Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   49   50   51   52   53   54   55   56   57


DİRECTHİT  (

www.directhit.com

)    axtarış  sistemləri  ailəsində  həm  sadə, 

həm  də  güclü  sistem  hesab  olunur.  Onun  sadəliyi  ənənəvi  axtarış  sistemlərində 

olduğu  kimi,  açar  sözlərlə  axtarışın  aparılması,  sadə  və  aydın  interfeysə  malik 

olması ilə təyin olunur. Sorğudakı açar sözlərə uyğun gələn sənədlərin içərisində 

daha çox istinad edilən və daha çox baxılan (yəni baxılma müddəti daha çox olan) 

sənədlərə üstünlük verilir və onlar çıxış siyahısının əvvəlində yerləşdirilir. 

Sorğudakı  sözlərə,  istinadların  sayına  və  baxılmaların  çoxluğuna  görə 

seçilmiş sənədlərin siyahısı ilə yanaşı, sorğuya yaxın mövzular (sözlər) də ekrana 

çıxarılır.  Həmin  sözlər  (Related  Searches)  sorğudakı  sözlərə  «sinonimlik», 

«assosiativlik»  və  «sinif-altsinif»  («soy-növ»  və  «tam-hissə»)  əlaqəlrəinə  görə 

müəyyənləşdirilir. Bütün bunlarla bərabər, çıxışda reytinqi yüksək olan sənədlərin 

populyarlığı haqqında əyani formada məlumat verilir. 



SNAP  (

www.snap.com

)  ilkin  axtarış  üçün  nəzərdə  tutulub  və  bir  sıra 

cəhətlərinə görə DİRECTHİT sisteminə oxşayır. Burada da saytların populyarlığı 

və oxşar mövzular istifadəçilərin rəyləri ilə (istinadların sayı və baxılma müddəti) 

müəyyənləşdirilir.  Bəzi  xüsusiyyətlərinə  görə  SNAP  sistemi  DIRECTHIT 

sistemindən  müsbət  mənada  fərqlənir.  Məsələn,  sorğuya  cavab  kimi  verilən 

saytların  və  oxşar  mövzularıın  (Related  Searches)  siyahıları  ilə  yanaşı,  oxşar 

kateqoriyaların  (Related  Categories)  siyahısı  da  ekrana  çıxarılır.  Həmin  siyahıda 

SNAP-ın  tematik  kataloqunda  tapılan  saytların  rast  gəlindiyi  bölmələr  göstərilir. 

SNAP-ın  kataloqu  xüsusi  redaktorlar  (insanlar)  tərəfındən  hazırlanır.  Onlar  ən 

populyar  saytları  seçib,  onları  təsvir  edir  və  kataloqun  uyğun  bölmələrinə 

yerləşdirirlər.  Kataloqun  bölmələri  həmçinin  tapılan  sayt  haqqında  qısa 

informasiyada  da  qeyd  olunur  (əgər sayt  tematik kataloqa daxil  edilibsə). Bu  cür 

saytlar «TopWeb Sites» (ən yaxşı Web saytlar) kateqoriyasında təsvir edilirlər. 



 

 

51 

 

SNAP-ın  cavablar  pəncərəsində  «TOPWebSites»  kateqoriyasından  sonra 



«LiveDirectory»  (Müvəqqəti  Qovluq)  kateqoriyası  gəlir.  Həmin  kateqoriyaya 

saytların  qiymətləndirilməsində  redaktorlara  (insanlara)  kömək  məqsədi  ilə 

yaradılmış  «Global  Brain»  proqramı  vasitəsilə  populyarlığı  təyin  edilmiş  saytlar 

daxil  edilir.  Saytların  populyarlığı  onlara  edilən  istinadların  sayı  və  baxılma 

müddətlərinə  görə  müəyyənləşdirilir.  Hər  bir  müəllif  öz  saytını  «LiveDirectory» 

kateqoriyasına daxil edə bilər. SNAP həmin saytları tematik kataloqda göstərmir, 

lakin belə kateqoriyanın mövcudluğu haqqında pəncərəyə məlumat çıxarır.  

Konkret axtarış aparmaq üçün SNAP sistemində sorğu dilindən istifadə edilir. 

DİRECTHİT-dən  fərqli  olaraq,  SNAP  bütöv  frazalara  görə  axtaraş  apara  bilir. 

Bunun üçün frazanı təşkil edən sözlər dırnaq işarəsi arasında yazılmalıdır, məsələn, 

«olum ya ölüm». Dırnaq işarəsindən əlavə, SNAP sözün əvvəlində yazılan «+» və 

«-» işarəsini də qavrayır. «+» işarəsi sözün sənəddə mütləq olmasını, «-» işarəsi isə 

mütləq olmamasını göstərir. 

YAHOO  (

www.yahoo.com

)  İNTERNET-də  istifadə  edilən  ilk  axtarış 

sistemlərindən  biridir.  Hazırda  YAHOO  bir  sıra  informasiya-axtarış  vasitələri 

istehsalçıları ilə əməkdaşlıq edir və onun müxtəlif serverlərində müxtəlif proqram 

təminatından istifadə edir. YAHOO-ya tematik kataloq kimi də baxmaq olar, ona 

görə  ki,  onun  tematik  kataloqu  ən  böyük  həcmə  malikdir  və  hazırda  kataloqda 

milyondan çox səhifənin və saytın ünvanları toplanıb. 

Bütün  tematik  kataloqlar  kimi,  YAHOO-da  agacvari  strukturla  təşkil 

edilmişdir.  Ən  yuxarı  səviyyədə  əsas  rubrikalar  (məsələn,  «Mədəniyyət  və 

incəsənət»,  «Biznes  və  iqtisadiyyat»,  «Kompüter  və  İnternet»  və  s.)  təsvir  edilir. 

Rubrikalar  bölmələrə,  bölmələr  altbölmələrə  və  s.  ayrılır  və  ən  aşağı  səviyyədə 

(yarpaqlarda) saytların təsviri və onlara istinadlar (linklər) saxlanır. Hər bir saytın 

təsviri  xüsusi  redaktor  (insan)  tərəfındən  aparılır.  Onların  sayı  50-dən  artıqdır. 

Beləliklə, YAHOO-nun kataloqu əl üsulu ilə tərtib edilir. Odur ki, onun keyfiyyəti 

yüksəkdir. 




 

 

52 

 

YAHOO  sisteminin  informasiya-axtarış  dili  kifayət  qədər  sadədir.  Daxil 



edilən  sözlər  boşluqla  (probellə)  ayrılır.  Onlar  arasında  AND  və  OR  operatorlan 

yazmaq olar. Çıxışda sənədlərin sorğuya uyğunluq dərəcəsi göstərilmir, lakin tapılan 

sənədlərdə  sorğuya  uyğun  sözlərin  altından  xətt  çəkilir.  Bu  zaman  leksikanın 

normallaşdırılması və ümumi sözlərin təhlili aparılmır. Çıxış siyahısında sənədlərin 

relevantlığa görə nizamlanması tapılan sənədlərdə sorğunun sözlərinin sayına görə 

aparılır.  YAHOO-nu  məhdud  axtarış  imkanlı  sadə  ənənəvi  sistemlər  sinfinə  aid 

etmək olar. SNAP sistemində olduğu kimi, burada da sorğuda sözün əvvəlində «+» 

və  «-»  işarələrindən  istifadə  etmək  olar. YAHOO-nun  fərqli cəhətlərindən biri də 

ondan ibarətdir ki, sorğuda   göstərilən   sözlər   və   ya   frazalar   tapılmadıqda,   o, 

GOOGLE  sisteminin  indeksinə  müraciət  edir  və  lazımi  sözləri  və  ya  frazaları 

sənədlərin  özlərində  axtarır.  Daha  məzmunlu  axtarış  üçün  sorğuda  «t:»  və  «u:» 

işarələrindən istifadə etmək olar. Sözün əvvəlində göstərilmiş «t:» işarəsi axtarışın 

yalnız  səhifəinin  və  saytın  başlığında,  «u:»  işarəsi  isə  axtarışın  yalnız  saytların 

ünvanlannda apanlmasını göstərir.  

Məsələn, «u: eko» sorğusuna görə URL ünvamnda «eko» sözü olan sənədlər 

tapılacaq, məsələn: 

www.business-marketinq.az/html/eko.html



OİNGO (

www.oingo.com

) sistemi sözü adi simvollar ardıcıllığı kimi qəbul 

edən bir çox axtarış sistemlərindən fərqli olaraq, sözlərin mənalarını «başa düşür». 

İlkin  axtarışda  sorğunun  sözlərinə  digər  sistemlərdə  olduğu  kimi,  simvollar 

ardıcıllığı kimi baxılır. Axtarış nəticələri iki siyahı ilə ekrana çıxarılır: tapılan WEB-

saytların   siyahısı  və   kataloqun  bölmələrinin   siyahısı. Uyğun düyməni basmaqla 

açılan  üçünçü  siyahıda  isə  sorğudakı  sözün  bütün  mənaları  əks  etdirilir.  Əgər 

seçilmiş  mənaya  görə  axtarış  nəticələri  istifadəçini  qane  etmirsə,  o,  sorğunu 

dəqiqləşdirən bir neçə sözdən istifadə etməklə, yenidən axtarış apara bilər. 

OINGO-da sorğu dili demək olar ki, yoxdur. Təkcə «+» işarəsindən istifadə 

etmək olar. Bu halda həmin sözün sənəddə mütləq olması tələb edilir. Əgər OINGO 

verilmiş sorğuya görə öz kataloqunda heç bir şey tapa bilmirsə, o, ALTAVİSTA 

sisteminin indeksinə müraciət edir. 



 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin