44. Hansı hallarda ödənişsiz hüquqi yardım göstərilir? A) yalnız vətəndaş həbs olduqda
B) qanunla nəzərdə tutulmuş hallarda
C) bütün hallarda
D) heç bir halda
45.Kimin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır? A) Sağlamlıq imkanları məhdud olan şəxslərin
B) Azərbaycan Respublikası vətəndaşlarının
C) İmtiyaz və güzəştlərə malik bütün şəxslərin
D) Hər kəsin
KONSTİTUSİYA 61-80 MADDƏLƏR
1. Hansı halda şəxsin işinə başqa məhkəmədə baxılmasına yol verilmir? A) Azərbaycan Respublikasının ədliyyə nazirinin yazılı rəyi olmadan
B) Azərbaycan Respublikasının Ali Məhkəməsinin şifahi rəyi olmadan
C) Şəxsin razılığı olmadan
D) İstənilən halda yol verilir
2. Təqsirsizlik prezumpsiyası nədir? A)Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa
B)Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsiri daxili işlər orqanları tərəfindən nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qanuni qüvvəyə minmiş qərarı yoxdursa
C)Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa
D)Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının qanuni qüvvəyə minmiş qərarı yoxdursa
3. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa A) o, təqsirli hesab olunur
B) onun təqsirli bilinməsinə yol verilmir
C) o,ev dustağı hesab edilir
D) təqsirsizliyini sübuta yetirməyə borcludur