Abuzər XƏLƏFOV
Azərbaycan Respublikasının Əməkdar elm xadimi,
BMT yanında Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki, BDU-nun
Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri,
tаriх еlmləri dоktоru, prоfеssоr
PROFESSOR V.İ.RAZUMOVSKİDƏN
AKADEMİK A.M.MƏHƏRRƏMOVA QƏDƏR KEÇİLMİŞ
İNKİŞAF VƏ TƏRƏQQİ YOLU
Bakı Dövlət Universiteti Azərbaycan xalqının,
Azərbaycan Respublikasının milli sərvətidir.
Heydər ƏLİYEV
Ümummilli lider
2009-cu il sentyabr ayının 1-də respublikamızın ilk elm və təhsil məbəd-
gahı olan Bakı Dövlət Universitetinin 90 illiyi tamam oldu. Bu şərəfli tarixi
günü dövlətimiz, xalqımız, bütün Azərbaycan ziyalıları, elm və təhsil xadimləri
böyük fərəh və iftixar hissi ilə qeyd etdi.
Bakı Dövlət Universitetinin cəmiyyətdə tutduğu böyük mövqeyə, elm,
təhsil və mədəniyyətin tərəqqisində oynadığı böyük rola yüksək qiymət verən
dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev universitetin şanlı
90 illik yubileyini keçirmək üçün 2009-cu il 24 aprel tarixli sərəncam imzala-
mışdır. Sərəncamda deyilir: “Bakı Dövlət Universitetinin müsəlman Şərqində
ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ötən müddət ərzində
ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmiş-
dir. Yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin
formalaşdırılması, dünya təhsil sisteminə inteqrasiya, eləcə də mədəni-mənəvi
dəyərlərimizin yaşadılması istiqamətində universitet üzərinə düşən vəzifələrin
öhdəsindən həmişə layiqincə gəlir”.
28
Görkəmli dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin layiqli da-
vamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi bu
yüksək qiymət universitetin 90 illik yubileyinə əvəzsiz töhfədir.
Azərbaycan xalqının milli sərvəti, milli iftixarı olan Bakı Dövlət Univer-
sitetinin keçdiyi keşməkeşli inkişaf və tərəqqi yolu hər şeydən əvvəl milli təh-
silin, elmin, mədəniyyətin, mənəviyyatın inkişaf yoludur. Azərbaycanın intel-
lektual sərvəti olan milli ziyalılarımızın təşəkkül tapıb formalaşdığı yoldur. Bu
yolun yolçuları olan Azərbaycanın görkəmli alimləri, ziyalıları, elm, ədəbiyyat,
mədəniyyət və incəsənət xadimlərinin böyük səyi, fədakarlığı, vətənpərvərliyi
nəticəsində Azərbaycan ali təhsilinin, elminin təməli, bünövrəsi qoyulmuş,
Azərbaycan tarixinin, ədəbiyyatının, dilinin öyrənilməsində, tərəqqisində, soy-
kökümüzə qayıdışda böyük elmi əhəmiyyətə malik uğurlar əldə edilmişdir.
Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin böyük səyi nəti-
cəsində Azərbaycan dilinin elmi əsasları işlənmiş, onun lüğət fondunda olan, az
işlənən, araşdırılmayan sözlər ortaya çıxarılmış, Azərbaycan dilinin lüğət tərki-
bi yeni sözlərlə zənginləşmiş, geniş elmi araşdırmalarda, elmi mühazirələrdə
müvəffəqiyyətlə işlənən, lüğət tərkibi türk sözləri ilə zənginləşən bir dilə
çevrilmişdir. Azərbaycan dilində ilk elmi mühazirələr məhz 1922-ci ildən
başlayaraq Bakı Dövlət Universitetinin Şərq və filologiya fakültələrində Azər-
baycan dili və ədəbiyyatı, Azərbaycan tarixi fənlərindən oxunmağa başlanmış-
dır. Çox sevindirici haldır ki, qısa bir zaman kəsiyində mühazirələr hazırlayıb
oxuyan müəllimlər cəmisi bir-iki il əvvəl işləməyə başlayan milli kadrlar idi.
Beləliklə, fəaliyyətə başladığı ilk günlərdən Bakı Dövlət Universiteti
Azərbaycan dilinin qorunmasında və daha da inkişaf etdirilməsində, Azərbay-
can ədəbiyyatı və Azərbaycan tarixinin ən mürəkkəb məsələlərinin araşdırılma-
sında, milli şüurun, milli ruhun formalaşmasında mühüm rol oynamışdır. BDU-
nun professor-müəllim heyəti zamanın keşməkeşli, çətin dövrlərində hər cür tə-
qib və təzyiqlərlə üzləşsə də həmişə öz milli tarixi missiyasına sadiq qalmış,
milli-mənəvi özünəməxsusluğunu uğurla davam etdirmişdir. Məhz buna görə-
dir ki, ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin milli mənəviyyatın
formalaşmasındakı roluna yüksək qiymət verərək yazır: “Universitet həqiqətən
axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur.”
Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və mənəviyyatının inki-
şafında mühüm rol oynayan Bakı Dövlət Universiteti 1919-cu ilin sentyabrında
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradıldı. Ölkənin mövcud duru-
munda böyük çətinliklərin olmasına, universitetin təşkili əleyhinə mühafizəkar
səslərin ucalmasına baxmayaraq universitetin yaranmasını xalqımızın böyük
gələcəyi kimi qiymətləndirən Cümhuriyyət liderləri öz qərarında israrlı idi.
Azərbaycan hökuməti Bakı Dövlət Universitetinin təsis edilməsinə dair qanun
layihəsini parlamentin müzakirəsinə verməyə nail oldu. Uzun müzakirələrdən
sonra böyük çətinliklə olsa da 1919-cu il sentyabrın 1-də parlament Bakı şəhə-
29
rində Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Bu qəra-
rı səbirsizliklə gözləyən universitetin ilk rektoru V.İ.Razumovski yazırdı:
“Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhi-
fə yazıldı. Avropa ilə Asiyanın qovuşuğunda yeni məşəl yandı. Bu böyük tarixi
hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edirdik.”
Parlamentin qəbul etdiyi qanunda dörd fakültədən: Şərq şöbəsi olan tarix-
filologiya fakültəsindən, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət
Dövlət Universitetinin Bakıda təsis edilməsi göstərilmişdi. Universitetin mad-
di-texniki bazasının yaradılması və fəaliyyətini davam etdirməsi üçün 15 mil-
yon manata yaxın vəsait ayırmışdı. 1919-cu il may ayının əvvəllərində univer-
sitetin təsisi ilə əlaqədar rəsmi sənədləri və tədbirləri hazırlayan komissiyanın
son iclası oldu. İclasda müvəqqəti Şura və universitetin idarə heyəti təşkil
edildi. 1919-cu il noyabrın 15-i birinci dərs günü kimi qərarlaşdırıldı.
Azərbaycan hökuməti universitet komissiyasının tövsiyəsini və Xalq
Maarif Nazirliyinin təqdimatını nəzərə alaraq 1919-cu il sentyabr ayının 8-də
Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar
verdi. Azərbaycanda fəaliyyətə başlayan ilk milli təhsil ocağının ilk rektoru
vəzifəsinə görkəmli rus alimi, professor V.İ.Razumovski təyin edildi.
Bacarıqlı elm və təhsil təşkilatçısı, sovet cərrahı, tibb elmləri doktoru,
professor, əmək qəhrəmanı, RSFSR-in Əməkdar elm xadimi Vasili İvanovic
Razumovski rus tibb elminin görkəmli nümayəndəsi kimi məşhur olmuş, müs-
təqil cərrahlıq məktəbi yaratmış, onlarla elmi monoqrafiyaların, yüzlərlə məqa-
lələrin müəllifi olmuşdur. O, Rusiya və SSRİ məkanında bir neçə universitetin:
Saratov (1909), Tiflis (1918), Bakı (1919) universitetlərinin yaradılmasında
fəal iştirak etmişdir. V.İ.Razumovski 1919-cu ilin sentyabrından 1920-ci ilin
mayına qədər Bakı Dövlət Universitetinə rəhbərlik etmiş, onun təşəkkül tapıb
formalaşmasına böyük əmək sərf etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qırmızı ordunun müdaxiləsi ilə süqut et-
dikdən sonra Azərbaycan Sovet hökumətinin maarif naziri Dadaş Bünyadzadə
1920-ci ilin mayın 11-də rektor Razumovskiyə məktub göndərərək universite-
tin sosialist prinsiplərinə uyğun yeni nizamnaməsini hazırlamağı tapşırdı. La-
kin mütərəqqi elm və təhsil quruculuğuna sadiq olan prof. V.İ.Razumovski bir
il əvvəl çox çətinliklə tərtib etdiyi nizamnaməni ləğv etməkdən imtina etdi və
mayın 26-da rektor vəzifəsindən istefa verdi. Bir neçə aydan sonra Bakını tərk
edib, Saratov Universitetinə işləməyə getdi.
Görkəmli alim akademik R.Mehdiyevin dediyi kimi, universitetin tarixini
dörd mərhələyə bölmək olar. Bu, Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1919-
1920), 1920-1922-ci illər Azərbaycanın ittifaqa daxil olana qədərki nisbətən
müstəqil inkişaf dövrü, SSRİ tərkibindəki dövr və Azərbaycan öz dövlət
müstəqilliyini bərpa etdikdən sonrakı dövrdür. Universitetin keçdiyi inkişaf
yolu heç də hamar olmamışdır. İnkişaf mərhələlərinin hər birinin özünəməxsus
30
cəhətləri olmuş, çox zaman bu mərhələlərdə baş verən proseslər nəinki bir-
birinə oxşamamış, hətta bir-birinə zidd xarakter daşımışdır.
Universitet öz inkişaf prosesində baş verən fərqlərə və ziddiyyətlərə
baxmayaraq qarşısına qoyduğu məqsədə: yüksək ixtisaslı kadr hazırlamaq,
tədris prosesini təkmilləşdirmək, elmi araşdırmaların səviyyəsini yüksəltmək
üçün milli təhsilimizin flaqmanı kimi daim ləyaqətlə irəli getmiş, xalqımızın
milli sərvətinə çevrilmişdir.
1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra universite-
tin strukturunda bir sıra dəyişikliklər edildi. Universitetin nizamnaməsi və adı
dəyişdirildi. Yeni nizamnaməyə görə universitetin Şərq fakültəsi istisna olmaq-
la, digər fakültələrdə rus dili dərslərinin aparılması nəzərdə tutulmuşdu.
Bakı Dövlət Universitetinin tarixində onun fəaliyyətinin ilk onilliyi zən-
gin hadisələrlə dolu olmuşdur. Bu dövr universitetin maddi-texniki bazasının
möhkəmlənməsi, yeni fakültələrin, ixtisasların, laboratoriyaların açılması, elmi
kitabxananın yaradılması, tələbə qəbulunun qaydaya salınması, professor-mü-
əllim heyətinin formalaşması, milli kadrların hazırlanması, doğma Azərbaycan
dilində mühazirələrin oxunmasına başlanılması, Azərbaycan dili və ədəbiyyatı-
nın, Azərbaycan tarixinin araşdırılması, elmi-tədqiqat işlərinin aparılması üçün
hazırlıq görülməsi, universitetin elmi xəbərlərinin çap edilməsi ölkədaxili və
beynəlxalq əlaqələrin yaradılması, demək olar ki, ali məktəbin fəaliyyət dairə-
sinə daxil olan bütün iş proseslərinin əsasının qoyulduğu illər olmuşdur.
Bakı Dövlət Universiteti təşkil edilərkən iki fakültə: tibb və tarix-filologi-
ya fakültələri var idi. Tarix-filologiya fakültəsinin tərkibinə üç şöbə - tarix, fi-
lologiya və şərq şöbələri fəaliyyət göstərirdi. Artıq 1919-cu ilin noyabrında təş-
kilat işləri başa çatdırılmış, universitetin elmi şurasının ilk iclasında professor-
müəllim heyətinin tərkibi təsdiq edilimişdi. Universitetin professor-müəllim
heyəti 44 nəfərdən - 12 professor, 3 dosent və 29 müəllimdən ibarət idi.
15 noyabr 1919-cu ildən sistemli tədris fəaliyyətinə başlayan universitet
birinci kurslara qəbulu aparmaqla öz tələbə korpusunu yaratmağa müvəffəq
oldu. Tələbələr sırasına qəbul edilən abituriyentlərdən 297 nəfərinin azərbay-
canlı olması uğurlu başlanğıc idi.
1920-1921-ci tədris ilində universitet özünün üçüncü fakültəsini - fizika-
riyaziyyat fakültəsini yaratdı. Fizika-riyaziyyat fakültəsinin yaranması univer-
sitetin tədris və elmi potensialını daha da gücləndirdi, universitetin yeni elmi
qüvvələrinin gəlməsinə səbəb oldu. 1922-ci ildə universitet daha bir yeni
fakültə- şərqşünaslıq fakültəsi yaratmağa müvəffəq oldu. Bu yeni fakültə tarix-
filologiya fakültəsinin şərq şöbəsinin bazasında yaradılmışdı. Onun tarix və dil
şöbələri var idi. Dil şöbəsi sonralar iki şöbəyə Türk və İran dili şöbələrinə
bölünmüşdü. Həmin ildə Xalq Maarif Komissarlığının tövsiyəsi ilə şərqşünas-
lıq fakültəsinin tərkibindən tarix şöbəsi götürüldü. 1928-ci ildə isə şərqşünaslıq
fakültəsinin yanında etnoqrafiya şöbəsi yaradıldı.
31
Dövrün tələbinə müvafiq olaraq 1923-cü ildə tarix-filologiya fakültəsi
yenidən təşkil edildi. Fakültə üç şöbəsi olan ictimai elmlər fakültəsinə çevrildi.
Fakültənin dil-ədəbiyyat, ictimai-tarix və hüquq şöbələri xeyli genişlənməklə
onların qəbulu artırıldı. 20-ci illərdə respublikada xalq təhsilinin inkişafı ilə
əlaqədar müəllim kadrlara böyük tələbat əmələ gəlmişdi. Bu məqsədlə də
1924-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat və ictimai
elmlər fakültəsinin bazasında üç şöbədən – ictimai, riyaziyyat və təbiət şöbələ-
rindən ibarət pedaqoji fakültə yaradıldı. 1929-cu ildə universitetin nəzdində
Azərbaycan və rus bölməsi olan qiyabi pedaqoji fakültələr fəaliyyətə başaldı.
Bu fakültənin 4 şöbəsi - məktəb, fiziki-texniki, Azərbaycan dili və ədəbiyyatı,
rus dili və ədəbiyyatı şöbələri var idi. 1928-1929-cu tədris ilində universitetdə
hüquq fakültəsi yaradıldı. Bütün göstərilən fakültələrlə yanaşı universitetin
yanında 1920-ci ildə təşkil edilmiş fəhlə fakültəsi də fəaliyyət göstərirdi. Fəhlə
fakültəsinə bilavasitə istehsalatda çalışmış gənclər qəbul edilirdi.
Bakı Dövlət Universitetinin birinci onillikdəki fəaliyyətini diqqətlə nəzər-
dən kecirdikdə belə bir həqiqət aşkara çıxır ki, zamanın keşməkeşlərinə, haki-
miyyət dəyişikliklərinə, siyasi arenadakın ab-havaya baxmayaraq universitet öz
fəaliyyətini uğurla davam etdirmiş, respublikanın elmi, təhsil və mədəni həya-
tında, yüksək ixtisaslı milli kadrların yetişməsində, milli şüurun formalaşma-
sında, milli ziyalılar ordusunun daha da mətinləşməsində misilsiz rol oynamış,
elmimizin və təhsilimizin inkişaf və tərəqqi yolunu işiqlandırmışdır.
Beləliklə, universitetin birinci onilliyi respublikamızın elm, təhsil və mə-
dəniyyətinin inkişafında silinməz dərin izlər qoymuşdur. Bu dövrdə universite-
tin maddi-texniki bazası möhkəmlənmiş, yeni tədris korpusları lazımi avadan-
lıqlarla təmin edilmiş, laboratoriyalar, fənn kabinetləri və s. ilə təchiz edilmiş,
universitetin maliyyələşdirilməsinə diqqət artırılmışdır.
Bu dövrdə Bakı Dövlət Universitetinin üzərinə respublikanın ilk ali təhsil
müəssisəsi kimi təhsil, elm, mədəniyyət və iqtisadiyyatın bütün sahələri üçün
yüksək ixtisaslı kadr hazırlamaq vəzifəsi qoyulmuşdu. Universitet respublikada
sürətlə inkişaf edən təhsil, iqtisadiyyat, elm və təhsil müəssisələrini ixtisaslı
kadrlarla təmin etməli idi. Bu mühüm dövlət vəzifəsini həyata keçirmək üçün
universitet ilbəil yeni-yeni ixtisaslar açır, tələbə qəbulunu artırırdı. Rəqəmlərə
diqqət yetirək: Əgər 1919-1920-ci illərdə universitetə 1094 tələbə qəbul edil-
mişdisə, onların sayı 1928-1929-cu ildə 1925 çatmışdı. Universitetin ilk bura-
xılışı 1922-ci ildə olmuşdur. Universitetin tibb fakültəsini 30 nəfər bitirmişdi
ki, bunun da ancaq 10 faizi azərbaycanlı idi. 1929-cu ildə universiteti 1154
nəfər bitirmişdi ki, bunun da 18 faizindən çoxu azərbaycanlı idi.
On ildə universitetdə tələbə qəbulunun artımı ilə yanaşı professor-müəl-
lim heyətinin tərkibi də həm kəmiyyət, həm də keyfiyyətcə dəyişmişdi. Əgər
1919-1920-ci tədris ilində universitetdə 3 professor, 3 dosent, 29 müəllim -cə-
mi 44 nəfər çalışırdısa, 1928-1929-cu dərs ilində 52 professor, 30 dosent, 229
32
müəllim - cəmi 311 nəfər çalışırdı. Sevindirici hal idi ki, professor-müəllim
heyətinin tərkibində azərbaycanlıların sayı müntəzəm olaraq artmışdır. Belə ki,
əgər 1919-1920-ci tədris ilində azərbaycanlıların sayı 9 nəfər idisə, yəni profes-
sor-müəllim heyətinin 20,5 faizini təşkil edirdisə, 1928-1929-cu tədris ilində
azərbaycanlıların sayı 128 nəfər olmuşdur ki, bu da 42,2 faiz demək idi. 1919-
1920-ci illərdə universitetin kollektivi tələbə hazırlığını genişləndirməklə yana-
şı elmi tədqiqat işlərinin aparılmasında, elmi əsərlərin yaradılmasında dərslik-
lərin dərs vəsaitlərinin, monoqrafiyaların çap edilməsində də əhəmiyyətli uğur-
lara nail olmuşdu. 1921-ci ildən “Bakı Universitetinin Xəbərləri” nəşrə başladı.
“Xəbərlər”in dörd şöbəsi - təbiətşünaslıq və tibb, ictimai elmlər, şərqşünaslıq
və hüquq şöbələri var idi. 1924-cü ildə universitet həmçinin özünün ikinci
nəzəri orqanı olan “Tibbin nəzəri-praktiki jurnalı”nın nəşrinə başladı.
Qarşıya çıxan böyük çətinliklərə baxmayaraq Bakı Dövlət Universitetinin
10 il ərzində xalq təsərrüfatının, elm, təhsil və mədəniyyətin müxtəlif sahələri
üçün 1500-dən artıq kadr hazırlaması onun böyük uğurları, millətimiz qarşısın-
da şərəfli xidməti idi.
Universitetin 20-ci illərdə əldə etdiyi nailiyyətlərdə universitet rektorları-
nın fəaliyyəti də mühüm əhəmiyyət kəsb etmişdir. Belə fədakar insanlara misal
olaraq universitetin ilk azərbaycanalı rektoru olan Tağı Şahbazini (1926-1929)
və Maqsud Məmmədovu (1929-1930) göstərmək olar.
Universitet özünün birinci onilliyində 500 çap vərəqi həcmində kitab,
jurnal və salnamə buraxmışdı. Elmi əsərlərdən başqa, universitet 1923-1939-cu
illərdə çox qiymətli elmi kitablar nəşr etməyə müvəffəq olmuşdu. Bunlardan
E.A.Paxamovun “Azərbaycan tarixinin qısa kursu” (Bakı, 1923); A.V.Baqrinin
“Azərbaycan biblioqrafiyası üçün materiallar” (I-III buraxılışda); yenə də onun
III buraxılışa aid “Predmet göstəriciləri” (Bakı, 1924); A.O.Makovelskinin
“Demokrit: həyatı və təlimi” (Bakı, 1926); yenə onun “V.İ.Lenin adına Azər-
baycan Dövlət Universiteti: birinci onillik” (Bakı, 1930); “Elmi nəşrlər. 1919-
1930” (Bakı, 1930) və s. kitablar nəşr edilmişdir. Bakı Dövlət Universitetinin
Elmi Xəbərləri və nəşr etdiyi elmi əsərlər Azərbaycan elminin bünövrəsinə
qoyulan ilk daşlar idi. Azərbaycan elmi məhz bu bünövrə üzərində bərqərar
olmuş, inkişaf və tərəqqi etmişdir.
1920-ci ildə universitet nəşriyyatının yaranması və onun gələcək fəaliy-
yəti respublikada elmi və tədris ədəbiyyatının təşəkkül tapıb formalaşmasında
və fənn proqramlarının, metodik göstərişlərin nəşrində mühüm rol oynamışdır.
Bakı Dövlət Universitetinin 20-ci illərdə əldə etdiyi elmi-mədəni nailiy-
yətlərdən biri də onun zəngin, nadir kitab fonduna malik, universitet təhsilinə
və elminə xidmət edən elmi kitabxanasının yaranması olmuşdur.
1919-cu ildə universiteti təşkil etmək üçün yaradılmış komissiya univer-
sitetin bir nömrəli laboratoriyası hesab etdiyi kitabxananın yaradılması üçün
xüsusi layihə hazırladı və kitabxananın təşkilinə maliyə vəsaiti almaq üçün
33
hökumətə müraciət etdi. Kitabxananı təşkil etmək üçün bina və 3 milyon manat
vəsait ayrıldı. Bakıda yerləşən ayrı-ayrı təhsil və elmi müəssisələr öz kitab
fondlarını kitabxanaya bağışladılar. 1919-cu ilin sentyabrında kitabxananın tibb
şöbəsi fəaliyyətə başladı, noyabrd isə qiraətxana açıldı. Beləliklə, 1919-cu ildə
kitabxananın fonduna 4660 kitab var idi. Universitet rəhbərliyinin və professor-
müəllim heyətinin səyi nəticəsində 1922-ci ildə kitabxananın fondunda 14434
kitab toplanmışdı. 1930-cu ildə isə kitabxanada artıq 109309 kitab toplanmışdı.
Böyük çətinliklə olsa da 1926-cı ildən başlayaraq kitabxana beynəlxalq
əlaqələr yaratmağa, 700-dən artıq xarici jurnal almağa müvəffəq olmuşdu.
Kitabxanada universitetin tələbə və professor-müəllim heyətinə xidmət olduqca
səmərəli təşkil edildiyindən demək olar ki, tələbə və professor-müəllim heyəti-
nin əksəriyyəti kitabxananın oxucuları idi. Kitabxana son on ildə 20 minə qədər
oxucuya xidmət etmişdi. Kitabxana Zaqafqaziya universitetləri icərisində ən
zəngin və ən nadir kitab fonduna malik ilk elmi ali məktəb kitabxanası idi.
Beləliklə, 20-ci illərin axırında Bakı Dövlət Universiteti böyük elmi po-
tensiala malik yüksək ixtisaslı kadr hazırlayan təhsil və elm məbədgahına cev-
rilmiş, Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin inkişafında həlledici rol
oynamağa başlamışdı. Məhz buna görədir ki, universitetin fəaliyyətinə böyük
qiymət verən Azərbaycan hökuməti Bakı Dövlət Universitetinin 10 illik yubile-
yinin qeyd olunması haqqında qərar qəbul etdi. Təntənəli yubiley 1930-cu il
yanvarın 12-də Bakı Opera və Balet Teatrında keçirildi. Yubiley iclasında Bakı
Dövlət Universitetinin on il müddətində respublikanın təhsil, elm və mədəni
həyatında böyük xidmətləri, xüsusilə yüksək ixtisaslı mütəxəssis kadrların
hazırlanmasında əldə etdiyi nailiyyətləri qeyd edildi. Universitetin bir çox
əməkdaşları yüksək dövlət mükafatlarına layiq görüldülər.
Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, Avropa və Asiyanın qovuşu-
ğunda məşəl kimi parlayan bu elm və təhsil məbədgahı öz inkişafının çiçəklən-
diyi dövrdə - 1930-cu ilin iyunun 19-da Moskvanın göstərişi və Azərbaycan
Xalq Komissarlar Sovetinin qərarı ilə fəaliyyətini dayandırdı, fakültələri ayrı-
ayrı institutlara çevrildi. Onun əmlakı və 100 min nüsxədən artıq kitab fondu
olan kitabxanası da yeni yaradılan institutlar arasında bölüşdürüldü.
Beləliklə, inzibati-amirlik sisteminin formalaşdığı bir zamanda Moskva
hər vasitə ilə milli respublikalarda milli mədəniyyətin və ədəbiyyatın, milli
şüurun inkişafına mane olur, müxtəlif vasitələrlə və məkrli üsullarla milli oya-
nışın və milli özünüdərkin inkişafının qarşısını almağa çalışırdı. Bakı Dövlət
Universiteti də belə məkrli siyasətin qurbanı oldu.
Respublikamızda universitetin ləğv edilməsinin səhv siyasət olması tez-
liklə ölkənin elm, təhsil və mədəni həyatında özünü göstərməyə başladı. Məhz
buna görə Azərbaycan SSR Xalq Komissarlar Soveti 1934-cü ilin mayında
Bakı Dövlət Universitetinin yenidən təşkili haqqında qərar qəbul etdi. 1934-cü
ilin sentyabrından universitetin fəaliyyəti bərpa edildi. Keçmiş “Kommunist”,
34
indiki “İstiqlal” küçəsində 6 saylı binanın yarısı universitetə verildi. Artıq
1935-ci ildə universitetdə 4 fakültə, 13 kafedra fəaliyyət göstərirdi.
Bakı Dövlət Universitetinin bərpa edilməsi elm, təhsil və mədəniyyət ta-
rixində mühüm hadisə oldu. 1930-cu ildə buraxılmış səhvin düzəldilməsini
Azərbaycan xalqı, bütün ziyalılar ordusu böyük rəğbətlə qarşıladılar. Əvvəllər
BDU-da işləmiş görkəmli alimlər, təcrübəli mütəxəssislər və məzunlar univer-
sitetə dəvət edildilər. Görkəmli ziyalılar universitetdə işləməyə üstünlük ver-
diklərindən, qısa zamanda çox yüksək elmi potensiala malik kadr korpusu for-
malaşdı. 1939-cu ildə professor-müəllim heyətinin sayı 226 nəfərə çatmışdı.
Bunlardan 17 nəfəri elmlər doktoru, 54 nəfəri elmlər namizədi, dosent idi.
Universitet son beş ildə 500-ə yaxın yüksək ixtisaslı kadr hazırlamışdı.
Bakı Dövlət Universitetinin tarixini ardıcıl olaraq izləyərkən 1920-1944-
cü illərdə universitetə başçılıq etmiş V.İ.Razumovskinin (1919-1920), S.V.Da-
videnkonun (1920-1923), A.D.Quliyevin (1923-1926), T.A.Şahbazinin (1926-
1929), V.S.Yelipotevsikinin (1929), M.Q.Məmmədovun (1929-1930),
K.M.Ələkbərlinin (1934-1935), Ə.Ə.Əliyevin (1935-1937), C.A.Ələsgərovun
(1937-1941), Ş.R.Əliyevin (1941-1944) böyük xidmətləri göz önünə gəlir.
Onlar öz dövrlərinin həm görkəmli elm və təhsil xadimləri, həm də vətənpərvər
ziyalılar olmuşlar. Məhz buna görədir ki, xalqımız, universitetin professor-
müəllim heyəti, tələbələri və məzunları onların əziz xatirəsini həmişə uca tutur.
1941-1945 Böyük Vətən müharibəsi illərində ölkədə yaranmış çox çətin
şəraitdə Bakı Dövlət Universitetinin kollektivi öz fəaliyyətini davam etdirirdi.
Bütün fəaliyyəti “Hər şey müharibə üçün, hər şey cəbhə üçün” istiqamətinə yö-
nəlmiş universitetdə 1941-ci il iyunun 22-də izdihamlı mitinq keçirildi. Mitinq-
də çıxış edən professor-müəllimlər və tələbələrin nümayəndələri ölkənin müda-
fiəsinə qalxmağı, bütün qüvvələrini faşistlər üzərində qələbəyə sərf edəcəkləri-
ni söylədilər. Müharibənin ilk günlərindən universitetin rektoru S.A.Ələsgərov
başda olmaqla bir çox müəllim və tələbələr cəbhəyə getdilər. Təkcə 1941-ci
ildə universitetdən 1285 nəfər cəbhəyə yollanmışdı. 1941-ci ilin sentyabrında
universitetin rektoru vəzifəsinə Ş.R.Əliyev təyin edildi. O, 1945-ci ilin aprelinə
qədər bu vəzifəni şərəflə yerinə yetirdi.
Müharibə illərində mövcud şəraitlə əlaqədar ali məktəblərin strukturunda
böyük dəyişiklik oldu. 1941-1942-ci illərdə Pedaqoji İnstitut, Qiyabi Pedaqoji
İnstitut, Dövlət Bədən Tərbiyəsi İnstitutu və Xarici dillər fakültəsi BDU-ya bir-
ləşdirildi. Beləliklə, 1943-1944-cü tədris ilində universitetdə 10 fakültə: fizika-
riyaziyyat, kimya, biologiya, tarix, filologiya, hüquq, iqtisadiyyat, xarici dillər,
bədən tərbiyəsi, geoloji-coğrafiya fakültələri və 49 kafedra fəaliyyət göstərirdi.
Müharibə illərində Azərbaycan ali məktəb sistemi hərbi şəraitə uyğun
olaraq yenidən quruldu. Ali məktəblərin tələbə və müəllimlərinin orduya səfər-
bər edilməsi ilə əlaqədar olaraq təhsil müddəti qısaldıldı. Yeni keçici xarakter
daşıyan tədris planları və ixtisar edilmiş proqram üzrə kadr hazırlığına başlan-
35
dı. 1941-1942-ci tədris ilində üç illik tədris planına keçildi. Qış tətilləri ləğv
edildi, daha intensiv tədris prosesi tətbiq edilməyə başlandı.
1944-1945-ci illərdə universitetin hospitala çevrilmiş binasının özünə
qaytarılması onun işində yeni quruculuq mərhələsinin başlanmasını təmin etdi.
Müharibə illərində böyük çətinliklərə, müəllim kadrların çatışmazlığına
baxmayaraq universitet kollektivi yüksək ixtisaslı kadr hazırlığı işini davam
etdirmiş, 4 ildə 719 nəfər kadr hazırlamışdı. Universitetdə tədris prosesinin təş-
kili ilə yanaşı, elmi-tədqiqat işinin aparılmasına, aspirantura yolu ilə elmi kadr-
ların hazırlanmasına, namizədlik və doktorluq dissertasiyalarının müdafiəsinə
də xüsusi diqqət yetirilmişdi. 1940-1945-ci illərdə 211 aspirant təhsil almış, on-
ların əksəriyyəti öz namizədlik dissertasiyalarını müdafiə etmişdi. 1941-1945-
ci illərdə universitetin elmi şuralarında 13 doktorluq və 118 namizədlik disser-
tasiyası müdafiə edilmişdi. Müharibə illərində universitetin kadr korpusuna ca-
van kadrlar daxil olmuşdu. Artıq 1945-ci ildə universitetdə 331 müəllim çalı-
şırdı. Bunlardan 29 nəfəri elmlər doktoru, professor, 107 nəfəri elmlər nami-
zədi, dosent, 195 nəfəri isə müəllim idi. Bu, o dövr üçün çox böyük rəqəm idi.
Böyük Vətən müharibəsi 1945-ci ildə qələbə ilə qurtardıqdan sonra uni-
versitetin inkişafında yeni mərhələ başlandı. Bu mərhələdə universitetin struk-
turu təkmilləşdi, maddi-texniki bazası möhkəmləndi, müharibə illərində alınan
binalar özünə qaytarıldı, tədris prosesində islahatlar aparılmaqla təkmilləşmiş
tədris planına keçildi, kadr potensialı gücləndi, elmi-tədqiqat işi aparılmasında,
daha aktual mövzuların tədqiqində, yeni elmi istiqamətlərin müəyyənləşməsin-
də canlanma baş verdi. Müharibədən sonrakı beşillikdə Bakı Dövlət Universi-
tetinə Azərbaycan elminin görkəmli korifeylərindən biri, görkəmli filoloq,
Əməkdar elm xadimi, akademik Abdulla Qarayev başçılıq etmişdir. Professor
A.Qarayev müharibə illərində universitetdə elmi işlər üzrə prorektor işləmiş,
1945-ci ilin aprelində rektor vəzifəsinə təyin edilmiş, bu vəzifədə 1950-ci ilin
noyabrına qədər işləmişdir. Onun rektorluğu dövründə universitetin strukturun-
da böyük dəyişikliklər baş vermiş, yeni fakültələr, şöbələr, kafedralar, elmi
laboratoriyalar, ixtisaslar açılmışdır. 1945-1946-cı illərdə universitetin filoloji
fakültəsinin yanında jurnalistika, 1946-1947-ci illərdə incəsənətşünaslıq, yenə
həmin tədris ilində məntiq psixologiya, kitabxanaçılıq şöbələri açılmışdır.
Beləliklə, 1946-1947-ci tədris ilində universitetdə 8 fakültə: filologiya,
tarix, şərqşünaslıq, geoloji-coğrafiya, hüquq, fizika-riyaziyyat, kimya və biolo-
giya fakültələri fəaliyyət göstərirdi. Bu fakültələrdə 52 kafedra, 52 kabinet və
laboratoriya, 2 muzey var idi. Təkcə 1948-1949-cu tədris ilində 7 yeni kabinet
və laboratoriya yaradılmışdır. Universitetin professor-müəllim heyətinin tərki-
bində əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişikliyi baş vermiş, universitetə
çox güclü alimlər, xüsusilə istedadlı gənclər gəlmişdi. 1950-ci ildə artıq univer-
sitetdə 21 elmlər doktoru, professor və 155 elmlər namizədi, dosent işləyirdi.
Universitetin professor-müəllim heyətinin sayı 316-ya çatmışdı. Müharibədən
36
sonrakı beşillikdə universitetin qəbul planı ilbəil artmış, 1946-1950-ci illər ər-
zində universitetə 3397 nəfər tələbə qəbul edilmiş, universiteti 1515 nəfər yük-
sək ixtisaslı mütəxəssislər bitirmişdir.
1950-ci ildə Əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas alim Cəfər
Xəndan Hacıyev Bakı Dövlət Universitetinə rektor təyin edildi. Bu təyinata qə-
dər o, filoloji fakültənin dekanı vəzifəsində çalışmışdı. Təhsil prosesinə və uni-
versitetin elmi işlərinə yaxından bələd olan professor Cəfər Xəndan akademik
A.Qarayevin apardığı islahatları müvəffəqiyyətlə davam etdirdi. Onun rektor
kimi uğurlu fəaliyyəti nəticəsində universitetə ayrılan maliyyə vəsaiti bir neçə
dəfə artırıldı. Tələbə qəbulu planında universitetin əyani, axşam və qiyabi şö-
bəsinə ayrılan yerlərin miqdarı əhəmiyyətli dərəcədə çoxalmışdı. Bu da respub-
likada müəllim kadrlara olan böyük tələbatla əlaqədar idi. Məhz buna görə də
1940-cı illərdən fəaliyyətə başlayan universitetin qiyabi şöbəsinin işi əsaslı
şəkildə yenidən qurulmağa başladı. Əgər 50-ci illərdə universitetin tərkibində 4
fakültənin - filologiya, tarix, riyaziyyat və hüquq fakültələrinin qiyabi şöbəsi
var idisə, artıq 60-cı illərdə 7 fakültənin qiyabi şöbəsi fəaliyyət göstərirdi. 50-
60-cı illərdən qiyabi şöbə ilə yanaşı axşam şöbəsi də yaradılmağa başladı. İlk
axşam şöbələri 1958-1959-cu illərdə fizika və kimya fakültələrində yaradıldı.
1950-60-cı illərdə universitetdə 5 yeni fakültə: şərqşünaslıq (1957), fizika
(1959), iqtisadiyyat (1959), əmtəəşünaslıq (1959), kitabxanaçılıq (1962), jurna-
listika (1969) fakültələri təşkil edildi. Yeni fakültələrin yaranması və tələbə qə-
bulunun ilbəil artması ilə əlaqədar universitetdə bina çatışmazlığı hiss edilirdi.
Bu cətinliyi nəzərə alan respublika hökuməti universitetə iki yeni bina vermiş-
dir. 1954-55-ci illərdə universitet 11460 kv.m sahəsi olan 4 binada yerləşirdi.
Zahid Xəlilov küçəsində Bakı Dövlət Universiteti üçün 50-ci illərdən tikilən
yeni binanın 1964-cü ilin sentyabrında istifadəyə verilməsi universitetin audito-
riya vəziyyətini xeyli yaxşılaşdırdı.
Beləliklə, 60-cı illərin axırlarında Bakı Dövlət Universitetində təbiət və
humanitar elmlərin mühüm sahələrini əhatə edən 12 fakültə: mexanika-riyaziy-
yat, fizika, kimya, biologiya, ekoloji-coğrafiya, tarix, filologiya, şərqşünaslıq,
kitabxanaçılıq-informasiya, hüquq, jurnalistika, ixtisasartırma və xarici tələ-
bələr fakültələri, həmçinin 64 kafedra, 86 laboratoriya, o cümlədən 4 problem
laboratoriyası, 42 kabinet, 2 muzey fəaliyyət göstərirdi. Professor-müəllimlərin
sayı 710 nəfərə çatmışdı. Universitetin əyani, qiyabi və axşam şöbələrində 12
mindən artıq tələbə təhsil alırdı.
1950-60-cı illərdə universitetə xalqımızın görkəmli şəxsiyyətləri, elm və
təhsil təşkilatçıları akademik Y.H.Məmmədəliyev və akademik Ş.F.Mehdiyev
başçılıq etmişlər. Azərbaycan elminin inkişafına böyük töhfələr verən, SSRİ
məkanında və beynəlxalq aləmdə tanınan bu alimlərin təşkilatçılıq qabiliyyəti
nəticəsində universitet böyük tərəqqi yolu keçmiş, beynəlxalq miqyasda tanın-
37
mağa başlamışdır. Məhz buna görədir ki, bu görkəmli şəxsiyyətlərin əziz xati-
rəsi universitet kollektivi tərəfindən əziz tutulur.
Azərbaycanın müasir tarixinə dönüş mərhələsi kimi daxil olan 60-70-ci
illər Bakı Dövlət Universitetinin həyatında da əlamətdar olmuşdur. 1969-cu
ildə Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan özünün
həqiqi inkişaf yolunu tapdı. Bu dövrdə respublika ali məktəblərinin bayraqdarı
olan Bakı Dövlət Universiteti Heydər Əliyevin qayğısı sahəsində bir çox uğur-
lar əldə etdi, elm, təhsil, mədəniyyət çiçəklənmə dövrünə qədəm qoydu.
Azərbaycan dövlətinin qərarına əsasən 1969-cu il noyabrın 1-də Bakı
Dövlət Universitetinin 50 illik yubileyi keçirildi. Yubiley komissiyasının sədri
Heydər Əliyev təntənəli iclasda çıxış etdi. Bu tarixi çıxış universitetin həyatın-
da çox əlamətdar hadisə idi. Çünki universitetin yarım əsrlik yubileyində onun
dünya şöhrətli məzunu Heydər Əliyev çıxış edirdi. Universitetin çoxsaylı kol-
lektivi həmişə bu tarixi hadisəyə görə iftixar hissi keçirmişdir. O vaxta qədər
formalaşan ənənələrin əksinə olaraq Heydər Əliyevin Azərbaycan dilində çıxış
etməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı, milli şüurun
formalaşmasına, milli dilin statusunun möhkəmlənməsinə səbəb oldu.
Heydər Əliyev bu parlaq nitqində universitetin 50 ildə keçdiyi inkişaf və
tərəqqi yolunu yüksək qiymətləndirərək deyirdi: “Bu gün Azərbaycan Dövlət
Universitetinin keçdiyi yarım əsrlik yola yekun vurarkən tam əsasla deyə bilə-
rik ki, yubliyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübut
etmişdir”.
Heydər Əliyevin bu proqram xarakterli nitqində universitet kollektivinin
qarşısında elmin, təhsilin və mədəniyyətin inkişafına mühüm əhəmiyyət ver-
məklə yüksək ixtisaslı mütəxəssis kadrlar hazırlamaq kimi çox mühüm vəzifə
qoymuşdu. Universitet kollektivi bu vəzifələrin öhdəsindən layiqincə gəlmiş və
böyük uğurlar qazanmağa müvəffəq olmuşdu. 70-80-ci illərdə universitetin
maddi-texniki bazası qat-qat yüksəlmiş, tələbə qəbulu ilbəil artmış, yeni
ixtisaslar açılmış, kadr hazırlığının keyfiyyəti yüksəlmiş, universitet yeni elmi
istiqamətlərdə inkişaf etməyə başlamış, universitetin beynəlxalq əlaqələri xeyli
genişlənmişdi. 1970-78-ci illərdə universitetə 12428 tələbə qəbul edilmiş, uni-
versiteti hər il 1200-dən artıq tələbə bitirmişdir. Bu illərdə elmi-tədqiqat işləri
də böyük vüsət almış, 1676 mövzuda elmi-tədqiqat işi yerinə yetirilmiş, 148
adda monoqrafiya, 325 adda dərslik, 8423 adda dərs vəsaiti nəşr edilmişdir.
1977-78-ci tədris ilində 9 mərtəbəli 1-ci tədris korpusunun istifadəyə ve-
rilməsi universitetin auditoriya problemini həll etmiş, tədris prosesinin səmərəli
təşkilinə səbəb olmuşdur. Universitet tələbələri üçün yataqxana şəhərciyinin
salınmasına da 70-ci illərdə başlanılmışdır. Bu dövrdə universitetə akademik
Faiq Bağırzadə rəhbərlik etmişdir. Universitetin inkişafında mühüm xidməti
olan F.M.Bağırzadə universitetin tarixində ən çox işləyən rektor (1970-ci ildən
1987-ci ilə qədər) olmuşdur.
38
70-80-ci illər Bakı Dövlət Universitetinin həyatında yeni mərhələ -
Heydər Əliyev mərhələsi olmuşdur. Bu dövrdə Heydər Əliyev duhası universi-
tetin inkişaf yolunu işıqlandırmış, uğurlu gələcəyə istiqamətləndirmişdir.
70-80-ci illər Bakı Dövlət Universitetinin tarixində universitetin maddi-
texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, kadr hazırlığının
keyfiyyətcə yüksəldilməsi, dünya elminin aktual problemlərinə həsr edilmiş el-
mi tədqiqatların aparılması, beynəlxalq əlaqələrin genişləndirilməsi uğrunda
mübarizə illəri olmuşdur. Bu dövrdə Bakı Dövlət Universitetinin əldə etdiyi ən
böyük nailiyyət onun kadr potensialının, professor-müəllim heyətinin tərkibi-
nin həm kəmiyyətcə, həm də keyfiyyətcə inkişaf edib möhkəmləndiyi illər kimi
xarakterizə edilir. Bu illərdə yeni fakültələr, kafedralar, tədris və elmi laborato-
riyalar yaradılmışıdır. 1961-ci ildə fəaliyyəti dayandırılmış universitet nəşriy-
yatı 1979-80-ci tədris ilində yenidən işə başladı. 70-ci illərdə universietdə təd-
ris prosesinə texniki vasitələrin tətbiqinə başlanmış, 15 ixtisaslaşdırılmış audi-
toriya yaradılmışıdı. Unversitetdə 12 fakültə, 70 kafedra, 15 kabinet və labora-
toriya fəaliyyət göstərirdi. Universitet SSRİ-nin və dünyanın 170-dən artıq elmi
və tədris müəssisəsi ilə əlaqə yaratmışdı. Bu işdə universitetin 1974-cü ildə El-
mi Kitabxana statusu almış kitabxanası mühüm rol oynayırdı. Elmi Kitabxana
SSRİ-nin və dünyanın 171 elmi və tədris müəssisələri ilə elmi nəşrlərin müba-
diləsini aparırdı. Universitet xarici ölkələr üçün kadr hazırlayan ali məktəblər
içərisində aparıcı yerlərdən birini tuturdu. 1983-cü ildə universitetdə dünyanın
61 ölkəsindən 500-dən artıq tələbə təhsil alırdı. Əgər 1970-71-ci tədris ilində
universitetdə 710 professor-müəllim çalışırdısa, bunların 56 nəfəri professor,
223 nəfəri dosent, 240 nəfəri baş müəllim, 191 nəfəri müəllim idi. 1988-89-cu
dərs ilində 1137 professor-müəllim, o cümlədən 170 professor, 442 dosent, 342
baş müəllim, 198 müəllim çalışırdı. Yəni on ildə müəllimlərin sayı 427 nəfər, o
cümlədən professorların sayı 114 nəfər, dosentlərin sayı 219 nəfər, baş müəl-
limlərin sayı 198 nəfər, müəllimlərin sayı 7 nəfər artmışdı. 1978-79-cu dərs
ilində universitetdə 13425 nəfər tələbə təhsil alırdı. Bunlardan 6325 nəfər
əyani, 3092 nəfər axşam, 3192 nəfər qiyabi şöbənin tələbələri idi.
80-ci illərin axırı - 90-cı illərin əvvəllərində respublikada baş verən pro-
seslər, iqtisadi, siyasi və sosial böhran Bakı Dövlət Universitetindən də yan
keçməmişdi. Ölkədə hökm sürən anarxiya universitetin tədris prosesinə ciddi
təsir göstərirdi. Tələbələr arasında dərsə gəlməmək halları ciddi xarakter almış-
dı. Müəllimlərin sosial durumunun çox aşağı olması bir çox görkəmli alimlərin
xarici ölkələrə getməsinə və öz peşəsindən uzaqlaşmasına səbəb olmuşdu.
Dövlət büdcəsindən ayrılan vəsaitin dəfələrlə azalması universitetin maddi-tex-
niki bazasının zəifləməsinə səbəb olmuş, tədris və elmi-tədqiqat laboratoriyala-
rı yeni avadanlıq almaqdan məhrum edilmişdi. Universitetdə tez-tez rektorların
dəyişməsi ümumi işə olduqca mənfi təsir göstərirdi. 1987-93-cü illərdə univer-
39
sitetdə dörd rektor - Məmmədov Y.M (1987-1989), Quliyev C.B. (1989-1990),
Qasımov M.G. (1990-1992), Səməndərov F.V (1992-1993) dəyişmişdi.
Bakı Dövlət Universitetinin 90 il ərzində keçdiyi yolun əsas və olduqca
zəngin mərhələlərindən biri Azərbaycan Respublikasının öz dövlət müstəqilli-
yini bərpa etdikdən sonrakı mərhələdir. Bilavasitə ulu öndər Heydər Əliyevin
adı ilə bağlı olan bu mərhələ bir çox cəhətdən əlamətdar olmuş böyük hadisə-
lərlə dolu olan bir mərhələ kimi universitetin tarixində dərin izlər qoymuş,
onun fəaliyyətinə yeni müstəqilliyin ab-havasını gətirmişdir.
Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə gəlməsi universitetin
böhran vəziyyətindən çıxması, təhsil islahatlarının aparılması, təhsilin müasir
dünya təhsil sisteminə inteqrasiya edilməsi üçün əlverişli prespektivlər açdı.
1993-cü ildən başlayaraq Bakı Dövlət Universitetinin təhsil və elmi həya-
tında olduqca böyük dəyişiklik baş verdi. Universitetin maddi-texniki bazasını
möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirildi. İlbəil universitetə ayrı-
lan vəsait və tələbə qəbulu artırıldı. Tədris prosesində ciddi islahatlar həyata
keçirildi. Tədris intizamı möhkəmləndi. Universitetə avadanlıq almaq üçün
vəsait ayrılması xeyli artdı. Universitetin beynəlxalq əlaqələri genişlənirdi, belə
ki, o, artıq müstəqil dövlətin aparıcı universiteti kimi dünyanın qabaqcıl dövlət-
ləri ilə əlaqələr qurmaq imkanı əldə etdi.
Müstəqil respublikamızın ayrı-ayrı nadir ixtisaslara tələbatının artması və
kadr potensialının güclənməsi ilə əlaqədar məhz Heydər Əliyevin qayğısı
nəticəsində BDU-da ilahiyyat fakültəsi, beynəlxalq hüquq və beynəlxalq
münasibətlər fakültəsi, yeni ixtisaslar açıldı.
BDU-nun beşdən artıq Beynəlxalq Universitetlər Assosiasiyasının üzvü
olması onun beynəlxalq əlaqələrini daha da genişləndirdi. 1993-cü ildən başla-
yaraq universitetin 100-dən artıq tələbə, magistrant və aspirantı xarici ölkə uni-
versitetlərində təhsil almışdır.
BDU-nun respublikamızda elm, mədəniyyət və təhsilin inkişafında böyük
xidmətlərini yüksək qiymətləndirən, universitetin məzunu olması ilə fəxr edən
ulu öndər Heydər Əliyev demişdir: «Bakı Dövlət Universiteti Azərbaycan
xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır».
XX əsrin görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin özü də Bakı Dövlət Universitetinin məzunu və böyük iftixarı-
dır. Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu olması ilə fəxr etdiyi
kimi, bu gün Bakı Dövlət Universitetinin kollektivi də Heydər Əliyevin adı ilə,
doğma universitetimizin ləyaqətli məzunu olması ilə fəxr edir. Ona görə ki,
dünya şöhrətli dahi şəxsiyyət, beynəlxalq nüfuza malik siyasi lider, müstəqil
Azərbaycan dövlətçiliyinin etibarlı qarantı, bugünkü inkişaf etmiş dövlətimizin
memarı, Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə qədər yüksələn,
Tanrı möcüzəsi olan Heydər Əliyev Bakı Dövlət Universitetinin tarix fakül-
40
təsini 1957-ci ildə bitirmişdir. Bu dahi şəxsiyyətin adı tarix fakültəsinin və
Bakı Dövlət Universitetinin Qızıl fonduna düşmüşdür.
Heydər Əliyevin təhsil aldığı illərdə və respublikaya rəhbərlik etdiyi
dövrdə universitetlə əlaqələri Bakı Dövlət Universitetinin şanlı tarixinin böyük
və əlamətdar bir mərhələsini təşkil edir. Bakı Dövlət Universitetinin tərəqqi və
inkişafının ən məhsuldar dövrü olan son 30 il məhz onun adı ilə qırılmaz
tellərlə bağlıdır. Ulu öndər Heydər Əliyev universitet rəhbərliyinin yeni ka-
drlarla möhkəmləndirilməsinə olduqca böyük diqqət yetirirdi.
Məhz buna görədir ki, universitetin Böyük Elmi Şurası 1994-cü il 28 ok-
tyabr tarixli geniş iclasında Azərbaycan xalqı, dövləti, elmi və təhsili qarşısında
əvəzsiz xidmətlərinə görə Heydər Əlirza oğlu Əliyevə Bakı Dövlət Universite-
tinin Fəxri Doktoru adının verilməsi haqqında yekdil qərar qəbul etdi. Univer-
sitetimizin kollektivi bununla fəxr edir.
1994-cü ildə görkəmli hüquqşünas alim, hüquq elmləri doktoru, professor
Murtuz Ələsgərov universitetə rektor təyin edildi. Professor M.Ələsgərov
1996-cı ildə Milli Məclisin sədri seçildikdən sonra görkəmli elm və təhsil təş-
kilatçısı, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor
Misir Mərdanov universitetin rektoru vəzifəsinə irəli çəkildi. 1998-ci ildə pro-
fessor M.Mərdanov Azərbaycan Respublikasının təhsil naziri təyin edildikdən
sonra rektor vəzifəsinə görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, akademik
Abel Məhərrəmov təyin edildi. Göründüyü kimi, hər üç şəxs, respublikamızın
görkəmli alimləri, elm və təhsil təşkilatçıları, dövlət xadimləri olmaqla respub-
lika ictimaiyyəti tərəfindən tanınan və müsbət qarşılanan şəxsiyyətlərdir. Məhz
1994-cü ildən başlayaraq Bakı Dövlət Universiteti kollektivinin əldə etdiyi mü-
vəffəqiyyətlərdə bu görkəmli şəxsiyyətlərin rolu az olmamışdır.
Professor M.Ələsgərov tərəfindən başlanan islahatlar professor M.Mərda-
nov tərəfindən davam etdirilmişdir. Lakin bu islahatların başa çatdırılması və
universitetdə böyük quruculuq işinin aparılması universitet kollektivi tərəfin-
dən “qurucu rektor” kimi qəbul edilən akademik Abel Məhərrəmovun adı ilə
bağlıdır. Abel Məhərrəmov rektor təyin edildiyi ilk gündən bütün bilik və baca-
rığını, daxili enerjisini və potensial imkanlarını doğma universitetin tərəqqisi-
nə, təhsil sisteminin yüksəldilməsinə və təkmilləşdirilməsinə istiqamətləndirdi,
bu ali təhsil ocağını beynəlxalq standartlara cavab verən dünya universitetləri
sırasına çıxara bildi. A.Məhərrəmov sözün əsl mənasında çoxsaylı kollektivi
vahid bir orqanizm kimi hərəkətə gətirdi və onun ahəngdar mexanizm kimi
zərgər dəqiqliyi ilə sistemli və fasiləsiz fəaliyyətinə, hamını bir nəfər kimi uni-
versitetin tədris-metodik, elmi tədqiqat işinə cəlb etməyə nail oldu. Qısa zaman
çərcivəsində universitetin tədris-maddi bazası xeyli möhkəmləndi.
Abel müəllimin düzgün və məqsədyönlü rəhbərliyi sayəsində BDU-nun
maddi-texniki bazası xeyli möhkəmlənmiş, yeni tədris korpusları istifadəyə ve-
rilmiş, tələbələr üçün idman kompleksləri tikilmiş, müəllimlər və tələbələr
41
üçün hər korpusda yeməkxanalar istifadəyə verilmiş, gözəl və yaraşıqlı univer-
sitet şəhərciyi yaradılmış və ən mühümü güclü elmi-pedaqoji potensiala malik
olan mehriban kollektiv formalaşmışdır. Universitetdə aparılan işlərin miqyası-
na görə son on ili universitetin intibah dövrü kimi xarakterizə etmək olar. Bu
intibah özünü universitetin hərtərəfli, kompleks inkişafında göstərmişdir.
Zənnimizcə, bu kompleks inkişafa daxil olan amillər içərisində aşağıdakı
mühüm problemlərə də geniş diqqət yetirilmişdir:
1)
universitetin madi-texniki bazasının möhkəmləndirilməsi, on mərtəbə-
li yeni tədris korpusunun istifadəyə verilməsi, tələbə qəbulunun ilbəil artırılma-
sı, kadr potensialının möhkəmləndirilməsi;
2)
universitetin tədris prosesinin daha da təkmilləşdirilməsi, tədrisin key-
fiyyətini yaxşılaşdırmaq üçun islahatlar aparılması, tədrisin texniki vasitələrlə
təmin edilməsi, tədris prosesində kompüter texnologiyasından istifadə edilmə-
si, yeni fakültələr, ixtisaslar, kafedralar açılması, tədris intizamının möhkəm-
ləndirilməsi, dünyanın qabaqcıl ölkələrinin iş təcrübəsindən istifadə edilməsi,
yeni dərsliklərin və dərs vəsaitlərinin yazılıb çap etdirilməsi;
3)
universitetdə bu yeni elmi-tədqiqat laboratoriyalarının yaradılması, el-
mi laboratoriyaların yeni cihazlarla, avadanlıqlarla təchiz edilməsi, kafedrada
aparılan elmi-tədqiqatların istiqamətlərinin müasir şəraitlə, respublikanın qarşı-
sında duran çağdaş vəzifələrlə əlaqələndirilməsi, doktorluq və namizədlik dis-
sertasiyalarının keyfiyyətcə yaxşılaşdırılmasına diqqətin artırılması, elmin
müxtəlif sahələrinə dair monoqrafiyaların, dərs vəsaitlərinin və dərsliklərin,
metodik göstərişlərin çap etdirilməsi kimi mühüm məsələlər geniş yer tutmuş-
dur. Universitetin elmi xəbərlərinin nəşrinin daha da təkmilləşməsi, universitet
nəşriyyatının fəaliyyətinin genişləndirilməsi.
1998-ci ildə universitetin rektoru professor Misir Mərdanov Azərbaycan
Respublikasının təhsil naziri təyin edildikdən sonra rektorluq vəzifəsi bir ilə
yaxın boş qaldı. Bu müddətdə möhtərəm prezident Heydər Əliyev universitetə
kimin rektor göndərilməsini ciddi şəkildə araşdırırdı. Seçim xeyli uzandı. Nə-
hayət, ulu öndər Heydər Əliyevin seçimi Abel Məmmədəli oğlu Məhərrəmov
oldu və o, 1998-ci ildə Bakı Dövlət Unisersitetinə rektor təyin edildi. Öz uzaq-
görənliyi ilə həmişə fərqlənən ulu öndər bu seçimində də yanılmamışdı.
Ali məktəb sistemini dərindən bilən Abel Məhərrəmov kiçik bir zaman
kəsiyində müstəqilliyin qarşıda qoyduğu vəzifələrə, dövlətin ardıcıl həyata ke-
çirdiyi təhsil islahatının tələblərinə uyğun olaraq universitet təhsilində və el-
mində mühüm nailiyyətlər əldə etməyə, böyük quruculuq işləri aparmağa mü-
vəffəq oldu. Onun quruculuq sahəsində əldə etdiyi nailiyyətləri sovet dövründə
bir neçə onillikdə aparılan işlərə bərabər tutmaq olar. Hər şeydən əvvəl rektor
universitetin maddi-texniki bazasını möhkəmləndirmək üçün ciddi tədbirlər
görməyə başladı. Rektorun səyi nəticəsində maddi-texniki bazanın möhkəm-
ləndirilməsinə ayrılan vəsait orta hesabla ilbəil 2-3 dəfədən çox artırıldı. Uni-
42
versitetin əsas binası 60-cı illərdən bəri - son 40 ildə təmir edilməmişdi. Bina-
nın həm xarici görünüşü, həm daxili, həm də dam örtüyü bərbad vəziyyətə düş-
müşdü. Rektorun ciddi səyi nəticəsində universitetin əsas binasına yeni həyat
verildi. Onun çöl divarları təmizləndi, daxilində bütün dərs otaqları, auditoriya-
lar, laboratoriyalar, böyük və kiçik akt zalları, inzibati binalar əsaslı surətdə,
müasir dünya standartlarına müvafiq təmir olunmuş, qiymətli avadanlıqlarla
təchiz edilmişdir. Son 80 ildə universitetin auditoriyaları və laboratoriyaları
belə yüksək səviyyəli mebellə təmin edilməmişdir.
Abel Məhərrəmovun ən böyük xidməti universitet şəhərciyinin yaradıl-
ması oldu. İnsanların gözü qarşısında xarici ölkələrdə olan universitet şəhərcik-
lərini xatırladan şəhərciyin yaradılması və tədricən bu şəhərciyin gözəl istirahət
və mədəniyyət parkına çevrilməsi universitetin çoxminli kollektivi üçün böyük
hədiyyə idi. Bu şəhərciyin bəzəyi olan idman kompleksi, 1000 nəfərə qədər
tutumu olan örtülü stadion, müasir texnologiyanın son nailiyyətlərinə müvafiq
tikilmiş üzgüçülük hovuzu tələbə və müəllimlərin ən çox sevdiyi bir idman
qurğusuna çevrilmişdir.
Respublikamızın dövlət büdcəsində ciddi gərginlik olduğu bir zamanda
böyük çətinliklə də olsa, Abel Məhərrəmov rektorluğa başladığı ilk günlərdən
universitetin yarımçıq qalmış (ancaq tədris korpusunun bünövrəsi qoyulmuşdu)
yeni tədris korpusunun tikintisini davam etdirməyə müvəffəq oldu. İndi 10
mərtəbədən 250 otaqdan, 13500 kv metr sahədən ibarət olan bu korpusun tikin-
tisi başa çatdırılmışdır. Tələbələrə və professor-müəllim heyətinə xidmət etmək
üçün yeni binada 300 m
2
sahədə poliklinika və 350 m
2
sahədə yeməkxana yer-
ləşir ki, bu da müasir dünya standartlarına cavab verir.
Bu bina universitetin 90
illiyinə dövlətimizin böyük hədiyyəsidir.
Gözoxşayan və yaraşıqlı bu tədris korpusunda tarix, mexanika-riyaziyyat
və tətbiqi riyaziyyat fakültələri yerləşir. Müasir standartlara uyğun tikilən və
istifadəyə verilən bu korpusda müəllim və tələbələr üçün hər cür şərait
yaradılmışdır. Yeni tədris korpusunun təntənəli açılış mərasimində çıxış edən
möhtərəm Prezident İlham Əliyev demişdir: “Mən bu gün çox şadam ki, Bakı
Dövlət Universiteti təzə korpusunun açılışı ilə tələbələrə və müəllimlərə yeni
şərait yaradır…”
Cənab Prezidentimiz bu gözəl gün münasibəti ilə universitetin bütün
kollektivini ürəkdən təbrik etdi. Bu, universitet kollektivi üçün böyük fəxrdir
və fəaliyyətimizə verilən dəyərli qiymətdir.
Bakı Dövlət Universitetinin tarixinə intibah dövrü kimi daxil olan son on
ildə bütün sahələrdə onilliklərə bərabər böyük inkişaf baş vermişdir. Bu inkişa-
fı daha dəqiq və hərtərəfli göstərmək üçün rəqəmlərə müraciət edək: Fakültələ-
rin miqdarı 1999-cu ildə 15, 2008-ci ildə 16; kafedraların miqdarı 1999-cu il-
də 113, 2008-ci ildə 125; ixtisasların miqdarı 1999-cu ildə 50, 2008-ci ildə 55;
tədris laboratoryalarının miqdarı 1999-cu ildə 70, 2008-ci ildə 73; tələbələrin
43
sayı 1999-cu ildə 14.000-ə yaxın, 2008-ci ildə 17081 nəfər; professor-müəllim
heyəti 1999-cu ildə 1287, 2008-ci ildə 1317 nəfər olmuşdur.
Hazırda Bakı Dövlət Universitetində 16 fakültə, 121 kafedra, 2 elmi-təd-
qiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 1 elmi-tədqiqat hissəsi, 20 elmi-tədqi-
qat laboratoriyası fəaliyyət göstərir. Bu struktur bölmələrdə 2897 nəfər əmək-
daş çalışır. Professor-müəllimlərdən 300 nəfəri elmlər doktoru, 900 nəfərə qə-
dəri elmlər namizədidir. Müəllimlərin 217 nəfəri professor, 530 nəfəri dosent,
318 nəfəri baş müəllim, 214 nəfəri müəllim, 16 nəfəri isə assistent vəzifəsini
tutur. Professor-müəllim heyətinin tərkibində AMEA-nın 10 nəfər həqiqi üzvü
(akademik), 14 nəfər müxbir üzvü, 18 nəfər Azərbaycan Respublikasının
Əməkdar elm xadimi, 20 nəfər digər fəxri adlara layiq görülmüş şəxs, 40 nəfər
orden və medallarla təltif edilmiş əməkdaş vardır. Universitet əməkdaşlarından
13 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Fikrimizcə, bu rəqəmlər ötən müddət ərzində Bakı Dövlət Universitetinin
elmi-pedaqoji potensialının inkişaf dinamikasını aydın şəkildə göstərir və
kollektivimiz bu böyük nailiyyətlərlə fəxr edə bilər.
Universitetin son on illik fəaliyyətində diqqətəlayiq işlərdən biri də müa-
sir dövrün tələblərinə cavab verən nəşriyyat işinin təşkili olmuşdur. Bakı Uni-
versiteti Nəşriyyatına ikinci tədris korpusunda 1500 kv.metrlik sahəsi olan bina
ayrılmış, nəşriyyat üçün 1 milyon 500 min ABŞ dolları qiymətində yeni mət-
bəə avadanlığı, çap maşınları, elektron cihazlar və digər müasir çap texnikası
alınmışdır. Universitetin büdcəsindən dərsliklər, dərs vəsaitləri, metodik göstə-
rişlər, fənn proqramları çap etmək üçün müntəzəm olaraq vəsait ayrılmışdır.
Son on ildə universitet nəşriyyatında 1000 ada yaxın dərslik, dərs vəsaiti, meto-
dik göstəriş, monoqrafiya, fənn proqramları və s. çap çox böyük nailiyyətdir.
Nəşriyyatda çap edilən dərsliklərin, demək olar ki, əksəriyyəti universitet alim-
ləri tərəfindən müstəqillik illərində yazılan orijinal dərsliklərdir.
Beləliklə, müstəqillik illərində böyük inkişaf yolu keçmiş Bakı Dövlət
Universiteti təkcə respublikamızda deyil, respublikamızdan çox-çox uzaqlarda,
dünyanın inkişaf etmiş ölkələrində böyük şöhrət qazanmış, dünya universitet-
ləri içərisində özünəlayiq yer tutmuşdur.
Son on ildə Bakı Dövlət Universitetinin rektoru, akademik A.M.Məhərrə-
movun xidmətləri dövlətimiz, respublikanın elm və təhsil ictimaiyyəti, xarici
dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Abel
Məhərrəmovun xidmətləri universiteti ucaltdığı kimi universitetin nailiyyətləri
də Abel Məhərrəmovu ucaltmışdır. Abel Məhərrəmov 11 fevral 2000-ci ildə
kimya elmi sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə prezident H.Əliyevin
fərmanı ilə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına, 10
iyun 2000-ci ildə Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının qızıl
medalına layiq görülmüşdür.
44
A.M.Məhərrəmov 2002-2004-cü illərdə Qara Dəniz Hövzəsi Ölkələri
Universitetləri Assosiasiyasının prezidenti olmuş, 2004-cü ildən isə vitse-prezi-
dentdir. O, elm və təhsil sahəsində göstərdiyi təşəbbüskarlığa, milli təhsilin
inkişafı və beynəlxalq təhsil məkanında inteqrasiya proseslərinə verdiyi töhfə-
lərə görə 2004-cü ildə Rumıniya Respublikasının ali dərəcəli “Komandoz” or-
deninə layiq görülmüşdür.
2008-ci ildə akademik Abel Məhərrəmov Avropanın aparıcı elm və təhsil
mərkəzlərindən biri sayılan Rumıniya Respublikasının Konstansa şəhərində
yerləşən Ovidus Universitetinin Fəxri doktoru seçilmişdir.
A.Məhərrəmov 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə
həqiqi üzvü (akademik) seçilmişdir. 2005-ci ildən isə o, Azərbaycan Respub-
likası Milli Məclisinin üzvü - millət vəkilidir.
Akademik A.M.Məhərrəmov dəfələrlə bir sıra beynəlxalq elmi konfrans-
larda və simpoziumlarda, o cümlədən ABŞ, Türkiyə, Yaponiya, İtalya, Rusiya,
İran, Bolqarıstan, Macarıstan və b. ölkələrdə maraqlı elmi məruzələrlə çıxışlar
etmişdir. O, bir çox ixtiraların, elmi kəşflərin və beynəlxalq patentlərin müəlli-
fidir. Alim 33 müəlliflik şəhadətnaməsinin, 8 monoqrafiya, 37 dərslik və dərs
vəsaitinin, o cümlədən Azərbaycan dillində ilk dəfə nəşr olunmuş “Kiçik kim-
ya ensiklopediyası”nın həmmüəlliflərindən biri, Azərbaycanda və xarici jur-
nallarda nəşr olunmuş 600-ə qədər elmi əsərin müəllifidir. A.Məhərrəmovun
rəhbərliyi ilə 21 kimya elmləri doktoru və namizədi hazırlanmışdır.
Akademik Abel Məhərrəmov Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif
olunmuşdur.
Müstəqillik illərində Bakı Dövlət Universitetinin maddi-texniki bazasının
möhkəmləndirilməsi, tədris prosesinin yenidən qurulması, tədrisin keyfiyyəti-
nin daha da yüksəldilməsi ilə yanaşı olaraq o, respublikamızda elmin inkişafın-
da mühüm rol oynamış, elmi tədqiqatların həcminə və nəticələrinə görə öncül
yerlərdən birini tutmaqla beynəlxalq aləmdə xüsusi nüfuz qazanmışdır.
Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin inkişafı ilə yanaşı
Azərbaycan elminin inkşafına da mühüm töhfələr vermişdir. Kollektivin son on
ildə qazandığı elmi uğurlar və kəşflər deyilənləri bir daha təsdiq edir. Hazırda
Bakı Dövlət Universitetinin bütün fakültə, kafedra və digər elmi-tədqiqat qu-
rumlarında təbiət və humanitar elmlərin aktual problemlərinə dair respublika-
mızın elm, təhsil, mədəniyyət və xalq təsərrüfatının müxtəlif sahələrini əhatə
edən, mühüm nəzəri və təcrübi əhəmiyyət kəsb edən elmi-tədqiqat işləri aparı-
lır. Bakı Dövlət Universitetində aparılan elmi-tədqiqat işləri öz aktuallığı ilə
yanaşı olaraq geniş istiqamətləri ilə də fərqlənir. Məsələn, 2008-ci ildə 81 isti-
qaməti əhatə edən 230 mövzuda 1160 elmi iş yerinə yetirilmişdir.
Bakı Dövlət Universitetində təbiət və humanitar elmlər üzrə aparılan elmi
işlər böyük elmi-nəzəri və praktik əhəmiyyət kəsb etdiyindən onların bir çoxu
45
AMEA-nın elmi hesabatına mühüm elmi nəticə kimi daxil olur. Məhz buna
görədir ik, son on ildə universitet əməkdaşları 85 ixtiraya patent ala bilmişdir.
Universitetdə elmi-tədqiqat işlərinin nəticələri rektor, akademik Abel Mə-
hərrəmovun ciddi səyi nəticəsində təkmilləşmiş, 4 seriya üzrə “Bakı Dövlət
Universitetinin Xəbərləri”nin nəşri işi qaydaya salınmışdır. Bununla yanaşı
universitetin ayrı-ayrı fakültələrinin müxtəlif elm sahələrinə dair nəşr etdirdiyi
10 elmi-nəzəri və metodik jurnal da xüsusi əhəmiyyət kəsb edir.
Respublikamızda elmi-pedaqoji kadrların hazırlanmasında Bakı Dövlət
Universitetinin xüsusi yeri vardır. Böyük həyati əhəmiyyət kəsb edən bu işə
universitet hələ XX əsrin 20-ci illərindən başlamış, sonralar bu prosesi davam
etdirmiş, müstəqillik illərində isə onu daha da intensivləşdirmişdir. Universitet-
də elmi-pedaqoji kadrların hazırlanması aspirantura, dissertantura və doktoran-
tura yolu ilə həyata keçirilir. Hazırda Bakı Dövlət Universitetinin əyani və
qiyabi şöbələrində 60-dan artıq ixtisas üzrə 200-ə yaxın aspirant, 85 ixtisas
üzrə 429 nəfər dissertant təhsil alır.
Elmi-pedaqoji kadrların hazırlanması sahəsində hələ 1997-ci ildən fəaliy-
yətə başalayan magistratura şöbəsi də mühüm əhəmiyyət kəsb edir. Hazırda
Bakı Dövlət Universitetinin magistaratura pilləsində 33 istiqamət, 156 ixtias-
laşma üzrə 1200-dən artıq magistrant təhsil alır ki, onların da 40 nəfəri xarici
vətəndaşdır.
Bütövlükdə Bakı Dövlət Universitetində 90 il ərzində 80 tələbə buraxılışı
olmuş, xalq təsərrüfatının, elm, mədəniyyət və təhsilin müxtəlif sahələri üzrə
120 mindən artıq yüksək ixtisaslı kadr hazırlanmışdır.
Bakı Dövlət Universitetinin 90 ildə keçdiyi inkişaf və tərəqqi yolu, qa-
zandığı böyük uğurlar bir daha təsdiq edir ki, bu ali təhsil ocağı bundan sonra
da Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tərəqqi və inkişaf yolunu
nurlu bir məşəl kimi işıqlandıracaqdır.
Dostları ilə paylaş: |