14. Hansı halda şəxslərin başqa dövlətə verilməsinə yol verilmir? A)Ağır cinayətlərdə ittiham olunan şəxslərin
B)İnsanlığa qarşı törədilmiş cinayətlərdə ittiham olunan şəxslərin
C)Siyasi əqidəsinə və Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin
D)Kütləvi qırğın silahlarının qeyri-qanuni ticarəti ilə məşğul olan şəxslərin
15. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq hansı hakimiyyəti orqanlarının borcudur? A)Qanunvericilik və məhkəmə
B)Yalnız icra
C)Yalnız məhkəmə
D)Qanunvericilik, İcra və məhkəmə
16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi kim tərəfindən məhdudlaşdırıla bilər? A)Azərbaycan Respublikası Prezidenti
B)Azərbaycan Respublikası Milli Məclisinin sədri
C)Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri
D) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəz məhdudlaşdıra bilməz
17. Hər kəsin hüquq və azadlıqları hansı qaydada məhdudlaşır? A)Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə
B)Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarla
C)Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə
D)Beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərlə
18. Hansı hallarda insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər? 1.Müharibə elan edildikdə
2. Hərbi vəziyyət elan edildikdə
3. Fövqəladə vəziyyət elan edildikdə
4.Seçkilər keçirildikdə
5. İctimai toplandılar keçirildikdə
6. Səfərbərlik elan edilərkən
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin toplantısı keçirildikdə
A) 1,2,3,6 B) 4,5,6 C) 5,6,7 D) 1,3,5,7