10.Hansı halda vətəndaş milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilər A) heç bir halda
B) siyasi əqidəsini dəyişdikdə
C) qanunla nəzərdə tutlmuş hallarda
D) vətənə xəyanət etdikdə
11. Kimlərin ana dilindən istifadə etmək hüququ vardır? A)Əcnəbilərin
B)Vətəndaşlığı olmayan şəxslərin
C)Heç kimin
D)Hər kəsin
12. Şəxsiyyətin ləyaqəti kim tərəfindən qorunur? A)Beynəlxalq təşkilatlar
B)Dövlət
C)Bələdiyyə
D)Qeyri-hökumət təşkilatları
13. Hansı halda şəxsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilər? A)Əsirlikdə olduqda
B)Həbsə alındıqda
C)Özünün könüllü razılığı ilə
D)Heç bir halda
14.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A) Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
B) Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz
C) Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır
D) Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəsə işgəncə və əzab verilə bilməz
15. Kimlər öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilər? A)Əsirlər
B)Məhbuslar
C)Vətəndaşlığı olmayan şəxslər
D)Heç kim
16. Hansı təşviqat və təbliğat qadağandır? A)Sahibkarlığı
B)Dostluğu və mehribançılığı
C)Dini
D)İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan
17.Dini mərasimlərin yerinə yetirilməsi hansı halda sərbəstdir? A)Dövlətin konstitusion quruluşuna dəyişməyə yönəlibsə
B)İctimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə
C)İnsanları zorakılığa və anlaşılmazlığa təhrik edirsə
D)İctimai əxalqa ziddirsə