53
NORTHERNLIGHT
(
www.northernlight.com
)
sistemi
mahiyyətcə
ALTAVISTA sistemindən az fərqlənir. Burada da həcmi ALTAVISTA-dakından
az olmayan avtomatik indeksdən istifadə edilir. Bəs onda niyə müxtəlif axtarış
sistemləri yaradılmışdır? Bəlkə bir güclü sistem yaradılaydı və hamı ondan istifadə
edərdi?
Təəssüf ki, bu cür güclü və hamını qane edən edən sistem yoxdur. Mövcud
olan hər bir axtarış sisteminin üstünlüklərin və çatışmazlıqları var. Bundan əlavə,
heç bir axtarış sistemi INTERNET-lə ayaqlaşmır. INTERNET-də yerləşdirilən
informasiya resurslarının həcmi hər ildə azı iki dəfə artır və hətta ən güclü axtarış
sistemlərinin indekslərindəki sənədlərin sayını INTERNET-dəki sənədlərin ümumi
sayına nisbəti get-gedə azalır. Maraqalı cəhət ondan ibarətdir ki, ən böyük axtarış
sistemlərinin indeksləri çox az kəsişirlər. Yəni bir axtarış sistemi vasitəsilə tapıla
bilməyən informasiyanı digər sistemlərin köməyilə tapmaq olar.
Axtarış sistemləri arasında NORTHERNLIGHT sisteminin də özünə məxsus
yeri var. Onu digər sistemlərdən fərqləndirən faydalı cəhətlərindən biri ondan
ibarətdir ki, o, sorğuya cavab kimi seçilən sənədlərin siyahısını verməklə yanaşı,
tapılan sənədləri sorğu çərçivəsində mövzulara (qovluqlara) ayırır və həmin
mövzuların siyahısını ekrana çaxarır. Əgər seçilən sənədlər istifadəçini qane
etmirsə, o, təqdim edilən mövzular siyahısından lazımi mövzunu seçməklə sorğunu
dəqiqləşdirib, təkrar axtarış apara bilər. Təkrar axtarışın nəticələri də mövzulara görə
qovluqlara aynlır. NORTHERNLIGHT sisteminin sorğu dili ALTAVISTA-nın
dilinə oxşardır. Burada da sorğudakı sözün əvvəlində «+» (söz sənəddə mütləq
olmalıdır), «-» (söz sənəddə mütləq olmamalıdır) və frazalarm axtarışı üçün dırnaq
işarələrindən istifadə olunur. Sözün ilk dörd hərfindən sonra istənilən hərfləri əvəz
edən «*» işərəsindən və yalnız bir hərfı əvəz edən «?» işərəsindən istifadə edilə bilər.
Sorğuda AND, OR, NOT məntiqi operatorlar da istifadə edilə bilər. ALTAVISTA-
da olduğu kimi, sorğunun yazılmasında mötərizələrdən istifadə etmək olar, məsələn:
(Pascal OR Basic) AND (Java OR C++). Axtarılan sözün sənəddə yerləşdiyi sahənin
54
adını da göstərmək olar, məsələn: url, title və s. «SORT: date» operatoru ilə tapılan
sənədləri yaranma tarixlərinə görə nizamlamaq olar.
APORT (
www.aport.ru
) Rusiyanın «Runet» adlanan 3 axtarış serverindən
biridir. Onun indeks bazası o qədər də böyük deyil və operativliyi də yüksək deyil.
Lakin APORT sistemi bəzən digər sistemlər tərəfındən tapılmayan sənədləri tapa
bilir. Bu sistemin digər üstün cəhəti ondan ibarətdir ki, o, sənədin indeksinə görə
onun ilkin mətnini bərpa edə bilir (hətta sənəd İnternetdən kənarlaşdırılsa da).
Sistem axtarış üçün daxil edilən sözdəki səhvləri düzəldir və müxtəlif
sözformalarına görə axtarış apara bilir. AND (&), OR ( | ), NOT məntiqi operatorları,
mötərizəyə alınmış məntiqi qrupları, frazalara görə axtarışı dəstəkləyir, sözlər
arasındakı məsafənin məhdudluğunu, sözlərin və frazaların sayını nəzərə ala bilir.
URL-ə görə axtarış apara bilir və sənədin yaranma tarixinin qəbul edilən qiymətini
nəzərə ala bilir.
Bütün bunlarla yanaşı, APORT həm sorğunu, həm də sorğuya görə alınan
nəticələri ingilis dilindən rus dilinə və əksinə çevirə bilir. Bu sistemdə də sözün
sənəddə yerləşdiyi sahənin adına görə axtarış aparmaq imkanı var.
RAMBLER (
www.rambler.ru
) -çoxlu sayda axtarış servislərinə, o cümlədən:
«Rambler Top 100» reytinqi, müxtəlif mövzulara (məsələn, şəbəkə mağazaları,
hədiyyələr, iş, hüquq, kompüter və s.) aid kataloqlar, fayllarm axtarışı, müxtəlif
suallar üzrə arayış sistemi və s. malik olan çoxfunksiyalı sistemdir. RAMBLER-in
bir çox serverləri ayrıca axtarış serverləri kimi də istifadə edilir.
Axtarış kefiyyətinə görə RAMBLER digər tanınmış sistemlərdən geri qalmır.
Burada da AND, OR, NOT məntiqi operatorlar, məntiqi qruplar, bir simvolu əvəz
edən «?» və bir neçə simvolu əvəz edən «*» metasimvollar dəstəklənir. Axtarış üçün
sorğu formasında axtarışın harada (sənəddə, sənədin əvvəlində, başlığında, adında,
URL-də) aparılmasını, axtarılan sənədin dilini (rus, ingilis və digər), sözlər
arasındakı məsafəni, sənədlərin yaranma tarixlərinin intervalını (nə vaxtdan nə
vaxtadək) göstərmək olar.
|