Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə32/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   28   29   30   31   32   33   34   35   ...   66
Pərviz KAZIMI 
 
ORTA ƏSR TÜRK XALQLARININ KAĞIZ İSTEHSALI,  
ƏLYAZMA KİTABI VƏ CİLDÇİLİK MƏDƏNİYYƏTİ 
 
   
Hər bir kitab üçün bu və ya digər formatı tətbiq etmək baxımından kitab 
sənətkarlarının əldə rəhbər tutacaqları müəyyən standartlar haqqında danışmaq 
çox çətindir. Bununla belə, adətən əlyazmanın formatı 20 x 30 və 30 x 20 sm 
arasında olurdu. Demək olmaz ki, böyük və kiçik formatlarda əlyazmalar 
hazırlanmırdı, lakin qeyd etdiyimiz formatlar əksəriyyət təşkil edirdi. Poetik 
albomlar və toplular kitabın xüsusi forması ilə  fərqlənirdi. Məzmununa və 
təyinatına görə onlar cüng, bəyaz, yaxud məcmuə adlanırdılar. 
Adətən belə kitablar nazik, uzun formada olurdular və bir yerdən başqa 
yerə gedərkən, səyahət vaxtı və s. cibdə gəzdirmək rahat idi. Sifarişçilərin və 
müəlliflərin zövqü də bu zaman əhəmiyyətli rol oynayırdı, öz əsərlərinin təyi-
natını və istifadə şəraitini nəzərə alaraq, müəlliflər bir çox hallarda hazırlanan 
kitabın formasını özləri müəyyən edirdilər. Oxumağı və saxlanmağı rahat, oxu-
cular arasında geniş yayılan və populyar olan adi əlyazma formatları barədə 
mənbələr heç bir məlumat vermir. Burada göstərilənlər isə yalnız bizim əlyaz-
malar üzərində  iş zamanı  şəxsi təcrübəyə  əsaslanır. Bununla yanaşı, demək 
olmaz ki, mənbələrin müəllifləri bu məsələdən tamamilə yan keçirlər. Qeyd 
edildiyi kimi, bir çox hallarda onların diqqətini nadir, qeyri-adi, yəni ənənəvi 
çərçivədən kənara çıxan hadisələr cəlb edirdi. Bunlar ya çox böyük, ya da çox 
kiçik  əlyazmalar olurdu. Qazi Əhməd «altılığın» ustası Ömər Aktaya (Təkəl-
liyə) həsr etdiyi kiçik mətndə yazır: “Bu xəttat xırda xətlə Quranın üzünü 
köçürür və üzük qaşının yuvasına sığışa biləcək  əl işini Teymura bağışlamaq 
istəyir”. Lakin o, kitabı  qəbul etməmiş  və belə  işlər barədə  mənfi rəy söylə-
mişdir. Ömər Akta sonra Quranın hər sətri bir zar (yəni 49,875 sm) olan üzünü 
köçürür və nəticədə ölçüsünə görə nəhəng bir kitab alınır. Fateh bu işinə görə 
ustanı tərifləyir. Elə həmin müəllif məlumat verir ki, Mirzə İbrahim Sultan b. 
Şahruh (838-1435 vəfat etmişdir) suls xətt üslubu ilə uzunluğu iki, eni bir 
yarım zar ölçüdə Quran yazmış və onu Baba Lütfəllah İmad əd-Dinin məzarına 
bağışlamışdır. Hazırda bu kitab Şirazda Pars muzeyində saxlanılır. Məşhəddə 
Astani Qüds kitabxanasında daha nəhəng Quranın yeddi vərəqi saxlanılır. 
Onları İbrahim Sultanın qardaşı Mirzə Baysünkür (1434-cü ildə vəfat etmişdir) 
mühəkkək xətt üslubu ilə köçürmüşdür. Onun ölçüləri 177 x 101 santimetrdir. 
Belə iri əlyazmalar öz ölçüləri ilə onları görənlərdə böyük təəssürat yaradır-
dılar. Onların müəllifləri isə bu barədə oxuculara məlumat verməyə tələsirdilər, 
çünki Quranın üzünü köçürmək həmişə savab iş hesab edilirdi. Biz bilirik ki, 
orta əsrdə hakimiyyət nümayəndələrinin bir çoxu onun üzünü köçürüb müsəl-
 
94


man ziyarətgahlarının kitabxanalarına vəqf ediblər. Belə formatlarda dünyavi 
məzmunlu əlyazmaların hazırlandığı barədə məlumat verilmir. 
Görünür, ona ehtiyac da yox idi, çünki onlardan istifadə etmək çətinliklər 
yaradırdı, oxumaq və daşımaq çətin idi. Sonda qeyd etmək lazımdır ki, hazırki 
tədqiqatın çərçivəsi daxilində orta əsrlərdə türk xalqlarının və ona qonşu 
ölkələrin mədəni həyatında  əlyazma kitabın rolu və  əhəmiyyətinin bəzi prob-
lemlərinə toxunduq. Hazırda əlimizdə olan, lakin çox vaxt özünün bir tərəfliliyi 
baxımından bizi qane etməyən materialdan istifadə edərək  əlyazma kitabın 
yaradılması, üzköçürmə, mövzu və repertuar, xətt üslubları, onların inkişafı və 
modifikasiyası  və onun yayılması, kitabın dəyəri, kitab ticarəti, kitabın yara-
dıcıları, xəttatlarla bağlı  məsələləri nəzərdən keçirməyə çalışdıq. Bu zaman 
bilərəkdən bədii yazı ilə köçürülən, gözəl tərtib olunan, incə miniatürlərlə bəzə-
dilən, yaraşıqlı cildlərə salınan hədiyyə nüsxələrinə toxunmadıq. Bu barədə 
ayrıca qeyd olunacaq. Onlar dünya mədəniyyətinin qızıl fonduna daxil edilən 
incəsənət  əsərləridir. Ancaq onların sayı azdır, on bir əsrə yaxın bir dövrdə 
yaradılmış sadə, bəzədilməmiş kitab kütləsinin cüzi hissəsidir. Belə əlyazmalar 
dünya mədəniyyət aspektində kitabçılığın inkişafının öyrənilməsi baxımından 
daha çox maraq kəsb edir.  
Bizə gəlib çatan erkən orta əsr ərəb qrafikalı Orta Asiya və Şərqi Türküs-
tan  əlyazmaları kağız üzərində yazılmışdır. Kağızı  təyin etmək üçün “kağaz” 
sözündən istifadə olunmuşdur. Orta Asiyada VIII əsrdən başlayaraq kağız əsa-
sən Səmərqənddə hazırlanmışdır. Başqa iri kağız istehsalı mərkəzləri Buxara, 
özbək xanlıqları dövründən başlayaraq Kokand şəhəri, daha doğrusu Kokandın 
yaxınlığında yerləşən Kokozqar və Çorku kəndləri olmuşdur.  İri mərkəzlərdə 
kağız istehsalında adətən su dəyirmanlarından istifadə edilmişdir. Bununla əla-
qədar Babur belə  məlumat verir: «Dünyada ən yaxşı kağız Səmərqənddən 
alınır», - o, öz qeydlərində yazır, - «kağız dəyirmanları üçün bütün su Kani Çil-
dən gəlir. Kani Çil Siyah Abinin sahillərində yerləşir, bu kiçik çayı Abi-Rəh-
mət də adlandırırlar». Daha sonra o, dəqiqləşdirir ki, «orada su yeddi – səkkiz 
dəyirmana çatar». «Kağız dəyirmanları həmçinin Heratda da vardı. Kustar üsu-
lu kağızı istehsalı Orta Asiyanın bir çox rayonlarında da yayılmışdı». 
Yazı üçün kağız bir neçə növdə istehsal edilirdi. Onun ən geniş yayılmış 
növü “kağız-e nimkatani” idi. Kağızın hazırlanması üçün əsas xammal çətənə 
lifləri sayılırdı. Kağız istehsalı prosesi çox əmək tutumlu olub, çox vaxt və 
fiziki qüvvə tələb edirdi. Xammalı əvvəlcə su vasitəsilə hərəkətə gətirilən dibə-
yə basırdılar; xırdalanmış kütləni yuyur, sıxırdılar və oraya müəyyən nisbətdə 
ağ  qələvi məhlul (potaş) və  əhəng  əlavə edirdilər. Sonradan xəmiri yenidən 
qarışdırır, qurudur və dibəyə basırdılar. Bu cür əməliyyat bir neçə dəfə təkrar 
olunurdu. Kütlənin hazırlanması prosesi başa çatdıqdan sonra kağız vərəqləri-
nin qəlib tökülməsi başlayırdı. Kağızın tökülməsi forması barmaqlıq və tordan 
ibarət idi. Barmaqlıq tut ağacından hazırlanırdı, torun forması isə paralel uza-
 
95


dılmış və at tükləri ilə bağlanmış nazik zoğlarından düzəlirdi. Vərəqi tökmək 
üçün tor barmaqlığın üstünə qoyularaq kütlənin içərisinə salınırdı. Qurudulmuş 
kağız vərəqlərini çıxararaq xüsusi bıçaqla kəsirdilər. Kağıza parlaqlıq vermək 
üçün onu hər iki tərəfdən buğda unundan hazırlanmış nişasta ilə örtürdülər. 
Qurudulduqdan sonra hər vərəqin iki üzünü də armud ağacından düzəldilmiş 
taxta üzərində xüsusi balıqqulağı ilə sığallayırdılar. 
Əlyazma üçün kağız müxtəlif tona və rənglərə boyanırdı. Yazı kağızının 
rənglənməsi müxtəlif reseptlərdə  və çox vaxt mürəkkəb olurdu. Ancaq rəngli 
kağız, bir qayda olaraq, bədii tərtibatlı  əlyazmalarda istifadə olunurdu. Adi 
əlyazmalar əsasən bərk boz “kağız-e nimkatani” tipli kağızlarda yazılırdı. De-
mək olar ki, belə hallarda bütün əlyazmalar şərq, yəni yerli istehsal olan kağız-
larda yazılmışdır. Orta Asiya və Şərqi Türkistan əlyazmaları içərisində Avropa-
da hazırlanmış kağıza yazılanların miqdarı cüzidir, vaxt baxımından onlar 
XIX-XX əsrin əvvəlinə aiddir. Bununla yanaşı, Avropada istehsal edilən kağı-
zın, məsələn, Türkiyəyə ilk gəlişi XIV əsrin sonuna təsadüf edir. Artıq XVII 
yüzillikdə Avropa istehsalı olan kağıza yazılmış əlyazmaların sayı artır. 
Yazı aləti qələm – qamış idi. Qələmin hazırlanması üçün müəyyən vərdiş 
və  təcrübə  tələb olunurdu. Qələm üçün seçilib götürülmüş qamışı suda tünd-
palıdı rəng alana qədər saxlayırdılar. İlkin emaldan sonra qamışı kəsir, düyünlü 
yerdə xüsusi qələmqədləyən bıçaqla (qələmtəraş) ucluq və yarıq açırdılar. Bu 
zaman məsləhət görülürdü ki, yarığın ünsi adlanan sağ tərəfini “vaxşi” adlanan 
sol tərəfinə nibətən bir az nazik düzəldilsin. Qamışı kəsmək üçün xüsusi sümük 
yaxud buynuz altlıqdan “naykat” yaxud qələmkatdan istifadə edilirdi. Bədii 
xəttatlıq yazıçısı üçün qələmin qədlənməsi və bu işin nöqsansız yerinə yetiril-
məsi xüsusi əhəmiyyət kəsb edirdi. Hazırlanmış qələmi torpaqla sürtürdülər ki, 
yağdan təmizlənsin, sonra yazıda yoxlayırdılar. Əgər qələmin nöqtəsi düzgün 
forma alırdısa o, yazıya yararlı hesab edilirdi. 
Orta Asiya xəttatları  və  ədibləri adətən tuşla və mürəkkəblə yazırdılar. 
Tuş qurumdan və albalı kütləsindən, mürəkkəb isə zəydən və mürəkkəb qoza-
sından hazırlanırdı. Xəttatlıq üçün xüsusi davamlı qara və rəngli mürəkkəb ha-
zırlanması resepti olduqca mürəkkəb idi və tərkibinə çoxlu komponentlər qarış-
dırılırdı. Məsələn, qurum, mürəkkəb qozası, çuğundur ağacı və s. A.A.Semyo-
novun sözlərinə görə  «ən son dövrlərə  qədər yaxşı mürəkkəblər böyük əmək 
sərf etməklə  və çox diqqətlə hazırlanırdı. Buxarada xüsusi mürəkkəb ustaları 
onu ancaq özlərinə məlum olan reseptlə hazırlayırdılar. Bədii  əlyazmalar tərtib 
edilərkən onun yüngül, xoşa gələn iy verməsi üçün mürəkkəbə qızıl gül suyun-
dan tutmuş  kəskin konsentratlı ambraya qədər lazımi miqdarda müxtəlif aro-
matlı qatışıqlar əlavə edirdilər. 
Orta əsrlər müsəlman Şərqi ölkələrində çoxlu xətt üslublarından istifadə 
olunurdu. Onlar xarici görünüşü ilə bir-birindən fərqlənirdi; onlardan istifadə 
üçün dəqiq qaydalar vardı. XV əsrə  qədər Orta Asiyada əsas xətt üslubları 
 
96


nəsx, talik, suls hesab olunurdu. Orta Asiya mirzələri və ədəbiyyatçıları az da 
olsa, digər xətt üslublarından da istifadə edirdilər. XIV əsrdə yeni xətt üslubu – 
nəstəlik yarandı. O, adətən Quranın köçürüldüyü nəsx və əsasən dəftərxanada 
və işgüzar yarışmada istifadə olunan surətli talik yazı üslubunun elementlərinin 
birləşməsindən yaranmışdı. Nəstəlik xəttinin inkişafında və geniş yayılmasında 
XIV-XV  əsrin birinci yarısı  nəstəlik ustalarının  əsərləri ilə yanaşı, görkəmli 
yazı ustası Sultan Əli Məşhədinin (1432-1520) yaradıcılığı da böyük rol oyna-
mışdır. Nəstəlik xətt üslubunun nəzəri və texniki məsələləri işıqlandırılan xət-
tatlıq üzrə xüsusi traktat onun qələminin məhsuludur.  İlkin vaxtlarda zəngin 
əlyazmaların və kitabların xətti kimi meydana gələn nəstəlik qısa dövr ərzində 
başqa xətt üslublarını  sıxışdırıb çıxararaq Orta Asiyada hakim xətt üslubuna 
çevrildi. XV-XIX əsrlərdə İranda, Orta Asiyada, Şərqi Türkistanda məzmunun-
dan, təyinatından və  həcmindən asılı olmayaraq yaradılmış  əlyazmaların, 
demək olar ki, hamısı bu xətt üslubu ilə yazılmışdır. 
Əlbəttə, yüksək bədii əlyazmalar tərtib olunarkən xəttə çox ciddi tələblər 
qoyulurdu. Belə  əlyazmanın mükəmməl sayılması üçün ilk səhifədən son 
səhifəyə  qədər o eyni bədii xətlə yazılmalı idi. Bu əlyazmalar ünvanlarla, 
başlıq  şəkillərlə, miniatürlərlə  və başqa daxili bəzəklərlə adətən zəngin tərtib 
olunurdular. Ona görə  də bu işdə  rəngli mürəkkəb və tuşla yanaşı boyadan, 
maye qızıl və gümüşdən də istifadə edilirdi. Yüksək rütbəli  əsabələrin və 
tanınmış şəxslərin sifarişi ilə bədii əlyazmaların tərtibatı zamanı adəti üzrə üç 
peşə ustasının  əməyinin birləşdirilməsi tələb olunurdu: xəttatın, miniatürçü 
rəssamın, cildləmə ustasının. Son onilliklərin tədqiqatları göstərir ki, orta əsr-
lərdə Orta Asiyada yerli orijinal miniatür rəssamlığı məktəbi fəaliyyət göstər-
mişdir. Müasir sənətşünasların qəbul etdiklərinə görə, Mavərənnəhr miniatür 
rəssamlığı məktəbi nümayəndələrinin əsərləri Orta Asiya xalqları mədəniyyəti 
xəzinəsinə, türk xalqları, bununla yanaşı, həm də dünya mədəniyyəti xəzinə-
sinə qiymətli hədiyyələrdir.   
Hər bir kitabın vacib tərkib hissəsi olan cild ayrıca hazırlanırdı. Orta 
Asiyada və Şərqi Türkistanda cildləmə incəsənətinin qədim ənənəsi var, ancaq 
xüsusi özünəməxsusluğu XVIII-XIX əsrlərdə qazanmışdır. Türkistan tarixinin 
və mədəniyyət tarixinin böyük bilicisi A.A.Semyonovun sözlərinə görə həmin 
dövrün Orta Asiya kitab cildi «tam orijinal idi. Şərqin başqa yerlərində heç bir 
nümunə onunla müqayisəyə gələ bilməzdi». 
Orta Asiya mənşəli kitab cildləri tipinə, formasına, materialına görə rən-
garəngdir. Burada dəri və karton cildlər, oymalı ağac (çinar) cildlər, gümüşdən 
tökülmüş cildlər və s. vardır. Ancaq dəri cildlər daha çoxdur. Burada iki dəri 
cild fərqlənir: karton üzlüyə çəkilmiş tam dəri parçası və mükəvva – kökcüklü 
yarım dəri cildlər. Bu cildlər Orta Asiyada çox yayılmışdı. Belə cildlərin 
kökcükləri erkək heyvanın xüsusi üslubla emal edilmiş dərisindən hazırlanırdı. 
 
97


Belə  dəri saur yaxud savra adlanırdı. Dəri cildlər müxtəlif rənglərdə olurdu, 
ancaq yaşıl, qırmızı, sarı rənglər üstünlük təşkil edirdi. 
Cild üçün karton adətən yazı kağızlarının yapışqanlı birləşdirilməsi yolu 
ilə düzəldilirdi. Yapışqanlı kartonlar məğziyi saxta adlanırdı. Başqa növ cild 
kartonu məğziyi rixtə, yəni tökülmüş karton adı daşıyırdı. Belə karton cildləyi-
cilərin kitab cildləndikdən sonra kəsilən zaman həmişə topladıqları kağız 
parçalarından düzəldilirdi. Karton cildləri yağlı boya ilə rəngləyir və üstünə lak 
çəkirdilər. Çox vaxt onlar haşiyə, damğa, medalyon və b. formalarında basma 
naxışla bəzədilirdi. 
Orta Asiya cildləmə ustalarının yüksək sənətkarlığını onların  əl işləri 
sübut edir. Onların ən yaxşı nümunələri «Özbəkistan Elmlər Akademiyası Şərq 
əlyazmalar külliyyatının» on cildlik nəşrində təmsil edilmişdir. 
Cildləmə işinin əsas mərkəzləri Buxarada, Səmərqənddə, Kokanda, Daş-
kənddə, Xivədə yerləşirdi. XIX əsrin ikinci yarısında kokandlilər ən yaxşı cild 
ustaları sayılırdı. Cildləyiciləri səxxaf, (saof) yaxud mükəvvasaz adlandırırdı-
lar. Çox vaxt kitab ticarətçiləri də cildləmə işi ilə məşğul olurdular. XVIII əsr-
dən başlayaraq Orta Asiyada hazırlanmış cildlərdə, bir qayda olaraq, ustaların 
dəyişməz formada adları yazılırdı – «hansısa cildçi düzəltmişdir». 
Ölkəşünas Y.O.Yakubovskinin məlumatına görə XIX əsrin ikinci yarısın-
da hazırlanma səviyyəsinə görə hər cildin orta qiyməti birdən ikiyədək tənqə – 
15-30 qəpik idi. Metal üzərində naxışlarla bədii tərtibatlı cildin dəyəri 4 manata 
yaxın olurdu. Kitabın eni, hündürlüyü, bəzən qalınlığı nəzərə alınmaqla əlyaz-
ma kitabının formatı müxtəlif olurdu. Tədqiqatçıların müşahidələrinə görə, Or-
ta Asiya üçün xarakterik olan format belədir: cildin hündürlüyü 24-27 sm, eni 
17-18 sm. Həmçinin 18 x 11 formatlar dəbdə idi. Nadir hallarda böyük formatlı 
(hündürlük 30-45 sm, en 27-28 sm) kitablara rast gəlmək olur. 
Qarşıya qoyduğumuz problem bir məqalənin imkanları xaricindədir. La-
kin mövzudakı materialların təhlili əsas verir ki, orta əsr türk xalqlarının kağız 
istehsalı, əlyazma kitabı və cildçilik sənətinin zəngin və müştərək mədəniyyəti 
olmuşdur. Bu mədəniyyətin ümumi xüsusiyyətlərini miniatür sənətkarlığında, 
poeziyada və kitabxana mədəniyyətinin təşəkkül və təkamülündə görə bilərik.   

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin