Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə20/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   16   17   18   19   20   21   22   23   ...   66
Sahib RZAYEV 
 
 
 
 
 
 
         Kitabxanaşünaslıq 
kafedrasının dosenti,  
 
 
 
 
 
 
 
 
 
 
      
Cəlalə BAXIŞZADƏ  
 
 
 
 
 
 
 
 
  magistrant 
 
KÜTLƏVİ KİTABXANALARDA  
ƏDƏBİYYAT TƏBLİĞİNDƏ ƏYANİLİK PRİNSİPİ 
 
Müxtəlif oxucu qruplarının və fərdlərin mütaliə tələbatına müvafiq olaraq 
ayrı-ayrı elm sahələri üzrə  ədəbiyyatı  məqsədəmüvafiq  şəkildə  təbliğ etmək 
kitabxanaların qarşısında qoyulan başlıca vəzifədir. Bu baxımdan kitabxanalar 
ədəbiyyatın həm fərdi, həm də kütləvi təbliğat üsullarına müraciət edirlər. 
Mütaliənin geniş ictimai məzmun kəsb etdiyi bir şəraitdə  ədəbiyyatın 
kütləvi təbliğat formasına müraciət etmək daha vacib sayılır. Müxtəlif oxucu 
qruplarının daha çox müraciət etdiyi kütləvi kitabxanalarda ədəbiyyatın kütləvi 
təbliğatına daha çox müraciət olunur. “Kütləvi kitabxanaların cəmiyyətin mə-
nəvi həyatındakı mövqeyi xeyli möhkəmlənmiş,  əhalinin  ən çox  sevdiyi və 
xidmətindən istifadə edib bəhrələndiyi bir müəssisəyə çevrilmişdir” (1). Belə 
ki, müxtəlif təhsil, peşə, bilik və intellektual səviyyə baxımından fərqlənən 
oxucularla işdə kütləvi təbliğat üsulundan istifadə etmək effektiv sayılır. 
Kitabxanalarda  ədəbiyyatın kütləvi təbliğatı formaları  sırasında  əyani 
təbliğat mühüm təsir gücünə malikdir. Əyanilik prinsipinə əsaslanan bu təbliğat 
forması oxucuların nəzər diqqətini cəlb etməklə, onların hər birinə psixoloji 
təsir göstərir, maraq oyadır. Ədəbiyyatın əyani təbliği tövsiyə olunması vacib 
sayılan çap məhsullarının müəyyən formada bilavasitə nümayiş etdirilməsidir. 
Canlı hissi qavrayış (xüsusilə görmə duyğularımız) mövcud əşyaları və hadisə-
ləri bilavasitə əks etdirir. Bizim təfəkkürümüzün qidalanması bu əksetdirmənin 
nəticəsində baş verir. Çünki təfəkkür cisim və hadisələrin mahiyyətinin, onlar 
arasındakı əlaqə və asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inika-
sından ibarət olan idrak prosesidir. Görmə duyğularımıza güclü təsir edə bil-
mək cəhətdən əyanilik mühüm əhəmiyyət kəsb edir ki, kitab təbliğində kitab-
xanalar üçün vacib sayılan vasitədir. “Hissi idrakın mühüm mərhələsini təşkil 
edən qavrayış prosesi cisim və hadisələri bütün əlamət və xüsusiyyətləri ilə 
birlikdə, yəni bütövlükdə  əks etdirir” (2). Ona görə  də  əyani vasitələrin ayrı-
ayrı növlərindən istifadə etmək zərurəti yaranır. 
Ətraf aləm haqqında  əldə etdiyimiz məlumatlar duyğularımız vasitəsilə 
baş verir. Duyğularımız isə beşdir: görmə duyğusu, eşitmə duyğusu, dad bilmə 
duyğusu, iy bilmə duyğusu, nəhayət toxunma duyğusu. Bu duyğular içərisində 
bizim təfəkkürümüzü aydın və inandırıcı şəkildə qidalandıran görmə duyğusu-
 
56


dur. Çünki gördüklərimiz bizi daha çox inandırır, təsirləndirir və yaddaşımızda 
dərin iz qoyur. Ona görə də istər dərketmə prosesində, istərsə də təbliğat-təşvi-
qat, təhsil və tərbiyə işində əyanilik mühüm prinsip kimi qəbul edilmişdir (3). 
Bakı  şəhəri Xətai rayon Mərkəzləşmiş Kitabxana Sisteminin oxuculara 
xidmət işini, eləcə  də  ədəbiyyat təbliği ilə  əlaqədar fəaliyyətini araşdırarkən 
burada əyani vasitələrdən daha geniş istifadə edildiyinin şahidi olduq. Bununla 
əlaqədar kitabxananın illik hesabatında deyilir: “Kitabxanamıza daha çox oxu-
cu cəlb edilməsinə  və onların mütaliə marağına təsir göstərmək üçün əyani 
vasitələrə - kitab sərgilərinə, kitabxana plakatlarına və kitabxana albomlarına 
daha çox müraciət etməyi vacib bilirik” (4). 
Bir cəhəti də qeyd edək ki, kitabxanalarda əyanilik prinsipinə müraciət 
olunması oxucuların idrak prosesinin üçüncü pilləsində, yəni təcrübi fəaliyyət 
zamanı xüsusi təsiredici rol oynayır. Kitabxanada hər hansı problemə  həsr 
olunmuş əyani vasitə ayrı-ayrı oxucuya, özünün konkret biliyinə və təcrübəsinə 
əsaslanmaqla kitabın və mütaliənin onun həyatında necə müsbət rol oynayaca-
ğına inanmağa kömək edir. 
Kitabxana  şəraitində  ədəbiyyatın  əyani təbliği iki üsula əsaslanır. Bu 
üsulların biri çap məhsullarının bilavasitə özünün nümayiş etdirilməsi, digəri 
isə çap məhsullarının, xüsusilə kitabların  şəklinin, müəyyən kitabların lazım 
gələn səhifələrinin təsviri sənət və ya foto vasitəsilə nümayiş etdirilməsidir. 
Kitabların, müxtəlif çap məhsullarının özünü nümayiş etdirən kütləvi təbliğat 
üsulu kitab sərgiləri hesab olunur. Kitabların şəklini müxtəlif cəhətdən nümayiş 
etdirən, bu vasitə ilə onların məzmunu haqqında məlumat verən kütləvi təbliğat 
üsulu isə kitabxana plakatları və kitabxana albomlarıdır. 
Kitabxanaların təcrübəsi təsdiq edir ki, əyani təbliğat üsulları  sırasında 
kitab sərgiləri daha çox kütləvi xarakter daşıyır. Çünki kitab sərgiləri kitabxa-
na-biblioqrafiya fəaliyyətinin bütün iş növlərində istifadə olunur. Xətai rayon 
MKS-də keçirilən hər bir kütləvi tədbir zamanı istər kitab müzakirəsi zamanı, 
istər ayrı-ayrı müəlliflərlə, şair və yazıçılarla görüşlərdə, biblioqrafik icmallar 
keçirilərkən kitab sərgilərindən istifadə edilmişdir.  
Bir cəhəti qeyd edək ki, oxucu sərgi vasitəsilə buradakı kitablarla təmas-
da olarkən onu araşdırır, hər hansı kitabın özü üçün nə dərəcədə lazımlı oldu-
ğunu müəyyənləşdirə bilir. Bununla bərabər tövsiyə olunan ədəbiyyatla sərgi 
vasitəsilə tanışlıq oxucuda həmin kitaba daha dərin məqsədyönlü maraq oyadır. 
Kitabxanaçıların da qarşısında duran mühüm vəzifələrdən biri oxucularda mü-
taliə marağını gücləndirmək, hər hansı elm, ixtisas və peşə ilə əlaqədar ədəbiy-
yata sabit, dərin marağı formalaşdırmaqdır. 
Kitabxanalarda təşkil edilən kitab sərgiləri məqsədinə və məzmununa gö-
rə iki növə bölünür: a) Məlumat xarakterli universal sərgilər, b) Tövsiyə 
xarakterli sərgilər. Bu gün müxtəlif oxucu qrupları üçün tövsiyə xarakterli 
sərgilər (mövzu sərgiləri) daha əhəmiyyətli hesab olunur. Çünki hər hansı ixti-
 
57


sas və peşə sahibi olan oxucu üçün müvafiq mövzu üzrə  ədəbiyyatı bütöv 
şəkildə görüb onu araşdırmaq, lazım olanları seçib götürmək imkanı yaranır. 
Bu gün bütün kitabxanalarda, xüsusilə kütləvi kitabxanalarda təşkil olu-
nan hər hansı tematik sərginin başlıca məqsədi həmin kitabxananın fondu əsa-
sında hər hansı aktual mövzuya və ya problemə dair kitabları oxucuların nəzə-
rinə çatdırmaq və oxunmasına maraq yaratmaqdır. Tematik sərgilər həm də ki-
tabxananın oxucularını fondun ayrı-ayrı şöbələrinin tərkibi ilə tanış edir. Bütün 
bunları nəzərə alaraq hər bir kitabxanaçı oxucuların ümumi ehtiyacı baxımın-
dan və elmin, istehsalatın tələbatından asılı olaraq özünün işlədiyi kitabxananın 
fondunun məzmununun açılması üçün rəngarəng mövzularda sərgilərin təşkili-
nə böyük əhəmiyyət verməlidir. Bu cəhətdən Xətai rayon MKS-də planlı şəkil-
də  məqsədyönlü iş aparılır. Kitabxananın fondunda siyasi, iqtisadi, mənəvi, 
təhsil və tərbiyə, səhiyyə sahəsindəki uğurlardan, eləcə də mövcud problemlər-
dən bəhs edən ədəbiyyata oxucuların nəzərini cəlb etmək üçün “Bizim gələcə-
yimiz”, “Milli qəhrəmanlarımız”, Azərbaycana qarşı ermənilərin soyqırım si-
yasəti ilə əlaqədar “Tarixi həqiqətlər”, Heydər Əliyevin doğum günü ilə əlaqə-
dar “Ulu öndər” və s. sərlövhəli tematik sərgilər həmin mövzularda mövcud 
kitabların oxunuşuna təsir göstərmişdir.  
 Kitabxananın uşaq  şöbəsində  uşaqları  şair və yazıçıların həyat və  fəa-
liyyəti ilə tanış etmək, məktəbli oxucuları onların əsərlərini mütaliə etməyə yö-
nəltmək üçün maraqlı tematik sərgilər təşkil edilmişdir. Bu sərgilərdə əyanilik 
böyüklər üçün təşkil olunan sərgilərlə müqayisədə daha güclü olmalıdır. Çünki 
böyüklərlə müqayisədə hər bir məsələ barədə əyanilik uşaqlarda daha aydın tə-
səvvür yaradır. İstər yaşlı oxucular, istərsə də uşaq oxucular üçün tematik sərgi 
təşkil edərkən onun mövzusunun məqsədəmüvafiq seçilməsi vacib şərtdir. 
Çünki tematik sərginin mövzusunun seçilməsi kitabxananın oxucularının ümu-
mi marağının nəzərə alınması və sərginin oxucu istiqamətinin müəyyənləşdiril-
məsi ilə sıx əlaqədardır. Oxucuların marağının və sorğularının nəzərə alınması 
sərgidə nümayiş etdirələcək materialları müəyyənləşdirməyə kömək edir.  
Tematik sərgilər təşkil edərkən birinci növbədə uğurlu sərlövhə seçilmə-
lidir. Sərginin sərlövhəsi diqqəti cəlb edən, hər kəsdə maraq oyadan, bir qədər 
də pafoslu olmalıdır. Tematik sərgidə əyaniliyi gücləndirmək üçün müxtəlif va-
sitələrdən, belə ki, mövzunun məzmununun açılmasına kömək edən  şəkillər-
dən, faktlar və  rəqəmlərdən istifadə olunmalıdır. Çünki sərginin mövzusunun 
əhəmiyyətinin aşkar edilməsində sitatların mühüm əhəmiyyəti vardır. Sərgi 
üçün sitat seçərkən görkəmli elm, maarif, ədəbiyyat və mədəniyyət xadimləri-
nin, eləcə də tanınmış ictimai xadimlərin fikirlərinə müraciət edilməlidir. 
Kitabxanalarda ədəbiyyatın kütləvi əyani təbliğat üsullarından danışarkən 
kitab sərgiləri ilə  bərabər kitabxana plakatlarından yan keçmək olmaz. Çünki 
plakat təsviri sənətin kütləvi növü olub, əyani təbliğatın təsiredici vasitələ-
rindən biridir. Plakatlardan yalnız kitabxanalarda deyil, müxtəlif idarə və təşki-
 
58


latlar özləri üçün vacib sayılan fikir və anlayışları, ideyaları əhalinin nəzərinə 
çatdırmaq üçün plakatın müxtəlif növlərindən məqsədəmüvafiq şəkildə istifadə 
edirlər. Kitabxanalarda isə plakatın müxtəlif növlərinə daha çox müraciət olu-
nur. Plakatın üç növü mövcuddur ki, kütləvi kitabxanalarda hər üç növdən 
təbliğat, təşviqat və təlimat məqsədli plakat növlərindən geniş istifadə olunur. 
 Adından da məlum olduğu kimi təbliğat plakatları konkret mövzu üzrə 
lazımi  ədəbiyyatı kitabxana şəraitində  təbliğ etmək üçün tərtib edilir. Bu cür 
plakatlar tematik sərgilər kimi tövsiyə xarakteri daşıyır və tərtibatında tematik 
sərgilərin tərtibi qaydalarındakı prinsiplər gözlənilir. Lakin təbliğat plakatında 
sərgiyə nisbətən əyanilik daha güclü olmalıdır. 
 Kitabxanalarda təşviqat plakatlarını tərtib etməkdə başlıca məqsəd oxu-
cuların diqqətini müəyyən bir anlayışa yönəldib, ondan nəticə  çıxarmalarına 
nail olmaqdır. Bu baxımdan Xətai rayon MKS-də kitabxana şəraitində oxucu-
ların fəaliyyəti zamanı müsbət və mənfi halları oxucuların nəzərində canlandır-
maq üçün təşviqat plakatlarına müraciət olunur. 
  Bütün kitabxanalarda olduğu kimi, kütləvi və uşaq kitabxanalarında da 
geniş istifadə olunan plakat növlərindən biri təlimat plakatlarıdır. Təlimat 
plakatları oxucularda mütaliə mədəniyyəti tərbiyə etmək, onlara kitabxanadan 
və kitabdan istifadə qaydaları aşılamaq məqsədi daşıyır. Kitabxanalarda bu cür 
plakatlar adətən “Kitabxanadan necə istifadə etməli”, “Sistemli kataloqdan 
ədəbiyyatı necə seçməli”, uşaq kitabxanalarında və uşaq şöbələrində “Kitablar-
la necə rəftar etməli”, “Kitaba rəyi necə yazmalı” və s. başlıqlar altında tərtib 
olunur. Bu cür plakatlarda verilən metodik izahatlar adətən müvafiq şəkillərlə 
müşayiət olunmalıdır.    
 Müxtəlif növlü kitabxanalarda, xüsusilə uşaq kitabxanalarında əyanilik 
kütləvi təbliğat formalarından olan kitabxana albomlarının tərtibinə də mühüm 
əhəmiyyət verilir. Bu sahədə ayrı-ayrı  uşaq kitabxanalarının iş  təcrübəsinə 
müraciət etmək olar ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 
fəaliyyətini xüsusi qeyd etmək olar. Kitabxananın müxtəlif yaş qrupları üzrə 
mövcud oxu zallarının kitabxanaçıları məktəblilərin fəal iştirakı ilə məktəblilər 
üçün  əhəmiyyət kəsb edən və  məktəb proqramına uyğun olan mövzuları  əks 
etdirən kitabxana albomları hazırlayırlar. Bu məqsədlə  hər bir məktəbliyə 
müvafiq bir mövzu verilir və həmin mövzuda albom tərtib etmək üçün lazımi 
materiallar adətən kitabxanaçıların köməyi ilə kitabxana şəraitində toplanılır. 
Məktəblilər tapşırılan mövzularda albomların tərtibi modelini tapşırığı verən 
kitabxanaçının iştirakı ilə hazırlayırlar. 
Bir cəhəti qeyd edək ki, Xətai MKS-in uşaq  şöbəsinin kütləvi işləri ilə 
tanış olarkən uşaq oxucular üçün maraq doğuran kitabxana albomlarının tərtibi 
ilə əlaqədar nümunələrə rast gəlmədik. Uşaq kitabxanalarında və uşaq şöbələ-
rində kitabxana albomlarının tərtibini, uşaqların bu işdə fəal iştirakını ona görə 
vacib hesab edirik ki, bu cür albomlar görkəmli şair və yazıçıların, elm, mədə-
 
59


niyyət və ictimai xadimlərin həyat və yaradıcılığına həsr olunur. Belə albomla-
rın tərtibi zamanı məktəbli oxucular lazımi materialları araşdırmalı olur, tanın-
mış şəxsiyyətlərin həyatı ilə yaxından tanış olur ki, bu da onların tədris fəaliy-
yətində mühüm köməkçi vasitə olur. 
Nəticə olaraq onu deyə bilərik ki, əyani təbliğat formaları kütləvi kitabxa-
nalarda  ədəbiyyat təbliği ilə  bərabər, həm də oxucuların intellektual səviyyə-
lərinin yüksəlməsində və mənəvi tərbiyəsində təsiredici rola malikdir. 

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin