Kitabda geoloji kəşfiyyat işlərində, seysmilogiyada riyazi metodların
tətbiqindən bəhs edilir. Burada əyani misallar neft yataqlarının geologiyası ilə
əlaqədar tədqiqatlara əsasın verilmişdir. Kitab geologiya sahəsində tədqiqatlar
aparan mütəxəssislər və eləcə də bu sahə üzrə təhsil
alan tələbələr üçün nəzərdə
tutulmuşdur.
Sənədin səciyyələndirilməsi üsuluna görə annotasiyaların ikinci növü
analitik annotasiyadır. Analitik annotasiya əsasən sənədin bir hissəsinə (fəslinə,
bölməsinə, struktur vahidinə) verilir. Söhbət kitab və ya onun fəslindən ge-
dərsə, analitik annotasiya o zaman verilir ki, tərtib edilən
biblioqrafik vəsaitin
mövzu istiqaməti ilə yalnız kitabın müəyyən fəsli və ya bölməsi uyğun gəlir.
Məhz buna əsasən, analitik annotasiyanın əsas iki növü fərqləndirilir: a)sənədin
müəyyən bir məzmununun aspektini açan, əks etdirən annotasiya: b) sənədin
müəyyən bir hissəsinə,
fəslinə , bölməsinə və s. verilən annotasiya.
Sənədin səciyyələndirmə üsuluna görə annotasiyaların ayrıca bir növü
olan qrup annotasiyası da xeyli maraq doğuran annotasiya növüdür. Qrup
annotasiyasının da özünün yarımnövləri vardır. Qrup annotasiyaları hər hansı
bir əlamətinə, ən çox məzmununa görə birləşən bir neçə sənədin ümumiləş-
dirilmiş səviyyəsini verir. Qrup annotasiyasının üç əsas növü vardır ki, bunlar
da aşağıdakılardır:
a) bir və ya bir neçə müəllifin müstəqil əsərlərini (kitablarını və ya
məqalələrini)
səciyyələndirən annotasiya;
b) vahid nəşriyyat forması ilə birləşən bir neçə əsəri səciyyələndirən
(məsələn, elmi əsərlərin mövzu məcmuəsi) və məcmuənin mövzusunun ümu-
miləşdirilməsindən ibarət olan annotasiya. Belə annotasiyanın vəzifəsi həm də
məcmuənin bölmələrinin və ya ona daxil edilmiş əsərlərin sadalanmasından
ibarətdir ki, belə sadalanma məcmuənin
tərkibini açmağa imkan verir;
c) bir əsərə verilmiş annotasiya hansı ki, bu annotasiyanın daxilində
məzmunca və ya başqa əlamətə görə bu əsərlə bağlı digər əsər haqqında
məlumat verilir.
Qrup annotasiyasına yaxın olan janr kimi biblioqrafik vəsaitin hər hansı
bir bölməsinə verilmiş giriş məqalələrini göstərmək olar. Belə məqalələrdə
bölməyə daxil edilən əsərlər barədə ümumi məlumat verilir və onlar belə giriş
məqalələri (qeydləri) xüsusilə də tövsiyə biblioqrafik
vəsaitləri üçün
səciyyəvidir. Bu məqalələrdə (qeydlərdə) vəsaitdə nəzərdən keçirilən sualın,
problemin məğzi təhlil olunur, istifadəçiyə nəyi, necə, hansı ardıcıllıqla
öyrənmək barədə tövsiyələr verilir.Həmin məqalələrin (qeydlərin) verilməsi
biblioqrafı hər bir əsərə ayrıca annotasiya vermək zərurətindən azad edir.
Deyilənlər
sübut edir ki, annotasiyalar geniş növ müxtəlifliyinə malikdir
və biblioqraf konkret vəziyyətdən, şəraitdən asılı olaraq annotasiyanın
məqsədəmüvafiq növünü tətbiq edə bilər.
166
Annotasiya barədə yuxarıda bəhs edilənləri yekunlaşdıraraq onların
əsas xüsusiyyətlərini aşağıdakı kimi qeyd etmək olar:
1. Annotasiya lakonik və konkret olmaqla və lazım gələrsə, burada
rəqəmlərdən, adlardan, faktlardan
istifadə edilməlidir;
2. Annotasiyanın dili sadə olmalıdır, qəliz sözlərdən, mürəkkəb budaq
cümlələrindən istifadə edilməməlidir.
Burada qeyd edilənlər sübut edir ki, biblioqafik
mənbələrdə sənəd barədə
informasiyanın əks olunması, onun səciyyələndirilməsi çox əhəmiyyətli bir
işdir və burada annotasiyalaşdırma mərhələsinə xüsusi diqqət yetirilməlidir.
Dostları ilə paylaş: