19. Kimlər din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz? A)Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
B)Avropa İttifaqının üzv olduğu ölkələrin vətəndaşları
C)Heç kim
D)Azərbaycan Respublikası ilə qonşu olan ölkələrin vətəndaşları
20. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri kim həll edir? A)Azərbaycan Respublikası Prezidenti
B) Azərbaycan Respublikası Milli Məclisinin sədri
C)Azərbaycan Respublikası Məhkəmələri
D) Azərbaycan Respublikası Baş naziri
21. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə A)Əvvəlki qanun tətbiq edilir
B)Yeni qanun tətbiq edilir
C)Əvvəlki və yeni qanun əsasında optimal müddət müəyyən edilir
D)Məhkəmənin rəyi ilə əvvəlki qanun tətbiq edilir
22.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A) Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
B) Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilmir
C) Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz
D) Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir
23. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs hansı vəzifələri daşıyır? A)Beynəlxalq hüquq normaları əsasında müəyyən edilən
B)Hüquq və azadlıqlarından bilavasitə irəli gələn
C)“Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn
D)Beynəlxalq müqavilələr ilə müəyyən edilən
24.Konstitusiyaya əsasən aşağıdakılardan biri yalnışdır: A) Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır
B) Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz
C) Dövlət orqanları yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər
D) Hər kəsin üzərinə vəzifələr yalnız beynəlxalq hüquq normalarına əsasən və ya qanunla qoyula bilər.