ...   57


TCP/IP-nin  iş  prinsipi  İnternetə  qoşulmuş  istifadəçinin  məlumatını, 

sənədlərini  və  fayllarını  kiçik  informasiya  paketləri  vasitəsilə  uzaq  məsafədə 

yerləşən  nöqtələrə  göndərməkdir.  Kiçik  paketlərə  bölünmüş  informasiya  İnternet 

xətlərində bir-birindən asılı olmadan göndərilir. Bundan başqa, paketlərdə verilənlər 

nişanlanırlar ki, bunun köməyi ilə qəbul olunma ardıcıllığı pozulsa belə, nəticədə 

komputer nişanlara uyğun informasiyanı qəbul edir. Əgər göndərilən informasiya 

müəyyən  olmayan  səbəbdən  xətdə  itərsə,  komputer  həmin  informasiyanı  nişanın 



 

 

29 

 

köməyi ilə təkrarən sorğulayır və göndərilən informasiyaya uyğun olan məlumatı və 



ya faylı bərpa edir. 

 

Komputer  qovşaqları  dünyanın  bütün  ölkələrində  vardır  və  onların  sayının 



dəyişməsi onu göstərir ki, İnternet qlobal varlıqdır və ona qoşulanların sayı getdikcə 

artmaqdadır. Komputer qovşağı İnternetdə özünəməxsus ünvana malikdir. Ünvanın 

funksiyası analoji olaraq ev və ya iş ünvanına uyğundur. Əsas məqsəd bir nöqtədən 

digərinə informasiya göndərərkən informasiyanın ünvana çatdırılmasıdır. 

 

İnternetdə komputerləri ünvanlamaq üçün DNS (Domain Name System) adlı 



domen sistemindən istifadə edilir. Ünvanlar rəqəmlər və adlar ardıcıllığı kimi təqdim 

oluna  bilər.  İnternetdə  komputerlər  verilənləri  göndərmək  üçün  rəqəmli 

ünvanlardan, insanlar isə adlarla olan ünvanlardan istifadə edirlər. 

 

DNS adlı domen sisteminin meydana çıxması hökumət orqanları tərəfindən 



şəbəkənin  inkişafı  üzərində  nəzarətin  itirilmasinə  gətirib  çıxarmışdır.  Elə  bu 

zamandan etibarən öz-özünə inkişaf edən, qeyri-mərkəzləşdirilmiş ierarxik struktur 

olan İnternet anlayışı meydana gəlmişdir. 

 

 



  

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin