Virusla mübarizə üzrə bəzi tövsiyyələr: kompüteri müasir antivirus (məs. Kasperskiy, Aidstest, Doctor Web) və şəbəkədə təhlükəsiz iş proqramları ilə təchiz edib, onları müntəzəm olaraq son versiyası ilə yeniləşdirməli; Veb-saytlardan köçürülmüş antivirus proqramlarına və virus mistifikasiya (allatma) diqqətlə və ehtiyatla yanaşmalı; başqa kompüterlərdə yazılmış daşıyıcılardan informasiya oxumaq və ya kompüterə yazmazdan əvvəl virusa yoluxmasını kompütrdəki antivurys proqramını fəallaşdıraraq yoxlamalı; vacib informasiyaların arxiv surətinin hökmən saxlamalı; kompüterə gətirilmiş arxiv faylların sərt diskə açılan zaman dərhal yoxlamalı; əməliyyat sistemini yazıdan mühafizə olunmuş diskdən yükləyərək antivirus proqramı ilə komüterin sərt diskində yaddaş və sistem hissəsində virus mövcudluğunu müntəzəm olaraq yoxlamalı; Windows Update servisində istifadə etməli; müntəzəm olaraq kompüterə yüklənmiş proqramların siyahısını nəzərədən keçirməli; proqram təminatının distributiv surətlərini rəsmi satıcı-larından əldə etməli; yukləmə viruslarından kompüteri mühafizə məqsədilə daşınan informasiya daşiyicilarını disk daşiyicilarınıda istifadəsiz saxlamamalı; kompüter şəbəkəsindən köçürülmüş bütün icra olunan fayllara antivirus proqramı ilə nəzarət etməli. məxsusi kompüterə əlyetərləin əhatəsini məhdudlaşdırmalı; mümkün yoluxmalarnın təhlükəli nəticələrini minimuma endirməli.
Antivirus proqramlarının. seçilməsi üçün aşağıdakı meyarları nəzərə almaq məqsədəuyğun hesab edilir: etibarlılıq və əlverişli iş; virusu aşkaretmə keyfiyyəti; populyar platformalar üzərində mövcud versiyasının olması; iş sürəti; əlavə funksiya və imkanlara malik olması.