Kompüter texnikasının aparat vasitələri



Yüklə 0,87 Mb.
tarix22.05.2023
ölçüsü0,87 Mb.
#119230
Kompüter texnikasının aparat vasitələri1

Azərbaycan texniki universiteti

Fakültə: İTT

İxtisas: Kompüter Mühəndisliyi

Qrup: 652a1

Fənn: Kompüter Mühəndisliyinin əsasları

Kafedra: Kommpüter texnnikaları və Kibertəhlükəsizlik

Müəllim: Əliyeva Kəmalə

Tələbə: Eyvazlı Hüseyn

Hər bir mürəkkəb obyekt kimi, kompüter də çoxlu hissədən ibarətdir. Kompüteri təşkil edən bütün qurğulara kompüterin aparat təminatı deyilir. Onlar əsas və əlavə(periferiya) olmaqla iki yerə bölünür

ƏSAS QURĞULAR:

Sistem Bloku

Klaviatiura

Monitor

Siçan

ƏLAVƏ QURĞULAR

Printer Səsucaldan

Görüntü Skaneri Coystik

Mikrofon Modem

Kamera Plotter və.s.

Əsas qurĞular

  • Sistem Bloku
  • Sistem bloku kompüterin əsas hissəsidir: kompüterin qalan hissələri ya sistem blokunun içərisində yerləşir, ya da ona kənardan qoşulur. Sistem blokunun içərisində yerləşən ən vacib qurğu sistem lövhəsidir. Çox zaman ona ana lövhə də deyilir. Sistem lövhəsinin üzərində çoxlu komponentlər quraşdırılıb. Bu komponentlər içərisində ən önəmli olanları mərkəzi prosessor, yaddaş və genişləndirmə yuvalarıdır.

Əsas qurğular

  • Klaviatura
  • Kompüterin başlıca daxiletmə qurğusu klaviaturadır. Onun köməyi ilə mətn və ədədi informasiyalar, eləcə də cürbəcür komandalar və verilənlər kompüterə daxil edilir. Kompüterin standart klaviaturasına 104 klavişli genişləndirilmiş klaviatura deyilir. Müxtəlif klaviaturalar olsa da, onların hamısında aşağıdakı klaviş qrupları vardır:

    Funksional klavişlər:Bu klavişlər klaviaturanın yuxarı sırasında yerləşdirilib və F1, F2, F3, …, F12 kimi işarələnib. Bu klavişlər, adətən, hansısa funksiyanı yerinə yetirir və funksiyalar proqramdan, yaxud iş rejimindən asılı olaraq dəyişə bilir.

    Hərf-rəqəm klavişləri. Bu klavişlər klaviaturanın orta hissəsində yerləşir. Onlar hərfləri, rəqəmləri və digər simvolları daxil etmək üçün nəzərdə tutulub.

Əsas qurğular

Kursorun idarəolunması klavişləri: Bu klavişlərin dördünə çox zaman ox klavişləri də deyilir. Onlar klavişin üzərində göstərilmiş ox istiqamətində mətn kursorunun hərəkət etdirilməsi üçün nəzərdə tutulub. Bu qrupa daha dörd klaviş daxildir: Home, End, PgUp və PgDn.

Yardımçı rəqəm klaviaturası: Kalkulyatorun klavişlərini xatırladan bu klavişlər dəsti klaviaturanın sağında yerləşir və əsasən hesablama zamanı istifadə olunur.

Xidməti klavişlər: Enter, Esc, Tab, Shift, Ctrl, Alt, Capslock, lnsert, Delete, Backspace

Əsas qurğular

  • Monitor
  • Monitor mətn və qrafik informasiyanı əks etdirmək üçün nəzərdə tutulub. Monitorlar ağ-qara (monoxrom) və rəngli olur. Rəngli görüntü üç əsas rəngin - qırmızı, yaşıl və göy rəngin qarışığından alınır. Ekranda istənilən görüntü piksel adlanan nöqtələr yığınından ibarət olur. Ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin sayı ekranın çözümlülüyünü müəyyən edir. Müasir monitorlar, adətən, 1024x768 piksel və daha yüksək rejimlərdə işləyir. Ekranın çözümlülüyü yüksəldikcə, görüntünün keyfiyyəti də yaxşılaşır.

  • Siçan
  • Qrafik informasiya ilə işləmək üçün, əsasən, siçan qurğusundan istifadə olunur. Optik-mexaniki siçanı masanın üstündə gəzdirdikdə onun daxilindəki kürəciyin fırlanması monitorun ekranında göstəricinin yerinin dəyişməsinə səbəb olur. Müasir optik siçanlarda isə bu proses işıq şüası vasitəsilə gerçəkləşdirilir.

Əlavə qurğular

  • Printer
  • Kompüterdəki informasiyanı kağıza çıxarmaq üçün çox zaman printerdən istifadə olunur. Çap texnologiyası baxımından printerlərin müxtəlif növləri var, onlardan ən geniş yayılanı şırnaqlı və lazerli printerlərdir. Matrisli printerlər nisbətən “köhnə” hesab olunsa da, bəzi hallarda onlar daha əlverişli hesab olunur. Şəkildə lazer prinnter təsvir olunub.
  • Görüntü Skaneri
  • Skaner görüntüləri kompüterə daxil etmək üçün onları koda çevirən qurğudur.

    Görüntü skanerləri görüntüləri kompüterin yaddaşında saxlamaq üçün elektron formaya çevirir. Görüntü skaneri və üzçıxaran qurğunun (kseroksun) iş prinsipləri bir-birinə çox oxşayır. Ancaq kseroksdan fərqli olaraq, skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə olduqdan sonra isə onu başqa yerə köçürmək, dəyişdirmək, yazıb saxlamaq, elektron poçtla göndərmək olar.

Əlavə qurğular

  • Modem
  • Modulator-Demulator sözlərinin qısaltmasıdır. Əlaqə kanallarının (telefon xətləri,radio kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur.

  • Mikrofon
  • Mikrofon səs informasiyasını kompüterə daxil etmək üçün nəzərdə tutulan qurğudur. O, səs siqnallarını kompüterə ötürür

  • Kamera
  • Video iformmasiyanı (görünntüləri) kompüterə daxil edənn qurğudur


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin