Kompüter texnologiyalarinin diGƏr sahəLƏRƏ TƏTBİQİ



Yüklə 25,96 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü25,96 Kb.
#1652
1   2   3   4   5
Kompüter təhsildə. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması uzun və mürəkkəb prosesdir. Orta məktəbdə, sonra isə ali məktəbdə təhsil insan həyatının önəmli bir hissəsini təşkil edir. Bununla belə, müasir informasiya cəmiyyətində biliklər çox sürətlə köhnəlir. Hər hansı professional işi yerinə yetirmək bacarığına malik olmaq üçün insan öz təhsil dairəsini daim genişləndirməlidir.

İnformasiya cəmiyyətində "necə"ni bilmək, "nə"yi bilməkdən daha vacibdir. Buna görə də hazırda orta və ali məktəbin əsas vəzifəsi mümkün qədər çox bilik vermək deyil, həmin bilikləri müstəqil əldə etmək yollarını öyrətməkdir. Bu isə təhsildə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmədən mümkün deyil.

İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin ən

vacib istiqamətlərindən biri kompüterlərin multimedia imkanlarından istifadə

etməkdir. Multimedia vasitələrindən istifadə olunması əyaniliyi gücləndirir,

informasiyanın məntiqi və obrazlı mənimsənilməsi üsullarını birləşdirir ki, bu da

təlim prosesini fəallaşdırır. Multimedia texnologiyalarının interaktivliyi şəxsiyyət

yonümlü təlim modellərini gercəkləşdirmək üçün geniş imkanlar verir.

İnformasiya və kommunikasiya texnologiyaları distant təhsili təşkil etməyə

imkan verir. Distant təhsildə (məsafədən təhsildə) müəllim və öyrənən məna

baxımından ayrıdırlar və dərs prosesi telekommunikasiya vasitəsilə, başlıca olaraq internet şəbəkəsi vasitəsilə həyata keçirilir.

Distant təhsil sayəsində bir cox insanlar (iş və ailə qayğıları ilə yüklənmiş

yaşlılar, kənd yerlərində, yaxud kiçik şəhərlərdə yaşayan gənclər) evdə öz təhsillərini artırmaq imkanı əldə edirlər.


Yüklə 25,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin