Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


 LOKAL ŞƏBƏKƏLƏRİN BİRLƏŞDİRİLMƏSİNDƏ İSTİFADƏ



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   21   22   23   24   25   26   27   28   ...   57


11. LOKAL ŞƏBƏKƏLƏRİN BİRLƏŞDİRİLMƏSİNDƏ İSTİFADƏ 

EDİLƏN QURĞU VƏ AVADANLIQLAR 

Lokal şəbəkələrin yaradılmasında aşağıdakı qurğulardan geniş istifadə edilir: 

Körpülər (ingiliscə Bridge)- iki lokal şəbəkəni birləşdirir. Şəbəkələr arasında heç 

bir  dəyişiklik  etmədən  verilənləri  paket  şəklində  ötürür.  Bundan  əlavə  körpülər 

şəbəkəni lokal verilənlər axınından qoruyaraq, xaricə digər şəbəkə seqmentləri üçün 

təyin edilmiş verilənləri ötürməklə paketləri filtrləyə də bilərlər; 




 

 

22 

 

-  Marşrutlaşdırıcılar  (ingiliscə  Router)-  körpülərdən  fərqli  olaraq  ümumi 



protokollu  şəbəkələri  daha  səmərəli  birləşdirirlər.  Məsələn  marşrutlaşdırıcı  iri 

həcmli məlumatları daha kiçik hissələrə bölməklə lokal şəbəkələrin müxtəlif ölçülü 

paketlərlə qarşılıqlı əlaqəsini təmin edir. bundan əlavə marşrutlayıcı paketi konkret 

ünvana göndərə bilər. paketin hərəkəti üçün ən yaxşı yolu seçə bilər; 

-  Körpü  marşrutlaşdırıcısı  (ingiliscə  Brouter)-  bu  körpü  və  marşrutlaşdırıcının 

hibridi  olub,  əvvəlcə  mümkün  olan  yerdə  marşrutlaşdırmanı  həyata  keçirir, 

müvəffəqiyyətsizlik halında körpü rejiminə keçir; 

Şlüz (ingiliscə GateWay)- körpülərdən fərqli olaraq müxtəlif şəbəkə protokollarına 

malik şəbəkələri birləşdirir. Burada şlüzə bir şəbəkədən daxil olan məlumat onun 

ötürüləcəyi şəbəkənin tələblərinə uyğun olaraq çevrilir və sonra ötürülür. Beləliklə 

şlüzlər yalnız şəbəkələri birləşdirmir, həm də onların vahid şəbəkə kimi işləməsini 

təmin  edir.  Şlüzlər  vasitəsilə  lokal  şəbəkələr  universal  güclü  kompüterlər  olan 

meynfreylərə də birləşdirilə bilir. 

Qeyd edək ki, hazırki dövrdə müvəffəqiyyətlə simsiz şəbəkələrdən də istifadə edilir. 

Adətən simsiz şəbəkələrdən o yerlərdə istifadə edilir ki. həmin yerlərdə kabellərdən 

istifadə  mümkün  deyil  və  ya  onlardan  istifadə  problemlər  yaradır.  Buna  tarixi 

binaları, metal və dəmir beton döşəməli otaqları, qısa müddətə icarəyə götürülmüş 

ofisləri,  anbarları,  sərgi  və  konfrans  zallarını  misal  göstərmək  olar.  Simsiz 

şəbəkələrin aşağıdakı topologiyaları mövcuddur: 

“Hamı hamı ilə” topologiyası. Burada şəbəkə informasiyanın ötürülməsi mühiti 

kimi radiodalğalardan istifadə edən. bütün istiqamətlərdə antennalarla təmin olunan 

şəbəkə radio adapterlərinin köməyi ilə reallaşdırılır. Bu şəbəkələrin fəaliyyət dairəsi 

50-200 m olur. 

Şəbəkənin simsiz və kabel hissələri arasındakı əlaqə üçün giriş nöqtəsi 9 radiokörpü) 

adlanan  xüsusi  qurğulardan  istifadə  edilir.  Qeyd  edək  ki,  bu  məqsədlə  simsiz  və 

kabel şəbəkə adapterlərinə malik adi kompüterdən də istifadə etmək olar.  

-  “Nöqtə-nöqtə”  topologiyası.  Simsiz  şəbəkələrin  istifadəsinin  digər  bir  sahəsi 

verilənlərin  ötürülməsi  infrastrukturu  (ümumi  daxilolma  kabel  şəbəkələri, 




 

 

23 

 

yüksəkkeyfiyyətli telefon xətləri) olmayan bir-birindən uzaqda olan lokal şəbəkələr 



seqmentləri  arasında  əlaqənin  təşkilidir.  Bu  halda  iki  bir-birindən  uzaqda  olan 

seqmentlər  arasında  əlaqənin  yaradılması  üçün  istiqamətlənmiş  tipli  antennalara 

malik radiokörpülərdən istifadə edilir. 

-  “Ulduz”  tipli  topologiya.  Əgər  şəbəkədə  bir  neçə  seqmenti  birləşdirmək 

lazımdırsa “ulduz” tipli topologiyadan istifadə edilir. Bu halda mərkəzi qovşaqda 

bütün  istiqamətli  antenna,  uzaqda  olan  qovşaqlarda  isə  istiqamətlənmiş  antenna 

quraşdırılır.  quraşdırılır. 

Qeyd  etmək  lazımdır  ki,  simsiz  şəbəkə  magistrallarından  istifadə  aşağı  sürətlə 

işləyən modemlərdən istifadədən imtinaya imkan verir. 

 

 



 

 

 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin