Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə56/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   52   53   54   55   56   57   58   59   ...   66
Raifə VƏZİROVA 
   Biblioqrafiyaşünaslıq  
kafedrasının baş müəllimi 
 
KİTABXANALARDA BİBLİOQRAFİK İŞİN 
PLANLAŞDIRILMASININ TƏŞKİLİ MƏSƏLƏLƏRİ 
 
Biblioqrafik fəaliyyətin təşkilində, inkişafında, informasiya mənbələrinin 
yaradılmasında, informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasir 
texnologiyanın tətbiqi istiqamətlərini nizama salan mərkəzlərdən biri də 
idarəedici müəssisə  və təşkilatlardır. Təsadüfi deyildir ki, “Azərbaycan kitab-
xanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası 
Prezidentinin sərəncamında da aparıcı kitabxanaların qarşısında cəmiyyətin 
informasiya təminatının həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi və 
Azərbaycanda kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı 
üzrə Dövlət proqramının hazırlanması məsələləri ön plana çəkilmişdir (1). 
Bütün kitabxana işində, o cümlədən biblioqrafik proseslərin yerinə yeti-
rilməsi sahəsində müəyyən nailiyyətlərin  əldə edilməsi üçün idarəedici  müəs-
sisə  və təşkilatların rolu  və əhəmiyyəti böyükdür. Onlar kitabxanalarda apa-
rılan biblioqrafik fəaliyyətin həm biblioqrafiyalaşdırma  (biblioqrafik məlumat 
mənbələrinin yaradılması) və  həm də biblioqrafik xidmət (biblioqrafik məlu-
matın oxuculara çatdırılması) sahələrinin intensivləşdirilməsi, gələcək perspek-
tivlərin müəyyənləşdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirirlər. 
Kitabxanalarda  biblioqrafiya  işinin  təşkili və müxtəlif aspektlərini niza-
ma salan rəsmi sənədlərin qəbulu, eləcə də müxtəlif biblioqrafik iş proseslərinə 
dair plan formaları,  təlimatlar və uçot nümunələrinin tərtib edilib kitabxanalar 
arasında  yayılması da biblioqrafik işin müvəffəqiyyətlə  həyata keçirilməsinə 
öz müsbət təsirini göstərir. Belə ki, bütün kitabxanalar vahid qayda, təlimat və 
uçot  formaları əsasında işləyir ki, bu da kitabxanalarda aparılan biblioqrafik iş 
proseslərinin planlaşdırılması, uçot və hesabatının dəqiq yerinə yetirilməsinə 
və onlara vahid nəzarət edilməsinə imkan yaradır. 
İdarəetmə funksiyasının məzmunu idarəetmə obyektindən asılıdır. Hər bir 
halda idarəetmə funksiyasının tərkibi, idarə olunan sistemdə baş verən  hər bir 
dəyişikliyə qarşı vaxtında öz münasibətini bildirməyi bacarmalıdır. Kitabxana-
larda biblioqrafik fəaliyyətin idarə olunmasının funksiyaları  aşağıdakılardır: 
planlaşdırma, biblioqrafik işin təşkili, nəzarət, uçot və tənzimləşdirmə (2).  
Bu funksiyalar bir-biri ilə qarşılıqlı əlaqəyə malikdir. Belə ki, planlaşdır-
ma, nəzarət, uçot və nizama salmaq işi təşkil etməyi tələb edir. Eləcə də təşki-
lati prosesi plansız qaydaya salmaq mümkün deyil. Kitabxananın təşkilati quru-
luşundan asılı olaraq biblioqrafik fəaliyyətin idarə olunması da ona uyğunlaş-
dırılmalıdır. 
 
150


İdarəetmənin müəyyənedici funksiyalarından biri planlaşdırmadır. Onu 
qeyd etmək kifayətdir ki, qalan funksiyaların yerinə yetirilməsində biblioqrafik 
fəaliyyətin  nailiyyətlərinin nəticəsi planda verilmiş məsələlərdən çox asılıdır. 
Kitabxanalarda biblioqrafik fəaliyyətin planlaşdırılması  əməyin təşkilini 
yüksəldir. Eyni zamanda uçot və hesabat işlərinin proseslərinə sistemli nəzarət 
edir. Hər bir kitabxanada biblioqrafik iş  əvvəlcədən tərtib olunmuş plan əsa-
sında aparılır. Biblioqrafik proseslərin planlaşdırılmasının dəqiqliyi və elmi 
cəhətdən əsaslandırılması kadrların  düzgün yerləşdirilməsini, kitabxana işçiləri 
arasında optimal vəzifə bölgüsü aparılmasını, maddi-texniki və maliyyə ehti-
yatlarından səmərəli istifadə olunmasını təmin edir. Biblioqrafik işin planlaşdı-
rılması ümumi prinsiplərə əsaslanır. Bu prinsiplər elmi cəhətdən əsaslandırma 
və direktivlikdir. Planlaşdırılan işin elmi cəhətdən əsaslandırılması kitabxana-
nın real şəraitini və imkanlarını hesaba almağı, biblioqrafik nəzəriyyə və təcrü-
bənin nailiyyətlərindən istifadə etməyi, mütərəqqi texnologiyanın və qabaqcıl 
iş təcrübələrinin tətbiqini  nəzərdə tutur. Bir-biri ilə bağlı olan proseslər üzrə iş 
planlarının yekdilliyini də təmin etmək vacibdir.  
Rəhbərlik tərəfindən təsdiq edilmiş plan sözsüz yerinə yetirilməsini tələb 
edən direktiv sənəd qüvvəsinə malik olur. Yalnız rəhbərliyin icazəsi ilə  müva-
fiq dəlillər olduqda planda dəyişikliklər və əlavələr edilə bilər. Yeni ictimai şə-
raitlə əlaqədar olaraq cəmiyyətimizin bütün sahələrində olduğu kimi, kitabxana 
işi sahəsində də planlaşdırma tamamilə yeni məzmun və əhəmiyyət kəsb etmiş-
dir. Bütün sosial institutlar kimi, kitabxanalar da müvafiq plan əsasında işləmə-
lidir. Sadəcə olaraq hazırki şəraitdə planlar bütün ideoloji tabeliyi aradan qal-
dırmaqla tərtib edilməlidir. Bu baxımdan kitabxananın işinin planlaşdırılması-
nın müvafiq prinsipləri, ona verilən tələblər müasir şəraitə uyğun olaraq yeni 
xüsusiyyətlər kəsb etməklə öz əhəmiyyətini saxlamaqdadır.   
Beləliklə, müasir şəraitdə kitabxanalarda biblioqrafiya işinin planlaşdırıl-
masında respublikamızın tam müstəqilliyə malik olması ideyası  əsas götürül-
məli və bütün plan göstəriciləri bu ideyanın həyata keçirilməsi istiqamətində 
tərtib edilməlidir. Planlaşdırmada real şərait və kitabxananın imkanları nəzərə 
alınmalı, bütün göstəricilər dəqiq hesablanmalı və bir-biri ilə əlaqələndirilməli-
dir. Kitabxanaların iş  təçrübəsində planlaşdırmanın iki növü formalaşmışdır -  
perspektiv və operativ (cari). Daha çox uzun müddətə tərtib edilən perspektiv 
plan ümumi xarakter daşıyır və kitabxananın biblioqrafik fəaliyyətin inkişafı 
ənənəsini əks etdirir. Orada soraq-biblioqrafiya aparatının təkmilləşdirilməsinə 
dair əsas tədbirlər, tərtib olunması planlaşdırılan biblioqrafik vəsaitlərin xarak-
teri və mövzusu, biblioqrafik-informasiya xidmətinin inkişafı  və s. göstərilir. 
Hər il həyata keçirilən operativ-cari planlaşdırma bütün kitabxanalar üçün 
vacibdir. Biblioqrafik işin planı kitabxananın ümumi illik planının bir bölmə-
sindən ibarətdir. Orada biblioqrafik fəaliyyətin bütün istiqamətləri,  işin həcmi,  
icra müddəti və konkret icraçılar müəyyənləşdirilir.   
 
151


Xüsusi kitabxanalar üçün xidmət etdikləri müəssisə və təşkilatların kon-
kret elmi və istehsalat planlarını öyrənmək olduqca vacibdir. Onlarda təkcə 
problem deyil,  həm də yeni texnikanın,  texnologiyanın tətbiqi müddəti, texni-
ki, tədbirlər, elmi-tədqiqat və  təcrübi-konstruktor işlərinin yerinə yetirilməsi 
mərhələləri əks olunur.  Bu materiallarla yanaşı keçən ilin nəticələri və cari ilin 
planını səciyyənləndirən əsas illik göstəricilər təhlil olunur. Təhlil zamanı nəin-
ki miqdar göstəricilərinə diqqət yetirmək lazımdır, hətta işdə olan müsbət cə-
hətləri və çatışmazlıqları, plandan kənara çıxma hallarını və onların səbəblərini 
aşkar etmək lazımdır ki, növbəti ilin planının tərtibində onlar nəzərə alınsın.     
Kitabxananın ümumi illik planı: kitabxananın növbəti ildə əsas vəzifələri-
nin ifadəsini, müvafiq bölmələr üzrə konkret işin rəqəm göstəriciləri ilə siyahı-
sını əks etdirən mətn hissəsindən; planı şərh edən qeyddən ibarətdir. Metodik 
mərkəzlər tərəfindən müxtəlif tipli kitabxanalar üçün plan forması  və 
planlaşdırılan götəricilərin əks olunmasına dair tövsiyələr işlənmişdir.   
Kitabxanalarda biblioqrafik iş bu əsas istiqamətlər üzrə planlaşdırılır: 
-
 
Biblioqrafik informasiya xidməti; 
-
 
Soraq-biblioqrafiya xidməti; 
- Biblioqrafik vəsaitlərin tərtibi və oxucularla işdə onlardan istifadə 
olunması; 
-
 
Oxuculara kitabxana-biblioqrafiya biliklərinin təbliği
-
 
Kitabxanalara biblioqrafik iş məsələlərinə dair metodik köməklik; 
-
 
Kitabxananın elmi-tədqiqat işində iştirak etmək4 
-
 
Biblioqrafik bölmə işçilərinin ixtisaslarını artırmaq (2). 
Xüsusi biblioqrafiya şöbəsi olmayan məhəlli səviyyəli kitabxanaların 
planlaşdırılmasında soraq-biblioqrafiya aparatı ilə iş, soraq-biblioqrafiya və in-
formasiya xidməti, kitabxana-biblioqrafiya   biliklərinin tabliği   məsələləri öz 
əksini tapır. Biblioqrafik işin planlaşdırılmasında ayrı-ayrı proseslərin ehtimal-
lıq xarakterindən irəli gələn məlum çətinlikləri vardır. Birinci növbədə bu, so-
raq-biblioqrafiya xidməti işinə aiddir. Ona görə müxtəlif tipli biblioqrafik ara-
yışların miqdarını planlaşdırarkən bir qayda olaraq ayrı-ayrı oxucuların,  təşki-
lat və idarələrin sorğularının mövzusuna təsir edə biləcək bəzi zahiri amillər 
nəzərə alınmaqla əvvəlki ildə əldə edilmiş səviyyədən nəticə çıxarırlar.     
Kitabxanada illik planı üç hissədə tərtib etmək məsləhət görülür. Birinci 
hissədə  yəni mətn hissəsində  şöbənin il ərzində qarşıda duran vəzifələri izah 
edilir.  İkinci hissədə  əsas göstəricilər cədvəl  şəklində verilir. Ücüncü hissədə 
isə biblioqrafik proseslərin siyahısı göstərilir. Biblioqrafik fəaliyyətin idarə 
olunması nöqteyi-nəzərincə planın ücüncü hissəsi daha böyük əhəmiyyətə 
malikdir. Burada hər bir biblioqrafik prosesin yerinə yetirilmə norması,  vaxtı 
və ümumi həcmi qeyd edilir. İllik planın məhz bu hissəsi planlaşdırılmış sənəd 
rolunu oynayır və biblioqrafik proseslərin idarə olunmasında əsasdır.   
 
152


Planlaşdırma işin həcmini düzgün müəyyənləşdirir və biblioqrafik pro-
sesin ümumi məzmununa sərf olunacaq əməyin hesablanmasına imkan yaradan 
normalar əsasında həyata keçirir. Hər bir kitabxana müvafiq metodik mərkəzin,  
tabeçilik mənsubiyyətli kitabxanaların spesifik işlərini nəzərə almaqla öz şəbə-
kəsi üçün hazırladığı normalardan istifadə edir. Az işçi ştatına malik olan kitab-
xanalar üçün adətən birləşmiş proseslər üzrə kompleks normalar işlənilir. Hər 
hansı bir proses üçün vaxt normaları olmadıqda onların bilavasitə kitabxanada 
təcrübə qoymaq yolu ilə müəyyənləşdirir və ya başqa böyük kitabxanaya 
tövsiyə edilən əməliyyatlar üzrə normalar təhlil olunmaqla hesablanılır.   
Planlaşdırmanın qarşısında duran tələblərdən biri proseslərin dəqiq müəy-
yənləşdirilməsindən ibarətdir.  Plan o zaman real olur ki,  nəzərdə tutulan işin 
həcmi biblioqrafiya şöbəsinin ştatda olan işçilərinin ümumi iş vaxtlarına uyğun 
gəlsin. Ona görə kitabxananın planlaşdırılan işi yerinə yetirmək üçün təmin edə 
biləcəyi real vaxtının hesablanması vacibdir.     
Saatla planlaşdırılan işin həcmini (ağırlığını) normalardan istifadə etmək-
lə asan hesablamaq mümkün olur ki, bu da nəticədə real iş vaxtına uyğun gəl-
məlidir. Planlaşdırmaya bu cür yanaşıldıqda biblioqrafiya şöbəsinin əməkdaşla-
rı arasında tapşırılıqların bölgüsü yüngülləşəcək, onlardan hər biri təhkim olun-
duqları  işin növlərini və planlaşdırılan bütün dövr üçün işin ümumi həcmini 
biləcək. Yerinə yetirilmə müddəti planlaşdırılan işin həcmindən asılı olaraq 
biblioqrafiya şöbəsinin şəraiti nəzərə  alınmaqla müəyyənləşdirilir. 
İllik planın layihəsi biblioqrafik istehsalat müşavirəsində müzakirə olunur 
və kitabxananın rəhbərliyi tərəfindən təsdiq edilir. İllik plan əsasında bütün 
şöbələrin rüblük planı, bölmələrin rüblük planları və şöbə işçilərinin fərdi planı 
tərtib olunur. Rüblük planlar tərtib olunarkən hər rübün xüsusi cəhəti (məsələn, 
oxucuların kitabxanaya müraciət etməsi ardıcıllığı nöqteyi-nəzərdən) və böl-
mənin iş vaxtının rüblük fondları nəzərə alınır. Rüblük planlarda,  həm də, irəli 
sürülən yeni vəzifələrlə ələqədar baş verə biləcək işlər nəzərdə tutulur (kitabxa-
nanın planlarında onları  həmişə  nəzərə almaq mümkün olmur). Biblioqrafik 
bölmədə illik və rüblük planlarla yanaşı işin ayrı-ayrı növlərinə-konkret elmi-
tədqiqatın aparılmasına, retrospektiv biblioqrafik vəsaitin tərtibinə  və s. dair 
xüsusi (məqsədli) planlar da tərtib olunur. Belə məqsədli planlar elmi-köməkçi 
göstəricilərin tərtibi zamanı xüsusilə vacibdir. Onlar vəsaitin proqramı ilə yana-
şı işin hər bir mərhələsinə nəzarəti həyata keçirməyə və onun müəyyən olun-
muş müddətdə başa çatdırılması üçün tədbir görülməsinə imkan verir.   
Biblioqrafik işin planlaşdırılması  nəinki  əməyin təşkilinin yaxşılaşdırıl-
masını təmin edir, həm də bütün proseslərə müntəzəm nəzarəti, uçot və hesa-
batı qaydaya salmağa imkan verir. Biblioqrafların cari işi fərdi gündəliklərin 
də, həmcinin biblioqrafik bölmənin planda göstərilmiş əsas bölmələr üzrə uço-
tu aparılan vahid jurnalda nəzərə alınır. Bəzi kitabxanalarda kitabxana işçisinin 
biblioqrafik proses adlarını, yerinə yetirilən işin həcmini və  sərf olunan vaxtı 
 
153


qeyd etdiyi xüsusi uçot forması (“Ucot vərəqəsi”) hazırlanır. Bu cür ilkin uçot 
proseslər üzrə aylıq işə yekun vurmağa, bütün proseslərin yerinə yetirilməsinə 
sərf olunan vaxtı hesablamağa, həmçinin hər rübün fərdi hesabatını tərtib etmə-
yə imkan verir. Soraq-biblioqrafiya işinin uçotu spesifik xüsusiyyətə malikdir. 
Onu yalnız biblioqrafik bölmədə deyil, həm də soraq-biblioqrafiya xidməti ilə 
məşğul olan bütün başqa şöbələrdə vahid forma üzrə aparmaq məqsədəmüva-
fiqdir. Vahid uçotun aparılması həmin işin düzgün və əsaslı şəkildə planlaşdı-
rılmasını, sorğuların öyrənilməsini, işçilərin ixtisasının artırılmasını təmin edir.   
Müxtəlif biblioqrafik və faktoqrafik sorğular, onların arayış  və  məslə-
hətlər formasında yerinə yetirilən cavabları, həmçinin başqa kitabxanalara və 
ya məlumat xidmətlərinə göndərilmiş sorğular və onların yerinə yetirilməsinə 
dair yox cavabları uçotun obyektinə aiddir. Şifahi və ya yazılı formalı bir ara-
yış (müsbət və ya mənfi cavab verilməsindən asılı olmayaraq) və ya bir biblio-
qrafik məsləhət uçot vahidi hesab olunur. Bir dəfəlik sorğular və ya cavabları, 
başqa kitabxanalara göndərilən sorğular soraq-biblioqrafiya xidmətinin təhli-
lində nəzərə alınır, lakin kitabxananın əsas göstəricilərinə daxil edilmir.    
Rüblük və illik planların bütün iş həcmi üzrə yerinə yetirilməsi nəticələri 
(biblioqrafiya şöbəsinin və bütövlükdə kitabxananın) uçotunun, nəzarətinin və 
hesabatının həlledici hissəsi olan rüblük və illik hesabatlarda yekun vurulur.  
Planın quruluşu hesabatın forma və quruluşuna uyğun gəlməlidir. Proseslərin 
adları, ölçü və uçot vahidləri, proseslərin saat hesabı yerinə yetirilməsi norma-
ları plandan (həmin ardıcıllıqla) hesabata köçürülür. Hesabatın müvafiq qrafa-
larında hər proses üzrə yerinə yetirilmiş işin həcmini və onların yerinə yetiril-
məsinə sərf olunmuş vaxtı əks etdirirlər. Hesabatın belə forması hər bir proses 
üzrə planın yerinə yetirilməsini təhlil etməyə imkan verir. İllik hesabatın statis-
tika ilə yanaşı mətn hissəsi də olur ki, burada kitabxananın biblioqrafik işi hər-
tərəfli səciyyələndirilir. İllik hesabat qabaqcıl təcrübənin öyrənilməsi və yayıl-
masının mühüm mənbəyidir. Ona görə də hesabatın mətn hissəsində əsas diq-
qət biblioqrafik xidmətlə əlaqədar proseslərə verilir. Hesabatdaki təhlil əsasın-
da il ərzindəki işin uğurları  və çatışmayan cəhətlər meydana çıxarılır, biblio-
qrafik informasiya xidməti səciyyələndirilir, daha uğurlu tədbirlər qeyd edilir. 
Qeyd etmək lazımdır ki, nəinki kitabxanada biblioqrafik fəaliyyətin 
planlaşdırılması həmçinin ümumilikdə kitabxana fəaliyyətinin planlaşdırılması 
istər nəzəri, istərsə də təcrübi cəhətdən cox az işlənmiş bir problemdir. Halbuki 
bu məsələ kitabxanaların inkişafında əsas və aparıcı funksiyaya malikdir.  
Professor X.İsmayılovun dediyi kimi: “Açıq etiraf etmək lazımdır ki, an-
caq iri universal kitabxanaların bəziləri kollektivin sosial inkişaf planı əsasında 
öz fəaliyyətlərini qururlar. Ümumiyyətlə qeyd etmək lazımdır ki, kitabxana 
kollektivin sosial planlaşdırılmasının bu cür metodu respublikamızda eləcə də 
ondan kənarda hələlik işlənilməmişdir” (5, s 30). 
 
154


Bu gün M.F.Axundov adına Azerbaycan Milli Kitabxanası, sahəvi mər-
kəzi elmi kitabxanalar metodik mərkəz kimi biblioqrafik fəaliyyətin planlaş-
dırılmasına dair müxtəlif məqsədli plan formaları hazırlayıb kitabxanalara 
təqdim etməlidirlər. Bu planlar kitabxananın tipi, profili oxucu kontingenti və 
avtomatlaşdırılmanın tətbiqi səviyyəsi nəzərə alınaraq tərtib edilməlidir. 
 

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin