Xəlil İSMAYILOV
Əməkdar mədəniyyət işçisi,
tarix elmləri doktoru, professor
KİTABXANAŞÜNASLIQ TEXNOLOJİ BİLİYİN
TƏKAMÜLÜ KİMİ
Kitabxananın elmi baxımdan cəmiyyətdə sənədli informasiyanın fəaliy-
yətini təmin edən xüsusi sosial institut kimi dərk edilməsi nəzəri və tətbiqi sə-
viyyələrdə həyata keçirilir. Ənənəvi olaraq, kitabxana və biblioqrafiya elminin
strukturunda aşağıdakı bölmələri qeyd etmək olar: nəzəri, tarixi, təşkilati və
metodik bölmələr.
Sosial həyatın bütün tərəflərinin informasiyalaşması, yeni informasiya
texnologiyalarının müasir kompüter texnikasının bazası əsasında inkişafı kitab-
xanaşünaslıq bilikləri strukturunda müstəqil texnoloji istiqamətin formalaş-
masına təsir göstərmişdir. Cəmiyyətin informasiyalaşdırılması informasiyanın
toplanması, işlənməsi, təşkili, axtarışı, saxlanması və yayılması proseslərinin
intensivləşdirilməsinə gətirib çıxardı. Kitabxana təcrübəsində yeni istiqamət
kompüter informasiya texnologiyalarının öyrənilməsi, kitabxana-biblioqrafiya
proseslərinin avtomatlaşdırılması ilə assosiasiya olunmağa başladı. Kitabxana-
biblioqrafiya sahəsində çalışan nəzəriyyəçilərin, metodistlərin, təcrübəçilərin
və müəllimlərin birgə səyləri nəticəsində texnoloji biliklər ənənəvi kitabxana
fəaliyyətində də yayılmış oldu. Peşəkar baxımdan bu dəyişikliklər kitabxana,
nəşriyyat və informasiya işi haqqında Azərbaycan Respublikasının mövcud
qanunlarında öz əksini tapmışdır.
Bir çox tədqiqatçıların (məsələn, M.S.Slobodyanik) apardıqları tədqiqat-
lar nəticəsində məlum olmuşdur ki, kitabxana haqqında texnoloji biliklərin izi-
nə hələ uzaq keçmişdə, məsələn, XIII əsrdə fransız keşişi və teoloqu R.Furni-
valın əsərlərində, XVII əsrdə fransız kitabxanaçısı, filosofu və həkimi Q.No-
denin “Kitabxananın təşkili haqqında məsləhət” (“Совет о устроении библио-
теки”) adlı əsərində rast gəlmək olar. XIX əsrdə kitabxana fəaliyyətinin texno-
loji aspektləri, kitabxana işinin rasional metodları alman kitabxanaşünasları
M.Şrettingerin “Kitabxanaşünaslıq üzrə mükəmməl rəhbərlik və ya kitabxana-
ların müvəffəqiyyətli fəaliyyəti üçün rəhbərlik” ((“Опыт исчерпывающего
руководства по библиотековедению, или руководство к успешной дея-
тельности”) (1808-1829) və F.A.Ebertin “Kitabxanaçının təhsili” (“Образова-
ние библиотекаря”) (1820-1827) adlı əsərlərində öz əksini tapmışdır.
Rusiya kitabxanaçılıq elmində texnoloji istiqamət “rus kitabxanaşünaslı-
ğının banisi” V.İ.Sobolşikovun fəaliyyəti ilə bağlıdır. Müəllif “İctimai kitabxa-
naların təşkili və kataloqların tərtibi haqqında” (“Об устройстве обществен-
ных библиотек и составление каталогов”) (1859) adlı əsərində kitabxana
48
istehsal prosesini hərtərəfli təsvir edərək (kitabın fonda daxil olması və rəfdə
yer almasından başlamış ta oxucuya verilməsi və yenidən kitabsaxlayıcıda ona
ayrılan yerə qoyulmasına qədər) ayrı-ayrı əməliyyatlar arasındakı qarşılıqlı əla-
qəni göstərmişdir.
F.A.Brokhauz və İ.A.Efronun (1890) ensiklopedik lüğətində kitabxana-
şünaslıq qaydalar məcmusu kimi izah edilir ki, bunun da bir hissəsi nəzəri əsas-
lara, digəri isə kitabxananın təşkili və idarə olunması ilə bağlı əldə olunmuş
təcrübəyə əsaslanır. Bütün bu qeyd olunanlar isə aşağıdakı formulda öz əksini
tapır: “Az vəsait sərf etməklə işin düzgün qurulmasına nail olmaq üçün imkan
daxilində kitabların mühafizəsini təmin etmək, yüz minlərlə kitab içərisindən
lazım olanını çox əmək və vaxt itkisinə yol vermədən tapmaq lazımdır”.
Bu cür görüşlər L.B.Xavkinanın “Kitabxanalar, onların təşkili və texnika-
sı” (“Библиотеки, их организация и техника”), (1904), P.M.Boqdanovun
“Kitabxana texnikası haqqında qeydlər” (“Заметки о библиотечной техни-
ке”) (1910-1911), V.A.Nevskinin “Kitabxana texnikasının sadələşdirilməsi”
(“Упрощение библиотечной техники”) (1924) adlı əsərlərdə daha da inkişaf
etdirilmişdir. Sovet dövründə isə kitabxana texnologiyası istiqamətində o qədər
də irəliləyişlər əldə olunmamışdır. Yəni o zaman kitabxana texnologiyası - işin
texnikası, kitabxana işində mövcud olan üsulların toplusuyla (məsələn, kitabxa-
na kartoçkalarının yazılması, kitablara cibliklərin yapışdırılması, sorğu blankla-
rının hazırlanması və s.) əvəz olunmuşdur. Lakin hələ o vaxtlar kitabxana mü-
təxəssisi B.S.Bodnarski qeyd edirdi ki, kitabxanaçı necə xeyirxah niyyətli olur-
sa-olsun, əgər texnikanı mənimsəməzsə, kitabxanada işəyarar bir şey etmək
iqtidarında olmayacaqdır.
Kitabxana haqqında texnoloji biliyin tarixi baxımdan digər sələfi və
konseptual mənbəyi təcrübi kitabxana fəaliyyətinin prinsiplərini, üsullarını və
qaydalarını özündə birləşdirən metodika sayılır. Metodik bilik özünün tətbiqi
istiqamətinə, nəzəriyyə ilə təcrübə arasındakı vəziyyətinə, elmdə, peşəkar
fəaliyyətdə və təhsildəki yerinə görə hər zaman kitabxana ictimaiyyətinin diq-
qətini cəlb etmişdir. Lakin metodik biliyin tərkib hissəsindəki bəzi çatışmazlıq-
lar onun vacibliyini obyektiv şəkildə qiymətləndirməyə imkan vermir. Məsə-
lən, metodik “qaydalar” və “prinsiplər” arasındakı fərqi müəyyən etmək olduq-
ca çətindir; yaxud “metod” və “üsul” anlayışları (hərəkət üsulu mənasında)
müəyyən mənada sinonim hesab olunur.
Nəticədə isə cəmiyyətdə üstün olan siyasi görüşlərin və ideoloji təsirin
asılılığına düşmək ehtimalı çoxalır. Məsələn, Sovet hakimiyyətinin ilk illərində
kitabxana metodikası kitabxana işi prinsiplərinin əsaslandırılması (kitabxana-
nın fəallığı, diqqətin əhalinin xidmət işinə yönəldilməsi və s.) və onun formala-
rının işlənilməsi (savadlılığın təlimi, sərgilərlə iş bacarığı, ucadan oxu vərdişi-
nin aşılanması və s.) ilə mərkəzləşdirilmişdir. Sonra isə metodistlər kitabxana
fəaliyyətinin konkret istiqamətlərinin təhlili, praktik təcrübənin ümumiləşdiril-
49
məsi, müxtəlif təyinatlı və məzmunlu metodik məhsulların yaradılmasına səy
göstərdilər. Bunun nəticəsində kitabxana fəaliyyətinin məqsədini, vəzifələrini
müəyyən edən, konkret istiqamətlərinin məzmununu açan (“Universal elmi ki-
tabxanalara köməklik”, “Xalq təsərrüfatı işçilərinə informasiya xidmətinin va-
hid sisteminin təşkili” və s.) ümumi xarakterli metodik sənədlər meydana gəldi.
Bundan əlavə, kitabxana-biblioqrafiya məhsullarına (“MKS-lərin kataloq və
kartotekaları”, “Sahəvi kitabxanalarda SBA”, “Retrospektiv, elmi-köməkçi
biblioqrafik göstəricilərin tərtib olunması”) və xidmətlərinə (“MKS-lərdə infor-
masiya xidmətinin formaları”), texnoloji proseslərə (“Sənədlərin sistemləşdiril-
məsinin texnoloji proseslərinin təşkili”), əməyin təşkili və idarə olunmasına
(“MKS-lərdə kargüzarlıq işlərinin təşkili”, “Sahəvi kitabxananın illik plan və
hesabatının işlənilməsi”) qoyulan ümumi və xüsusi tələbləri əhatə edən
materiallar da geniş yayıldı.
Bu cür tövsiyələr peşəkar Sovet kitabxanaçılarının bir neçə nəslinin yetiş-
məsinə səbəb olsa da, metodik fəaliyyətdəki ideoloji prioritetlər onları əsas işin
qayəsindən uzaqlaşdırmış oldu. Nəticədə SSRİ məkanına daxil olan bütün res-
publika kitabxanaları, o cümlədən, Azərbaycan Respublikasının kitabxanaları
da metodik baxımdan qlobal informasiyalaşma və cəmiyyətin kitabxana xid-
mətinin dəyişən tələblərə cavab verəcək səviyyədə olmadıqlarını sübut etdilər.
Biz bir vaxtlar özünü təsdiqləmiş metodik qərarların dəyişən informasi-
yalı cəmiyyətə nə qədər zidd olduğunun şahidinə çevrilirik. Strukturlu informa-
siya kütləsindəki (kataloqlar, biblioqrafik göstəricilər, verilənlər bazası) axtarış
metodikası hipermətn resurslarındakı yeniliklərdən prinsipcə çox fərqlənir. Ar-
tıq tematik-biblioqrafik axtarış tammətnli axtarışa çevrilir. Praktiklər informa-
siya, kitabxana və biblioqrafiya xidməti arasındakı sərhədin “şəffaf”lığını gör-
dükləri zaman metodistlər qətiyyətlə onlar arasındakı fərqi sübut etməyə çalı-
şırlar. Kitabxana fondunun komplektləşdirilməsi və təşkili, oxuculara ədəbiy-
yat verilişi və tövsiyəsi, kitabxana-biblioqrafiya biliklərinin təbliğinin ənənəvi
metodu ilə bərabər, elektron resursların üzə çıxarılması, uçotu, onlardakı dəyi-
şikliklərin izlənilməsi, şəbəkə hipermedia məkanındakı yeniliklər, istifadəçilərə
informasiyanın əldə olunması sahəsində özünəxidmətin təşkili formasıdır.
İ.Q.Morqenştern belə hesab edir ki, metodika ümumi və xüsusi iş metod-
larının, texnologiya isə konkret hərəkətlərin ardıcıllığının təsvirini əks etdirir.
Avtomatlaşdırılmış kitabxana proseslərin layihələşdirilməsi və tətbiqi
təcrübəsinin ümumiləşdirilməsi kitabxanaşünaslığın metodik potensialını əhə-
miyyətli dərəcədə artırmış olur. Avtomatlaşdırılmış kitabxana-informasiya sis-
temlərinin (AKİS) yaradılması və fəaliyyətinin bir sıra baza prinsipləri elə
kitabxanaların avtomatlaşdırılmış “intellektual konsepsiyası” sayılır. Beləcə,
proqram və texniki vasitələrin qurulmasının modul prinsipi AKİS-in fəaliyyəti
prosesində onların dəyişdirilməsi və mövcud olmasının mümkünlüyünü təmin
etmiş olur.
50
Hələ 1960-cı illərin sonunda kitabxanaların avtomatlaşdırılması ilə bağlı
xarici ölkələrdə aparılan tədqiqatlara yaranan maraq “Kitabxana texnologiyası”
anlayışının meydana gəlməsinə səbəb oldu. Məsələn, ABŞ-da kitabxana əməyi-
nin məzmununun öyrənilməsi, yeni texnikanın mənimsənilməsi, kitabxana
təcrübəsinə informasiya texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatların “tex-
noloji” istiqaməti yaranmış olur. Almaniyanın kitabxana işində isə struktur və
təşkilatı dəyişikliklərin təsiri altında kitabxanaların idarə olunmasına “İstehsal
nöqteyi-nəzərindən” baxılması vacibliyi haqqında fikirlər meydana gəlir. SSRİ-
də isə texnoloji biliklər haqqında ilk məlumat İ.M.Fruminin səyləri nəticəsində
mümkün olmuşdur. O qeyd edirdi ki, “kitabxana texnologiyası kitabxanaların
normal fəaliyyətini təmin edən proseslərin məcmusudur”. Bu tərif uzun müddət
kitabxana işinə dair lüğətlərdə öz əksini tapmış oldu. Məhz onun təşəbbüsü ilə
“dövr-proses - əməliyyat” anlayışlarının ierarxiyası qurulmuş, əsas kitabxana
dövriyyələri: işləmə prosesində kitabın keçdiyi yol, oxucu tələbnaməsinin,
biblioqrafik arayışın keçdiyi yol xarakterizə olunmuşdur.
Peşəkar cəmiyyət isə kitabxana reqlamentlərinin yeni nəslinin yaradılma-
sı ilə vəziyyəti dəyişməyə çalışırdı. 1980-ci illərdə İnformasiya, kitabxana və
nəşriyyat işi sahəsində standartlar sistemi (SİBİD) işlənib hazırlanır, çoxlu say-
da tövsiyələr və müddəalar (fəaliyyətin koordinasiyası, kitabxanaların biblio-
qrafik işi, toplu kataloqlar sistemi və ödənişli xidmətlər haqqında və s.) qəbul
olunur, kitabxanaların təcrübəsinə texnoloji sənədləşdirmə (texnoloji göstəriş-
lər, texnoloji proseslərin xəritələri, nəqliyyat xəritələri, texnoloji kartoteka) tət-
biq olunur, “Kitabxanaçının məlumat kitabçası” (M, 1985) nəşri işıq üzü görür
ki, burada da kitabxana fəaliyyətinin əsas istiqamətləri üzrə normativ sənədlə-
rin, metodik materialların və təcrübi tövsiyələrin toplusu öz əksini tapmışdır.
Beləliklə, kitabxana texnologiyası dedikdə ilk növbədə kitabxana proses-
ləri, eləcə də üsulları, metodları və vasitələrinin məcmusu başa düşülür. Onla-
rın həyata keçirilməsi isə kitabxana məhsullarının yaradılması və mühafizəsi,
həmçinin kitabxana xidmətinin yerinə yetirilməsinə yönəldilmişdir. Kitabxana
texnologiyası eyni zamanda:
•
Kitabxananın istifadəçilərinə informasiya məhsulları və informasiya
xidmətinin göstərilməsi, eləcə də informasiya məhsullarının istehsalı sahəsində
həyata keçirilən təcrübi fəaliyyət;
•
Həmçinin kitabxanada həyata keçirilən istehsal prosesinin texnoloji
prinsip, norma və qaydaları haqqında tətbiqi elmi bilik və tədris fənnidir.
Göründüyü kimi, bu təriflərdə “kitabxana texnologiyası” anlayışının həc-
mi informasiya xidməti və məhsullarının istehsalı miqyasına qədər genişlən-
mişdir.
Kitabxana fəaliyyətinə texnoloji yanaşmanın işlənib hazırlanması aktual-
lığı aşağıdakı məsələlərlə şərtləşir:
51
a)
stereotiplərin peşəkar düşüncəsində yaranan, o cümlədən “kitabxana
fəaliyyətinin prosesləri və əməliyatlarının” toplusu kimi kitabxana texnologiya-
sının məhdudlaşdırılması fikirlərinə tənqidi yanaşmanın vacibliyi kitabxananın
texnoloji sistem kimi dərk edilməsi üçün resurs yanaşmaya alternativ sayılır.
Belə ki, bu zaman kitabxananın fəaliyyət effektivliyi fondun həcminə və oxu-
cuların sayına görə qiymətləndirilir. Məhz kitabxana tərəfindən hazırlanan in-
formasiya məhsullarının və təqdim olunan xidmətlərin çeşidliliyi onun funksio-
nal təyinatını və resursların istifadəsinin effektivliyini müəyyən etmiş olur;
b)
kitabxanaların kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırıl-
masına olan tələbat. Yeni informasiya texnologiyalarının tətbiqi kitabxana is-
tehsalı problemini üzə çıxardı, mütəxəssislərin onun əsas komponentləri (əmə-
yin predmeti, istehsal prosesləri, yekun məhsullar) və onların qarşılıqlı əlaqələ-
rinin öyrənilməsi ilə məşğul olmaları məcburiyyətini yaratdı. Evristik metod və
üsulların əsasında intuisiya və analogiya üzrə fəaliyyətin əvəzinə kitabxana
əməyinin alqoritmləşdirilməsinə tələbat artmaqdadır;
c)
elmi ideyalar və onların təcrübəyə tətbiq edilməsi əlaqələndirici bənd
rolunu oynayan kitabxanalar haqqında sistemli texnoloji biliyə artan sorğu
kitabxana fəaliyyətinin optimal xarakterini təmin edir və çox asanlıqla mənim-
sənilir. Texnoloji yanaşma, nəinki konkret məsələnin həlli aləti, həmçinin
effektli peşəkar düşüncənin üsuludur.
Texnoloji biliyin kitabxana fəaliyyətinə keçməsi, kitabxanaya istehsal
sistemi kimi baxmağa imkan verir. Fikrimizcə, kitabxana istehsalı informasiya
istehsalının xüsusi bir halı hesab olunur. Bu isə onların texnoloji strukturlarını
adekvat hesab etməyə, kitabxana istehsalının komponent tərkibini xarakterizə
etməyə imkan verir.
Kitabxana fəaliyyətinin texnoloji məqsədi kimi kitabxanada informasiya,
tədris, sosial-mədəni məhsul və xidmətlərin az resurs itkisi ilə istehsalına nəzər
salaq. Bu məqsəd – kitabxananın informasiya, mədəni, tədris kimi əsas sosial
funksiyaları ilə uyğunlaşdırılır. İstifadəçilərin sorğuları (informasiya tələbat-
ları) və sənədlər (sənədləşmiş informasiya) kitabxana fəaliyyətinin predmeti
hesab edilir. Kitabxana fəaliyyəti (klassik mənada) kitabxanaya daxil olan sə-
nədlərə və abonent sorğularına “reaksiya” sayılır. İnformasiyanın uzaq məsa-
fədən əldə edilməsi texnologiyasının inkişafı ilə kitabxana – lokal fondun məh-
dudluğunun qarşısını almaq və öz fəaliyyətinin predmet sahəsini genişlən-
dirmək imkanı əldə edir.
Kitabxana fəaliyyəti prosesləri (onun texnoloji struktur elementləri kimi)
istehsal və texnoloji kitabxana prosesləri qismində təqdim olunurlar ki, onlar
da öz növbəsində texnoloji əməliyyatlar, üsullara və keçidlərə bölünürlər.
Kitabxana fəaliyyətinin proses baxımından strukturlaşdırılması birmənalı
həlli olmayan mürəkkəb nəzəri və texnoloji problemdir. Kitabxana, nəşriyyat
və informasiya işi ilə əlaqədar sistemin terminoloji standartlarının əsasında
52
kitabxana fəaliyyətinin strukturunda əsas prosesləri (baza kitabxana-biblioqra-
fiya texnologiyalarının mahiyyəti) ayıraq. Bunlar fondun formalaşması, kata-
loqlaşdırma, biblioqrafiyalaşdırma, informasiya axtarışı, kitabxana xidməti,
biblioqrafik xidmətdir.
Kitabxana fəaliyyəti proseslərinin reallaşdırılması, istehsalın müvafiq re-
surs və vasitələrlə təmin edilməsini tələb edir. Sənəd resursları kitabxana tex-
nologiyasının başlıca maddi resursu (ilkin “xammalı”) hesab edilir. Bu planda
sənədin əhəmiyyəti ən çox onun material konstruksiyası ilə deyil (əgər bu, əl-
yazma mənbəyi, tarixi abidə və incəsənət əşyası deyilsə), onun tərkibi, məzmu-
nu ilə (informasiya) müəyyən edilir. Bununla bərabər sənədin quruluşu, onun
formatı, daşıyıcının növü qəbul olunan texniki qərarlara (sənədin işlənmə növü,
düzülüş üsulu, mühafizə rejimi və s.), texnoloji proseslərin təşkilinə (funksio-
nal ixtisaslaşma, mərkəzləşdirmə və koordinasiyanın, ardıcıl və paralel əməliy-
yatların uyğunluğu və s.) təsir göstərir.
Artıq qeyd olunduğu kimi, kitabxana xidmətinin klassik metodikası kon-
kret kitabxananın (kitabxana sisteminin) sənəd fonduna istiqamətlənmişdir.
Ənənəvi biblioqrafik metodika axtarışı real fondun hüdudlarından çıxararaq,
onun bazasını tematik, dil, növ, ərazi aspektlərində genişləndirərək, bu məhdu-
diyyətləri aradan qaldırır. Lakin bu halda da istifadəçilərin informasiya sorğu-
larının təmin edilməsinin resurs bazası real soraq-biblioqrafiya fondunun – in-
formasiya, biblioqrafik, soraq nəşrlərinin mövcud repertuarının hüdudlarında
məhdudlaşdırılır. Eyni zamanda informasiya texnologiyaları istifadəçilər üçün
vacib olan informasiyanın istifadəsindəki məkan məhdudiyyətlərini aradan qal-
dıraraq elektron resursların (biblioqrafik, tammətnli, faktoqrafik və s.) dünya
(virtual) “fonduna” girişi təmin edir.
Maddi resursların digər qrupunu kitabxana istehsalında istifadə olunan
əsas və köməkçi materiallar təşkil edir. Bunlar informasiya daşıyıcıları, surətçı-
xarma, dizayner və tərtibat işləri üçün sərf olunan digər materiallardır.
Maddi resursların digər bir qrupunu kitabxana istehsalı vasitələri təşkil
edir. Onların köməyi ilə əməyin predmetinə təsir prosesi həyata keçirilir. Bu,
ilk növbədə texniki təchizat, eləcə də istehsal binaları və tikililəri, texnoloji
xətlər və sahələrdir. Müasir kitabxana sənəd mənbələrinin ictimai istifadəsinin
təşkili ilə bağlı ənənəvi xidmətlərdən əlavə tirajın təyin edilməsi, informasiya-
nın ötürülməsi, nəşriyyat fəaliyyəti məhsullarının istehsalı, informasiyanın ana-
litik-sintetik işlənilməsi proseslərini ifadə edir, verilənlər bazasını yaradır və is-
tifadə edir, multimedia, hipermətn, şəbəkə texnologiyalarını əhatə edir. İnfor-
masiya istehsalının və servisinin müxtəlif növlərinin inteqrasiyası hesabına
kitabxana öz texniki potensialını zənginləşdirmişdir. Bu gün kitabxana fəaliy-
yətinin texniki vasitələri kimi fərdi kompyuterlər və periferiya qurğuları
(printerlər, skanerlər, modemlər, multimedia vasitələri), müasir telekommuni-
kasiya və şəbəkə avadanlıqları, məişət elektronikası, nəşriyyat kompleksləri və
53
s. geniş tətbiq edilir. Elektron hesablama texnikasının bazasında komplektləşdi-
rici, kataloqlaşdırıcı, biblioqraf, metodist, inzibatçı və digər kitabxana ixtisasçı-
larının istehsal funksiyalarının yerinə yetirilməsinə istiqamətlənmiş ixtisaslaş-
mış avtomatlaşdırılmış işçi yerlərinin yaradılması geniş vüsət almışdır.
Kitabxana fəaliyyəti spesifik proqram və linqvistik vasitələrə malikdir ki,
onların da seçimi (hazırlanması) və istifadəsi (aprobasiyası) sahələrin, konkret
kitabxana və birliklərin miqyasında aktual texnoloji məsələləri əhatə edir. Ki-
tabxana heyəti kitabxana fəaliyyətinin subyekti, informasiya məhsulları və xid-
mətlərinin istehsalçısı kimi mütəxəssislərin və köməkçi heyətin kəmiyyət və
keyfiyyət tərkibi ilə, eləcə də peşəkar mənsubiyyətlik bölgüsündə vəzifə statu-
sunun, təhsil səviyyəsinin, istehsal təsnifatının yerləşdirilməsi ilə xarakterizə
olunur. Kitabxananın ştatında olan heyətin bölgüsü aşağıdakı kateqoriyalar
üzrə həyata keçirilir: kitabxana mütəxəssisləri, digər sahələrin mütəxəssisləri
(filoloqlar, psixoloqlar, sosioloqlar, iqtisadiyyatçılar, hüquqşünaslar, mühəndis-
lər, proqramçılar və s.), köməkçi (texniki) heyət. İFLA-nın standartlarına uy-
ğun olaraq, ştatda olan heyətin 1/3 (bu göstəricidən aşağı ola bilməz) hissəsi ix-
tisaslı işçilər olmalıdır. Kitabxana mütəxəssisləri ilə kitabxananın digər işçi
kateqoriyaları arasındakı nisbət müxtəlif ölkələrdə 2:3-dən 1:3 hüdudlarında
tərəddüd edilir, ən çox isə 1:2 nisbətinə rast gəlmək olar.
Təbiidir ki, kitabxana fəaliyyətinin effektli və səmərəli olması üçün əmə-
yin bölgüsü düzgün aparılmalı, əsas üstünlük işçilərin peşəkarlığına, biliyinə,
bacarığına, təcrübəsinə verilməlidir. Əməkdaşların peşəkarlıq səviyyəsinin qiy-
mətləndirilməsi, onlar tərəfindən texnoloji intizamın gözlənilməsi göstəriciləri-
nin qiymətləndirilməsi də öz növbəsində kitabxana proseslərinin kifayət qədər
normalaşdırma səviyyəsindən, dəqiq tələblər və texnoloji təlimatların mövcud-
luğundan asılıdır. Buradan da kitabxana fəaliyyətinin struktur xarakteristikasını
reqlamentləşdirən informasiyanın əhəmiyyəti müəyyən edilir. Bu informasiya
kitabxana proseslərinin normalarını, tələblərini, qaydalarını və ardıcıllığını tə-
yin edir, istehsal olunan məhsulların və xidmətlərin nümunələrini və etalonları-
nı müəyyənləşdirir. Kitabxanada tələb olunan çeşid, kəmiyyət və keyfiyyətdə
informasiya məhsulları və xidmətlərinin istehsalı üçün vacib olan informasiya-
nın yaradılması, təşkili və istifadəsi kitabxana texnologiyasının normativ-meto-
dik təminatının mahiyyətini təşkil edir. O, nəzəri, metodik biliyin və praktiki
təcrübənin təhlilini; tələb, qayda və tövsiyələrin müəyyənləşdirilməsi; real və
potensial məsələlərin həlli üçün onların dəfələrlə istifadəsini nəzərdə tutur.
Nəhayət, kitabxana fəaliyyəti strukturunun yekunlaşdırıcı komponenti,
onun nəticəsi olan müxtəlif məzmunlu və təyinatlı informasiya məhsulları və
xidmətləridir. Məhz bu komponent kitabxananın servis sistemi kimi fəaliyyəti-
nin mənasıdır.
Dostları ilə paylaş: |