Keramikin sabiti çox böyükdür. Bu səbəblə, kiçik həcmli böyük tutumlu keramik kodensatorlar istehsal edilir. Ancaq, keramika kondensatorların tutumu, istilik, tezlik və gərginlik ilə 20%-ə qədər dəyişdiyindən, sabit tutum tələb edən işlərdə istifadə etmək olmaz. Amma, tezlik həssaslığının əhəmiyyətli olmadığı qoşulma-ayırma(on-off) kondensatoru olaraq və isti mühitlərdə istifadə edilməyə uyğundur.
Elektrolit Kondensatorlar
Elektrolit kondensatorlarda dielektrik maddə olaraq turşu bor məhlulu və ya bor elektrolitlər olur. Keçirici lövhələr isə alüminium və ya tantal lövhələrdir. Elektrolit kondensatorlar, ikiqütblü və ya qütbsüz olaraq istehsal edilirlər. Qütblü olan kondensatorlar DC dövrələrə bağlanarkən müsbət və mənfi tərəflərə diqqət edilməlidir. Səhv aparılan əlaqələrdə anodda olan oksid təbəqəsi metal səthi qısa dövrə edib, yüksək temperatur əmələ gəlməsinə və kondensatorun partlamasına yol aça bilər. Elektrik tutumu naqilin yükünün onun potensialına olan nisbətinə deyilir. Elektrik yükü və elektrik sahəsi enerjisi toplamaq üçün işlədilən qurğu kondensator adlanır. Kondensator nazik dielektrik qatı ilə bir-birindən ayrılmış iki paralel, metal lövhədən ibarətdir. Köynəklərdən birinə +q, digərinə -q yükü versək onlar arasında U gərginliyi yaranar. İkinci lövhəni yerlə birləşdirmək də olar. Kondensatorun yükü dedikdə, bir köynəkdəki yükün modulu nəzərdə tutulur. Kondensatorun elektrik tutumu onun yükünün köynəkləri arasındakı gərginliyə olan nisbətinə deyilir: C=Q/U
Kondensatorların formasına görə müstəvi, silindrik və s. növləri var. Kondensatorlarin quruluşuna görə də növləri var: müstəvi hava kondensator, kağız aralıqlı kondensator, keramik aralıqlı kondensator, elektrolitik kondensator və s.
Elektrolit kondensatorlar mayeli tip və quru tip olaraq ikiyə ayrılır. Mayeli tip elektrolit kondensatorlar yalnız DC dövrələrdə istifadə edilər, müsbət lövhə olaraq alüminiumdan olan kondensatorlardır. Bu tip kondensatorlara DC cərəyan tətbiq edildikdə, müsbət lövhə üzərində keçirici bir oksid təbəqəsi olaraq dielektrik kimi davranır. İbarət olan bu təbəqə çox nazik olduğundan kondesatorun tutumu yüksək olur. Quru tipli elektrolit kondensatorlarda isə elektrolit maye əvəzinə bura bor məhluluna salınmış kağız və ya parça istifadə edilir. Elektrolit kondensatorlarda olan elektrolit mayesi hədsiz istilik nəticəsində qurumaqa başladığından, kondensatorun tutum dəyəri düşər və bu vəziyyət həssas sxemlərin iş sistemində qəzalara səbəb ola bilər. Kondensator - elektrik yüklərini toplamaq üçün istifadə olunan cihazdır. Kondensatorun bir çox növü vardır .Beləki bir çox avadanlıqların daxilində asanlıqla tapmaq mümkündür .Kondensatorlar yükləri toplamaqla yanaşı cərəyanı şiddətini azaltmaq ,elektrik siqnallarını birləşdirib paylamaq kimi köməkçi funksiyaları da yerinə yetirirlər. C=Q/U vahid 1 Farad ( 1 F=Kl/V )olaraq adlandırılmışdır. Qütblü kondensatorların ayaqları + və - olaraq işarətlənir .Və bu kondensatoru mənbəyə düzgün qoşmaq lazım gəlir . Bununla yanaşı kondensatoru tutumundan artıq yüklədikdə partlayışa səbəb ola bilir. Kondensatorları ardıcıl və paralel olaraq birləşdirmək mümkündür. Ardıcıl birləşdirilmiş kondensatorlarda tutum azalır ,paralel birləşdirilmiş kondensatorlarda isə tutum artır. Kondensatorun elektrik tutumunu artırmağın bir digər yolu isə lövhələri arasına dielektrik daxil etməkdir. Bu maddə sluda, parafin və s. ola bilər.
Dostları ilə paylaş: |