Kompüter səhiyyədə. Müasir cəmiyyətdə kompüterlərin səhiyyədə rolu günbəgün artır. Həkimlər kompüterlərdən bir çox məqsədlər üçün istifadə edirlər. Onlardan bir neçəsini sadalayaq:
1. Kompüter texnikasından diaqnozların qoyulmasında, muayinələrin aparılması və profilaktik yoxlamalarda geniş istifadə olunur.
2. Kompüter şəbəkələrinin koməyilə transplantasiya əməliyyatını gözləyən xəstələr üçün donor orqanları haqqında məlumatlar gondərilir.
3. Tibbi verilənlər bankı tibb işcilərinə son elmi və praktik nailiyyətlər haqqında məlumatlı olmağa kömək edir.
4. Kompüterlər havanın çirkliliyinin əhali arasında xəstəliklərin yayılmasına necə təsir etməsini müəyyənləşdirməyə kömək edir.
5. Kompüter texnikasından tibb işcilərinə praktik vərdişlərin aşılanmasında istifadə edilir. Bu zaman kompüter təcili tibbi yardıma ehtiyacı olan xəstə rolunda cıxış edir. Öyrənən, kompüterin verdiyi simptomlar əsasında müalicə kursunu müəyyənləşdirməlidir. Səhv olan kimi kompüter bu barədə xəbərdarlıq edir.
6. Kompüterlərdən epidemiyaların yayılma sürətini gostərən xəritələrin hazırlanması üçün istifadə edilir.
7. Kompüterin yaddaşında xəstəlik tarixcələri saxlanılır. Bu da həkimlərə yazı işlərinə deyil, xəstələrin özlərinə daha çox vaxt ayırmaq imkanı verir.
Dostları ilə paylaş: |