Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


 LOKAL KOMPUTER ŞƏBƏKƏSİ VƏ TOPOLOGİYALARI



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   22   23   24   25   26   27   28   29   ...   57


12. LOKAL KOMPUTER ŞƏBƏKƏSİ VƏ TOPOLOGİYALARI 

Lokal  şəbəkələrdən  uzun  müddətdir  ki,  istifadə  olunmasına  baxmayaraq  onların 

təsnifatı şərti aparılır. Lokal şəbəkələr aşağıdakı əlamətlərə görə təsnifləşdirilirlər: 

- Təyinatına görə: idarəedici (təşkilati, inzibati və texnoloji prosesləri), informasiya 

(informasiya  axtarışı),  hesablayıcı,  sənəd  informasiyasının  emalı    və  s.  lokal 

şəbəkələr; 

  - Şəbəkədə istifadə olunan kompüterlərin tipinə görə: bircins və ya həmcins (bütün 

işçi  stansiyalar  eyni  modifikasiyadan  olduqda)  və  qeyri-həmcins  (  müxtəlif 

platformalara  malik  kompüterlər  olduqda.  Məsələn  İBM  PC,  Macintosh,  Unix-

kompüterlər) lokal şəbəkələr; 

- İdarəetmənin təşkilinə görə: mərkəzləşdirilmiş idarə edilən ( mərkəz kimi fəaliyyət 

göstərərək  kompüterlərin  fayl-server  tərəfindən  idarə  olunması),  eyni  mərkəzdən 

idarə edilməyən, birranqlı  lokal şəbəkələr; 



 

 

24 

 

-  İnformasiyanın  ötürülməsinin  təşkilinə  görə:  informasiyanın  marşrutlaşdırılması 



ilə işləyən (şəbəkədə informasiya əvvəlcədən müəyyən olunmuş marşrut üzrə ardıcıl 

olaraq  ötürülür)  və  informasiyanın  seleksiyası  ilə  işləyən  şəbəkələr  (verilənlərin 

ötürülməsi  zamanı  şəbəkədəki  bütün  kompüterlər  öz  aralarında  şəbəkəyə  sahib 

olmaq üçün mübarizə aparırlar). 

Adətən bütün lokal şəbəkələr işçi stansiyalardan və serverlərdən ibarət olurlar. 

İşçi stansiya lokal şəbəkəyə daxil olan orta güclü, yaxşı funksional imkanlara malik 

olan  kompüterdir.  Bu  stansiyalarda  ayrı-ayrı  istifadəçilər  ümumi  resurslardan 

istifadə  edirlər.  Server  ümumi  daxil  olmaya  malik  şəbəkə  resurslarının 

bölüşdürülməsinin  idarə  olunması  funksiyasını  yerinə  yetirən  proqram-aparat 

sistemidir.  Burada  aparat  kimi  daha  güclü  kompüter  istifadə  istifadə  olunur, 

proseslərin proqram idarəetməsini isə şəbəkə əməliyyatlar sistemi reallaşdırır. Qeyd 

edək ki. daha iri həcmli lokal şəbəkələrdə bir neçə serverdən istifadə etmək olar.  

Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan  ərazidə (1 

otaq, 1 bina, 1 müəssisə və s.) qurulan şəbəkədir.  

Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local 

Area Network) deyilir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2 km-dən 

çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktur) üzrə qurulur. 

 

 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin