Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


göndərmək hüququnu itirirlər



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə28/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   24   25   26   27   28   29   30   31   ...   57


göndərmək hüququnu itirirlər. 

Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 



1.  Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir; 

2.  Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır; 

3.  Şəbəkə kartları (adapterləri) ucuzdur. 

 

Halqavari topologiya 

Halqavari  topologiyalı  lokal  şəbəkələrdə  hər  bir  kompüter  bir-biri  ilə  halqavari 

şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə və s., sonuncu 

kompüter isə birinci ilə birləşdirilir. Nəticədə  HALQAVARI TOPOLOGIYA  əldə 

edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (ya saat əqrəbi 

istiqamətində və ya əksinə) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə 

lazımi kompüterə çatdırılır. 

Bu tip şəbəkələrdə əsasən marker(qeydetmə, işarələmə) prinsipindən istifadə edilir. 

Markeri  əldə  edən  kompüter  məlumat  göndərmək  hüququna  malik  olur.  Markeri 

əldə  etmiş  kompüterin,  digər  kompüterlərə  göndərəcəyi  məlumatı  var  isə,  bu 

məlumatları  markerə  yerləşdirərək  onu  paket  şəklinə  çevirir,  məlumatın  gedəcəyi 

ünvanı  və  digər  lazımi  informasiyaları  paketə  qeyd  edərək,  qonşu  kompüterə 

göndərir.  Paketi  almış  kompüter,  onun  ünvan  hissəsinə  baxır  və  əgər  paket  ona 

ünvanlandırılmışsa,  paketi  özünə  qeyd  edir,  əks  halda  paketi  özündən  sonrakı 

kompüterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş 

kompüter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) 

göndərir.  Əgər  göndərməyə  informasiya  yoxsa  markeri  bir  sonrakı  kompüter 



 

 

26 

 

göndərir. Bu tip şəbəkələrdə kompüterlərdən biri həm də monitorinq funksiyasını 



həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin 

bərpası və s.). 

Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin