72. Kimlərin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır? A)Zərərli sahələrdə işləyənlərin B)Körpələrin C)Hər kəsin D)Uşaqların
73. Ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına kim təminat verir? A)Beynəlxalq təşkilatlar B) Dövlət C)Səlahiyyətli şəxslər D) Heç kim
74. Mədəniyyət hüququ nədir? A)Hər kəsin ictimai həyatda iştirak etməsi, mədəniyyət təsisatlarından və mədəni nailiyyətlərdən istifadə etməsi
B)Hər kəsin ictimai-siyasi həyatda iştirak etməsi, dövlət təsisatlarından və sərvətlərindən istifadə etməsi
C)Hər kəsin mədəni həyatda iştirak etməsi, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etməsi
D)Hər kəsin sosial həyatda iştirak etməsi, dövlətin sosial təsisatlarından və sərvətlərindən istifadə etməsi
75.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A) Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır
B) Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
C) Qanunla müəyyən edilmiş şəxslərdən başqa heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz
D) Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır
KONSTİTUSİYA 41-60 MADDƏLƏR
1. Sağlamlığın qorunması hüququ nədir? A)Hər kəsin həyatını qorumaq və tibbi yardım almaq hüququ
B)Hər kəsin həyatını sığortalaması və tibbi yardım almaq hüququ
C)Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ
D)Hər kəsin sağlamlığını qorumaq və tibbi arayış almaq hüququ
2. Azərbaycan Respublikasında təhsilin hansı pilləsi pulsuz icbaridir? A)Ali B) Orta C)Doktorantura D) Magistratura